Mesaj

 
Mesaj



Dünən telefonuma, bir mesaj gəldi,
Gecənin bu vaxtı kimdi görəsən ?!
Açdım, oxudum ki, köhnə sevgilim
Darıxıb və yazıb, “Salam, necəsən?”


İstədim əvvəlcə, cavab yazmayım
Sonra düşündüm ki, yox nəyə lazım?!
Axı mən də onunçün, çox darıxmışam
Yaxşısı budur ki, tez cavab yazım


Yazdım ki, ” Yaxşıyam, bəs sən necəsən?
Demək, silməmisən nömrəmi hələ,
Ən az 6 aydı , görüşmürük biz
Nə əcəb yadına, düşmüşəm belə?! ”


Yazdı, ” Düz deyirsən, ancaq nə bilim,
Oluram səninçün, hər gün narahat
Səninlə xoşbəxtdim, indi mənimçün
Sənsiz itiribdi, mənasın həyat ! ”


Birgə yaşadığımız gözəl anları,
O necə unutsun?!…zarafat deyil !
Bir sevgi nağılı yaşamışdıq biz,
Müddəti nə az, nə çox…iki il…


Eyniydi zövqümüz, xasiyyətimiz
Ortaq dostumuz da, çoxdu üstəlik..
Təsadüf deyil ki, elə onunla
Sevgili olmazdan öncə dost idik…


Mən ki ayrılmağı, istəməmişdim,
“Ayrılaq” kəlməsin deyəndə birdən
Belə danışmağa da , məncə yox haqqı
Tərk edən o idi, tərk edilən mən…


Halbuki, ” təzədən başlayaq ” desəm,
Heç nə soruşmadan, “hə” deyər mənə
Yenə alınmasa, yenə ayrılsaq
Bəs sonra dost-tanış, nə deyər mənə?

Müəllif : Babək İbrahimli



Mesaj


Geri dön

... Deryam ...

  • 14 fevral 2016 22:47
  • Məqalə: 272
  • Şərh: 4680
  • Bal:
BEZI MISRALARI BEYENDIM

--------------------

Mövlud Ağamməd

  • 23 yanvar 2016 13:13
  • Məqalə: 21
  • Şərh: 128
  • Bal:
{awards}
Gözəl ifadə etmişsiniz.

--------------------
Mən qəmli olanda şeir yazıram,
Çoxdu şeirlərim,demək,qəmim çox..
Mövlud Ağamməd

__S.M_ova__

  • 23 yanvar 2016 09:46
  • Məqalə: 90
  • Şərh: 1404
  • Bal:
{awards}
Yazdım ki, ” Yaxşıyam, bəs sən necəsən?
Demək, silməmisən nömrəmi hələ,
Ən az 6 aydı , görüşmürük biz
Nə əcəb yadına, düşmüşəm belə?! ”

ruqiyye

  • 22 yanvar 2016 20:00
  • Məqalə: 0
  • Şərh: 497
  • Bal:
{awards}
seirin icinde hekaye maraqli idi

--------------------
MEN HECKIMIN HECKESIYEM

Nergiz__Sirinova

  • 22 yanvar 2016 17:53
  • Məqalə: 329
  • Şərh: 3132
  • Bal:
{awards}
Seire gore tesekkurler.

--------------------

Attention

  • 22 yanvar 2016 11:49
  • Məqalə: 11
  • Şərh: 921
  • Bal:
{awards}
xəbər üçün tesekkur

Favorit Oglan

  • 22 yanvar 2016 08:54
  • Məqalə: 562
  • Şərh: 65
  • Bal:
{awards}
Həm qafiyəli həmdə olduqca maraqlı şeir alınıb

✯ AliKo ✯

  • 21 yanvar 2016 21:37
  • Məqalə: 85
  • Şərh: 1078
  • Bal:
{awards}
Maraqlı Şeirdir Sağolun

gamsiz_hayat

  • 21 yanvar 2016 21:22
  • Məqalə: 223
  • Şərh: 2014
  • Bal:
{awards}
Beyendim weiri tesekkurler

--------------------
Kimsenin pesinden kosamam, saclarim bozulur
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 50
Cəmi: 62

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}