Mətbəx sirrləri: Polyakların bal tortu

 
Mətbəx sirrləri: Polyakların bal tortu


Tərkibi:

xəmir:

100 q kərə yağı
120 q şəkər tozu
3 yumurta
250 q bal
1 ç.q. soda
350 q un

krem:

500 ml 33%-35%-li qaymaq
750 q 30% - 40%-li xama
120 q şəkər pudrası
1 x.q. vanil cövhəri (yaxud konyak)
2 paket (hərəsi 8 q) Dr.Oetker qaymaq qatılaşdırıcısı

Undan başqa xəmir üçün olan bütün ərzağı qazançaya töküb su hamamında daim qarışdıraraq qızdırın. Hamısı əriyəndən sonra 5 dəqiqə də qarışdıraraq bişirin, ocaqdan götürün.

Qarışdıraraq, tədricən un əlavə edin. Xəmir duru alınacaq. Bu sizi qorxutmasın. Qazanın ağzına qapaq qoyun, soyuducuda 8-12 saat saxlayın. Bu müddətdən sonra xəmir qatılaşacaq. Xəmiri soyuducuda 1 gecə də saxlaya bilərsiniz.

Xəmiri 8 bərabər yerə bölün. 2-3 kündəni saxlayıb, qalanını yenidən soyuducuya qoyun ki, çıxardıqlarınız bişincə yumşalmasın.

Kündəni birbaşa perqamentin üzərində yayın, çünki xəmir yumşaq olduğundan masada yayıb formaya qoymaq çətin olacaq. 3 parça perqament lazım olacaq - ikisinin arasında xəmiri yaymaq, onlardan birinin üzərində bişirmək, üçüncünün üzərində soyutmaq üçün.

Ancaq öncədən perqamentin üzərinə mütləq un səpin. Yayanda gərək olduqca yenə səpin. Xəmir yapışqan və yumşaq olduğundan əllərinizi və oxlovu da unlayın.

Xəmiri yaydıqdan sonra 25 sm diametrində dairə kəsin, artıqlarını əsas dairədən bir qədər aralı çəkin, xəmiri elə perqamentin üzərində formaya qoyun. Korju (xəmir artıqlarıyla birlikdə) 180 dərəcə qızdırılmış sobada 5 dəqiqə bişirin.

Birinci korj bişənədək o biri kündəni birincini hazırladığınız qaydada yayın.
Bu minvalla bütün korjları bişirib soyudun.

Bişmiş xəmir artıqlarını xırdalayın, amma toz halına salmayın, tortun üstünə səpiləcək.

Krem: Mikserlə soyuq qaymağı 1 dəqiqə çalın, tədricən 2 paket qatılaşdırıcını əlavə edin. Hissə-hissə şəkər pudrasını əlavə edin, vanil cövhəri (yaxud konyak) əlavə edib qaymaq qatılaşınca çalın.

Xamanı çəngəllə yüngülcə çalın (çox canfəşanlıq etməyin, xama çox durular). Çalınmış qaymağa əlavə edib qaşıqla qarışdırın.

Korjları arasına krem çəkməklə üst-üstə yığın. Kənarlarına və üstünə də krem çəkin, ovuntuq səpin.

Soyuducuda 8-12 saat saxlayın.

Nuş olsun!


Geri dön

__S.M_ova__

  • 23 yanvar 2016 10:11
  • Məqalə: 90
  • Şərh: 1404
  • Bal:
RESEPTƏ GÖRƏ TƏŞƏKKÜRLƏR

Nergiz__Sirinova

  • 21 yanvar 2016 15:49
  • Məqalə: 372
  • Şərh: 3299
  • Bal:
{awards}
Resepte gore tesekkurler.

--------------------

gamsiz_hayat

  • 20 yanvar 2016 20:48
  • Məqalə: 223
  • Şərh: 2014
  • Bal:
{awards}
BUYURUN NUS OLSUN MENDE SEVIREM BU TORTU

--------------------
Kimsenin pesinden kosamam, saclarim bozulur

İTMİŞ_ŞƏHZADƏ

  • 20 yanvar 2016 19:39
  • Məqalə: 1
  • Şərh: 2042
  • Bal:
{awards}
Tewekkurler men bali tort biwirende bilmirem nedendi xemire biraz berk cixir bu reseplede edecem INWALLAH bu defe yaxwi cixar

--------------------
Menı itirmekden qormayanı qazanmağa çalışmaram....

OnE DiReCtIoN_ZAYN

  • 20 yanvar 2016 17:34
  • Məqalə: 5
  • Şərh: 4474
  • Bal:
{awards}
sevirem balli tortu tewekkurler

--------------------

Attention

  • 20 yanvar 2016 17:28
  • Məqalə: 11
  • Şərh: 921
  • Bal:
{awards}
tewekkur beyendim

ruqiyye

  • 20 yanvar 2016 14:24
  • Məqalə: 0
  • Şərh: 497
  • Bal:
{awards}
tesekkurler

--------------------
MEN HECKIMIN HECKESIYEM

Pıtırcık

  • 20 yanvar 2016 13:44
  • Məqalə: 453
  • Şərh: 9618
  • Bal:
{awards}
TORT DƏLİSİYƏM. DÜZƏLDƏN OLSA YEYƏRDİM bully

--------------------
http://legend.az/user/imza/http://legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 37
Cəmi: 59

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 10
Cəmi: 453
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 31
 
 
{slinks}