2016-cı ilin 7 texnoloji trendi - Siyahi

 
2016-cı ilin 7 texnoloji trendi - Siyahi


Yenicə qədəm qoyduğumuz ilin yanvar ayının ilk günlərində Las-Veqasda "Consumer Electronics Show" ("CES") beynəlxalq elektronika sərgisi keçirilib.

Hər il təşkil olunan sərgi yeni texnologiyalar sahəsinin yeni trendlərini müəyyən edir. O baxımdan bu il də sərgidə təqdim olunan yenilikləri ilin trendləri hesab etmək olar.
Gələcəyin avtomobili

Məlumdur ki, sürücüsüz idarə olunan maşınlar avtomobil nəqliyyatının gələcəyidir. Elə sözügedən sərgidə də əvvəlki illərlə müqayisədə daha çox sürücüsüz avtomobillər nümayiş etdirilib. Bu isə o deməkdir, yaxın gələcəkdə özü idarə olunan maşınlardan istifadəyə başlanılacaq.

Virtual reallıq texnologiyalarının inkişafı

Cari ildə virtual reallıq texnologiyaları sahəsində böyük irəliləyiş gözlənilir. Son versiya "CES" sərgisində təqdim edilən "Oculus Rift" virtual reallıq eynəyinin təkmilləşdirilməsi üzrə aparılan işlər davam etdirilir. Qeyd edək ki, "Facebook" daxil olmaqla populyar xidmətlər artıq 360 dərəcə formatlı panorama videosunun göstərilməsini dəstəkləyir.

Pilotsuz uçan aparatlar

Bu sahədə maneələrə (ABŞ və Rusiyada pilotsuz uçan aparatların məcburi qeydiyyatı tətbiq olunub) baxmayaraq, 2016-cı ildə böyük irəliləyiş gözlənilir. Əvvəlki modellərlə müqayisədə yeni modellər daha sürətli və yaxşı manevr etmək qabiliyyətinə malikdir.

Yeni nəsil striminq video xidmətləri

Ən böyük axınlı video tədarükçüləri olan "Netflix" və "YouTube" "CES 2016" sərgisinin əsas iştirakçıları olublar. Bu o deməkdir ki, cari ildə striminq video xidmətləri öz tamaşaçılarını yeniliklərlə sevindirməyə davam edəcək. Bu xidmətlər yeni tendensiyaları ("4K" formatı, 360 dərəcə formatında video və virtual reallıq) müəyyən edəcək. "Netflix" xidməti 1 yanvar 2016-cı il tarixindən etibarən dünyanın 130 ölkəsində işə salınıb. Yeri gəlmişkən qeyd edək ki, "Netflix" yanvarın 6-dan Azərbaycanda da xidmət göstərməyə başlayıb. Bu barədə şirkətin baş direktoru Reed Hastings məlumat verib.

"Ağıllı ev" texnologiyalarının inteqrasiyası

Ötən il "ağıllı" ev üçün texnologiyalar sahəsində ümidverici həllər yaradılsa da, lakin bu məhsullar kütləviləşmədi. "Apple" və "Google" şirkətlərinin "ağıllı" ev üçün nəzərdə tutulmuş platformaları smart qurğuları vahid sistem üzrə birləşdirməyi planlaşdırılsa da, lakin bu, hələ qeyri-müəyyən müddətə təxirə salınıb. Bununla belə, cari ildə yeniliklər gözlənilir.

Fərdi mini nəqliyyat

Bir çoxları yəqin ki "Hoverboard" adlı cihazla tanışdır. Maqnit sahəsinin köməyi ilə asfalta toxunmadan uçan bu nəqliyyat növünün təhlükəsizliyi müzakirə mövzusu olsa da, "CES 2016" sərgisində bu sahədə bir çox yeniliklər nümayiş etdirilib.

Sağlamlığın qeydinə qalan cihazlar

"Ağıllı ev" texnologiyalarından fərqli olaraq, personal tibbi qurğular "qızıl dövrünü" yaşayır. Qabaqcıl sensorlar, çiplər və simsiz ölçü cihazları real vaxt rejimində müxtəlif fizioloji parametrlərə nəzarət etməyə imkan verirlər. Bu il "CES 2016" istehlak sərgisində belə qurğular da nümayiş etdirilib.


Geri dön

_aKa_

  • 15 fevral 2016 18:07
  • Məqalə: 12
  • Şərh: 230
  • Bal:
xeber ucun tewekkrler

__S.M_ova__

  • 23 yanvar 2016 10:16
  • Məqalə: 90
  • Şərh: 1404
  • Bal:
{awards}
XƏBƏRƏ GÖRƏ SAĞOLUN

Nergiz__Sirinova

  • 21 yanvar 2016 15:56
  • Məqalə: 394
  • Şərh: 3410
  • Bal:
{awards}
Xebere gore tesekkurler.

--------------------

İTMİŞ_ŞƏHZADƏ

  • 20 yanvar 2016 22:17
  • Məqalə: 1
  • Şərh: 2049
  • Bal:
{awards}
...........tewekkurler. .............

--------------------
Menı itirmekden qormayanı qazanmağa çalışmaram....

gamsiz_hayat

  • 20 yanvar 2016 20:58
  • Məqalə: 223
  • Şərh: 2014
  • Bal:
{awards}
xeber ucun tesekkurler

--------------------
Kimsenin pesinden kosamam, saclarim bozulur

mekuş

  • 20 yanvar 2016 20:49
  • Məqalə: 0
  • Şərh: 65
  • Bal:
{awards}
təşəkkür məlumata görə

--------------------
mekuşşşşşşşşşşşşşşş

Attention

  • 20 yanvar 2016 17:35
  • Məqalə: 11
  • Şərh: 921
  • Bal:
{awards}
xebere gore tewekkur.....

Pıtırcık

  • 20 yanvar 2016 13:52
  • Məqalə: 505
  • Şərh: 9703
  • Bal:
{awards}
XƏBƏRƏ GÖRƏ SAĞ OLUN

--------------------
http://legend.az/user/imza/http://legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 45
Cəmi: 65

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 25
Cəmi: 505
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
♔Hе важно∞
Xəbərləri: 17
Cəmi: 62
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1142
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}