Mətbəx sirrləri: "Ərəb nağılları" tortu

 
Mətbəx sirrləri: "Ərəb nağılları" tortu


Tərkibi:

xəmir:

4 dolu x.q. kakao
150 q kərə yağı
150 q şəkər tozu
2 yumurta
250-300 q un
1 çimdik duz
2 ç.q. qabartma tozu

krem:

1 iri limon
200 q şəkər tozu
150 q kərə yağı
4-5 x.q. mannı yarması
200 ml süd

qlazur:

200 q tünd, yaxud südlü şokolad

Enli qaba şəkər tozu səpin, yumurtaları əlavə edib qatı, ağ kütlə alınanadək qarışdırın. Kakao əlavə edib yaxşıca qarışdırın (birrəngli kütlə alınmalıdır).

Başqa qabda un, qabartma tozu və sodanı qarışdırın. Kərə yağını sürtgəcdən keçirib dərhal da qarışdırın. Yumurtalı-kakaolu qarışığı əlavə edib qatı xama halına gələnədək qarışdırın.

Xəmirin yarısını kərə yağı çəkilmiş formaya tökün. 180 dərəcə qızdırılmış sobada təxminən 35-40 dəqiqə bişirin. Formadan çıxarıb soyudun.
İkinci korju da eyni qaydada bişirib formadan çıxarın, otaq temreraturunda soyudun.
Hər korju ortadan iki yerə bölün (4 korj).

Krem:

Limonu qaynar su ilə yuyun. Qabığını soymadan ortadan bölün, dənələrini çıxarın. Ət maşınından keçirin. Yumşaq kərə yağını şəkər tozu ilə çalın, sonra limon püresi ilə qarışdırın. Mannı yarmasını 1 st. südlə qarışdırın, qazançaya töküb çox qatı mannı sıyığı bişirin. Qazançanın ağzına qapaq qoyun, içində soyuq su olan bir qaba qoyaraq sıyığı soyudun. Soyuduqdan sonra qaşıq-qaşıq yağlı qarışığa əlavə edərək çalın.

Tortu qoyacağınız qabın dibinə 2 x.q. krem çəkin. Üzərinə korjun birini qoyun, üzərinə krem çəkin. Eyni qayda ilə digər korjları üst-üstə düzün. Üst korjun üzərinə krem çəkmək lazım deyil.

Şokoladı xırdalayıb ya mikrodalğalı sobada, ya da su hamamında əridin. Azacıq kərə yağı, yaxud qaymaq əlavə edə bilərsiniz (bu zaman qlazur parıltılı alınır). Qlazuru tortun üzərinə çəkin. Tortu 2 saat otaq temperaturunda, 2 saat da soyuducuda saxlayın.

Nuş olsun!


Geri dön

Nergiz__Sirinova

  • 16 yanvar 2016 20:06
  • Məqalə: 327
  • Şərh: 3118
  • Bal:
Resepte gore tesekkurler.

--------------------

Attention

  • 16 yanvar 2016 00:44
  • Məqalə: 11
  • Şərh: 921
  • Bal:
{awards}
Bəh bəh dadlı görünüşü var

ruqiyye

  • 15 yanvar 2016 22:25
  • Məqalə: 0
  • Şərh: 497
  • Bal:
{awards}
maralidi tesekkurler

--------------------
MEN HECKIMIN HECKESIYEM

gamsiz_hayat

  • 15 yanvar 2016 21:05
  • Məqalə: 223
  • Şərh: 2014
  • Bal:
{awards}
Nus olsun buyurun wink

--------------------
Kimsenin pesinden kosamam, saclarim bozulur

Pıtırcık

  • 15 yanvar 2016 20:57
  • Məqalə: 385
  • Şərh: 9500
  • Bal:
{awards}
TORT ÜÇÜN ÜRƏYİM GEDİR.BU TORTU BİŞİRƏN OLSA.NUŞ EDƏRDİM bully

--------------------
http://mail.mp3.mail.mp3.legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 37
Cəmi: 53

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}