Karakum tortu resepti

 
Karakum tortu resepti


Tərkibi:

biskvit üçün:
5 ədəd yumurta
320 qr şəkər tozu
150 qr əridilmiş kərə yağı
2 stəkan un
2 x/q kakao
6 x/q xama
1 x/q qabartma tozu
vanil

krem üçün:
1 porsiya bişmiş (zavarnoy) krem
500 qr kərə yağı
100 qr qatılaşdırılmış süd

3 x/q kakao
vanil
150 qr qoz

Hazırlanması:

İnqredientlər hazırlanır. Biskvit unu hazırlamaq üçün un, qabartma tozu, kakao və vanil yaxşı qarışdırılır. Yumurtaların sarısı ağından ayrılır və hər birinin üzərinə 160 qr şəkər tozu əlavə edilir (həmçinin baxın: "Yumurtanın sarısını ağından ayırma üsulları"). İlk öncə yumurtanın ağı şəkərlə birlikdə qatılaşana qədər mikserlə çalınır (mikser təmiz olmasa yumurta yaxşı köpməyəcək). Sonra yumurtanın sarısı mikserlə qarışdırılır. Yumurtanın sarısı qarışdırılandan sonra üzərinə xama və ərdilmiş yağ əlavə edilərək mikserlə aşağı sürətlə bir dəqiqə ərzində qarışdırılır. Alınmış məhlula yavaş-yavaş, silikon (və ya taxta) qaşıqla qarışdırılaraq hazırlanan biskvit unu əlavə edilir. Nəticədə qatı kütlə alınır. Ardınca alınmış kütləyə yumurtanın ağı silikon (və ya taxta) qaşıqla qarışdırılaraq əlavə edilir. Alınmış biskvit xəmiri 26 sm diaqonallı bişirmə formasına (tavaya) əlavə edilir. Əvvəlcədən 180°C temperaturunda qızdırılmış sobada 25-30 dəqiqə bişirilir. Kremi hazırlamaq üçün bişmiş kremin üzərinə qatılaşdırılmış süd, kakao, vanil, yumuşaldılmış kərə yağı əlavə olunur və mikserlə tam krem halına düşənə qədər qarışdırılır. Qoz ləpələri tavada bir qədər qızardılır. Ləpələr sürtkəcdən keçirdilir. Alınmış biskvit soyudulur. Dairəvi formada kəsilir (kəsik hissələr bəzədilməsində istifadə ediləcək). Dairəvi forma veriləndən sonra iki bərabər hissələrə bölünür. Biskvitlərin üzərinə krem əlavə edilir və sürtkəcdən keçirdilmiş qoz səpilir. Biskvitlər üst-üstə qoyulur və hər tərəfinə bərabər miqdarda krem vurulur. Biskvitin qalan hissələri sürtkəcdən keçirdilərək ovulur və tortun bəzədilməsində istifadə edilir. Tort zövqə görə bəzədilir. Biz şokoladlı qlazurdan, gel-karandaşdan, qənnadı muncuq və zərdən istifadə etmişik.

Nuş olsun!


Geri dön

_aKa_

  • 9 fevral 2016 21:25
  • Məqalə: 12
  • Şərh: 230
  • Bal:
cox dadli gorunur tewekkurler

OnE DiReCtIoN_ZAYN

  • 18 yanvar 2016 22:06
  • Məqalə: 5
  • Şərh: 4457
  • Bal:
{awards}
olsada yesek be

--------------------

Attention

  • 17 yanvar 2016 00:59
  • Məqalə: 11
  • Şərh: 921
  • Bal:
{awards}
Tewekkurrr

ruqiyye

  • 16 yanvar 2016 20:15
  • Məqalə: 0
  • Şərh: 497
  • Bal:
{awards}
tesekkurler

--------------------
MEN HECKIMIN HECKESIYEM

sade_biri

  • 16 yanvar 2016 19:21
  • Məqalə: 0
  • Şərh: 12
  • Bal:
{awards}
Resept ucun tesekkur,

Nergiz__Sirinova

  • 16 yanvar 2016 19:14
  • Məqalə: 372
  • Şərh: 3275
  • Bal:
{awards}
Resepte gore tesekkurler.

--------------------

PércyDarkMoon

  • 16 yanvar 2016 19:03
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
xəbərə görə sağ olun

--------------------

gamsiz_hayat

  • 16 yanvar 2016 18:51
  • Məqalə: 223
  • Şərh: 2014
  • Bal:
{awards}
beh beh canim dadli gorsenir tesekkurler

--------------------
Kimsenin pesinden kosamam, saclarim bozulur
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 23
Cəmi: 44

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 447
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 13
Cəmi: 31
 
Mövlud Ağamməd
Xəbərləri: 4
Cəmi: 24
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}