Yalandan and içməyin səmimi tövbədən başqa kəffarəsi yoxdur

 
Yalandan and içməyin səmimi tövbədən başqa kəffarəsi yoxdur

Yalandan and içməyin səmimi tövbədən başqa kəffarəsi yoxdur

Sual: Eşitdiyimə görə yalandan and içən cəhənnəmə salınacaq (daldırılacaq) və bunun kəffarəsi yoxdur. Bu o deməkdir ki, bu günahdan heç tövbə yoxdur? Əgər tövbə səhih və səmimi isə Allah bütün günahları bağışlayır?

Cavab: Həmd Allaha məxsusdur.

Əvvəla:

Yəmin əl-ğamus dedikdə yalandan və günahkarcasına and içmək nəzərdə tutulur. Məsələn, bir nəfər haqsız yerə başqa birinin malını yeyir. Ona görə ğamus adlandırılıb ki, çünki bunu edən insanı (təğmis) günaha və daha sonra isə cəhənnəmə daldırır. Bunu İbn əl-Əsir ən-Nihayə (3/724) bildirmişdir.

İkincisi:

əl-Məvsuəh əl-Fiqhiyyə (35/41) ensiklopediyasında deyilir:

“Fəqihlər yalandan and içilərsə kəffarənin vacib olub-olmaması barədə ixtilaf ediblər. Bu barədə iki qövl[1] var:

1. Yalandan and içməyə görə kəffarə ödəmək vacib deyil. Bu, fəqihlərin çoxunun Hənəfilər, Malikilər və Hənbəlilərin rəyidir.

2. Yalandan and içməyə görə kəffarə ödəmək vacibdir. Bu, Şafilərin rəyidir.

Hər bir tərəf öz rəyini əsaslandırmaq üçün dəlillər gətiriblər.

Bax: Bədəiu əs-Sənəi (3/3); ət-Tac vəl-İklil (3/266) və Kəşşəf əl-Qinə (6/235)

Fətvalar üzrə Daimi Komitənin (23/133 saylı) fətvasında belə deyilir:

“Yəmin ğəmus böyük günahlardandır və çox ağır günah olduğundan heç bir kəffarə kifayət etmir. Alimlər arasındakı iki rəydən daha doğru olanına görə yalandan and içməyə görə heç bir kəffarə tələb olunmur; daha doğrusu tələb olunur ki, Allaha tövbə etsin və bağışlanma istəsin.

Kəffarənin vacib olub-olmaması rəyinə baxmayaraq, kəffarə yalandan andın günahını silmir. Daha doğrusu səmimi qəlbdən tövbə etmək vacibdir.

Elə buna görədir ki, Şeyxu-l-İslam ibn Teymiyyə Məcmu əl-Fətəvə (34/139) əsərində yalandan and içməyin kəffarəsinə dair alimlər arasındakı fikir ayrılığını qeyd etdikdən sorna belə demişdir:

“Lakin alimlər arasında yekdil rəy vardır ki, bu günah sadəcə kəffarə ödəməklə silinmir”.

Üçüncüsü:

Yalandan and içmək digər günahlar kimi səmimi tövbə ilə silinə bilər. Tövbənin qəbul olunmadığı heç bir günah yoxdur. Çünki Allah-Təala hər bir asi üçün tövbə qapısını açıb və Allah tövbə edənin tövbəsini qəbul edir.

Allah Azzə və Cəllə buyurur:

“(Ya Peyğəmbər! Mənim adımdan qullarıma) de: “Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir!”[2]

İbn Kəsir[3], Allah ona rəhmət etsin, demişdir:

“Bu ayə tövbə etmələri və Allaha dönmələri üçün bütün günahkarlar, kafirlər və digərlərinə edilən çağırışdır. Ayə bizə bildirir ki, nə olmasından, nə qədər olmasından asılı olmayaraq, hətta dənizdəki köpük kimi olsa belə Allah günahlardan tövbə edənin və bunlardan çəkinənin bütün günahlarını bağışlayır. Bu mövzuda xeyli ayə var.

Ən doğrusunu Allah bilir.

Yalandan and içməyin səmimi tövbədən başqa kəffarəsi yoxdur


Geri dön

_aKa_

  • 15 fevral 2016 17:46
  • Məqalə: 12
  • Şərh: 228
  • Bal:
oxudum Allah razi olsun tewekkurler

__S.M_ova__

  • 23 yanvar 2016 10:26
  • Məqalə: 90
  • Şərh: 1398
  • Bal:
{awards}
ALLAH RAZİ OLSUN

Attention

  • 20 yanvar 2016 00:17
  • Məqalə: 11
  • Şərh: 918
  • Bal:
{awards}
Ağ yalan belə günahdır Allah günahlarımızı bağışlasın

ruqiyye

  • 19 yanvar 2016 21:54
  • Məqalə: 0
  • Şərh: 496
  • Bal:
{awards}
tesekkurler

--------------------
MEN HECKIMIN HECKESIYEM

✯ AliKo ✯

  • 19 yanvar 2016 19:52
  • Məqalə: 85
  • Şərh: 1067
  • Bal:
{awards}
Qelbden Edilen Tövbe Allahın İzni İle Qebul Olar Meqaleni Beyendim sağolun

Pəri

  • 19 yanvar 2016 18:15
  • Məqalə: 240
  • Şərh: 2286
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

Nergiz__Sirinova

  • 19 yanvar 2016 17:17
  • Məqalə: 543
  • Şərh: 4966
  • Bal:
{awards}
Allah Razi olsun

--------------------

NIGAR

  • 19 yanvar 2016 13:45
  • Məqalə: 868
  • Şərh: 11161
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
legend.az/user/imza/legend.az/user/imza/


İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 78
Cəmi: 107

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 53
Cəmi: 229
 
NIGAR
Xəbərləri: 47
Cəmi: 868
 
Limon qoxusu
Xəbərləri: 46
Cəmi: 69
 
Nergiz__Sirinova
Xəbərləri: 23
Cəmi: 543
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 277
 
aytc.sza
Xəbərləri: 19
Cəmi: 21
 
Lmzade
Xəbərləri: 16
Cəmi: 16
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}