Kişinin başını örtməsi yaxud baş geyimi geyməsi şəriətdə vacibdir?

 
Kişinin başını örtməsi yaxud baş geyimi geyməsi şəriətdə vacibdir?


Sual: Kişilərin başını örtməsinin vacib olduğunu söyləyən bir alim yaxud məzhəbin adını verə bilərsinizmi?

Cavab: Həmd Allaha məxsusdur.

Kişilərin başının örtməsinin vacib olduğunu söyləyən hər hansı bir alimin olduğu bizə məlum deyil. Alimlərdən bir qrupu bunu müstəhəb hesab edirlər və insanların yanında başı açmağını kişinin nüfuzuna xələl gətirdiyini hesab edirlər. Xüsusilə də əgər sözügedən şəxs yaşlı və yaxud alim isə məsələnin ciddiliyi artır. Belə şəxslərin başlarını açması digərlərinə nisbətən daha qəbahətli hesab edilir.

Lakin doğru rəy budur ki, başı açmaq heç bir dövrdə və heç bir yerdə kişinin nüfuzunu aşağı salan məsələlər arasında deyil. Daha doğrusu bu məsələyə dair hökm insanlar arasındakı mövcud olan müxtəlif adət-ənənələrə görə fərqlənir:

İmam Şatibi, rahiməhullah, insanların adətlərini iki yerə bölür:

Birincisi: Yaxşı yaxud pis olduğuna dair şəriətdən dəlilin olduğu adət-ənənələr. Bu halda istinad mənbəyi şəriətdir və insanların adət-ənənələri nəzərə alınmır. Buna misal olaraq övrət yerlərinin açılmasını göstərə bilərik. Bu cür etmək qəbahətdir və insanların əksəriyyəti bunu adət etsələr belə şəriət bunu qadağan edir. Həmçinin nəcasətin[1] aradan qaldırılması. Bu cür etmək gözəl bir əməldir və şəriətdə əmr olunur. Hərçənd insanların çoxu paltarlarının nəcasətə bulaşmasına əhəmiyyət vermirlər və bundan çəkinmirlər.


İkincisi: İnsanlar arasında adət-ənənə halını almış bununla belə şəriətdə bunun yaxşı yaxud pis olduğuna dair dəlilin olmadığı adət-ənənələr. Bu ikinci qism özü də iki yerə bölünür:

1.Dəyişməyən sabit adət-ənənələr. Məsələn yemək-içməyə olan istək.

2.Dəyişən adət-ənənələr. Bir əməlin yaxşı yaxud pis olması cəmiyyətdən cəmiyyətə dəyişir.

İmam Şatibi bu növ ilə bağlı “Başı açmağı” misal çəkmişdir. Belə ki, başı açmaq faktiki olaraq yerlərə görə dəyişir. Məsələn Məşriq[2] ölkələrində başı açmaq kişinin heysiyyatına, nüfuzuna xələl gətirən qəbahətli bir şey sayılır. Məğrib[3] ölkələrində isə qəbahət hesab edilmir. Bu halda şəriət hökmü mövcud olan bu fərqliliyə görə dəyişir. Deməli şərqdə yaşayanlar üçün kişinin nüfuzu və heysiyyatına xələl gətirən şey hesab edilir, qərbdə yaşayanlar üçün isə bu cür sayılmır.[4]

Xülasə etsək, kişilərin başlarını örtməsi yaxud baş geyimi geyməsi məsələsində insanların adət-ənənələrinə müraciət olunur. Şəriətə zidd olmamaq şərtilə kişi xəylaqları yaşadıqları cəmiyyətin adət-ənənələrinə müvafiq addım atmalıdırlar ki, geyim tərzlərində və s. şeylərdə şəriətdə qadağan olunmuş qaydada onlardan seçilməsinlər.

Doğrusunu Allah bilir.


Geri dön

... Deryam ...

  • 14 fevral 2016 22:28
  • Məqalə: 272
  • Şərh: 4680
  • Bal:
agiilari olsun baslarini blamasalrda olar

--------------------

_aKa_

  • 3 fevral 2016 23:36
  • Məqalə: 12
  • Şərh: 230
  • Bal:
{awards}
Allah razi olsun tewekkurlerr

Nergiz__Sirinova

  • 23 yanvar 2016 18:19
  • Məqalə: 331
  • Şərh: 3139
  • Bal:
{awards}
Allah Razi olsun.

--------------------

Attention

  • 23 yanvar 2016 10:35
  • Məqalə: 11
  • Şərh: 921
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

__S.M_ova__

  • 23 yanvar 2016 09:38
  • Məqalə: 90
  • Şərh: 1404
  • Bal:
{awards}
ALLAH RAZİ OLSUN

OnE DiReCtIoN_ZAYN

  • 22 yanvar 2016 22:28
  • Məqalə: 5
  • Şərh: 4457
  • Bal:
{awards}
tewekkurler

--------------------

✯ AliKo ✯

  • 22 yanvar 2016 21:07
  • Məqalə: 85
  • Şərh: 1078
  • Bal:
{awards}
Doğrusunu Allah bilir.
Sağolun

gamsiz_hayat

  • 22 yanvar 2016 21:03
  • Məqalə: 223
  • Şərh: 2014
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Kimsenin pesinden kosamam, saclarim bozulur

ruqiyye

  • 22 yanvar 2016 21:01
  • Məqalə: 0
  • Şərh: 497
  • Bal:
{awards}
men ki kisi doyulem .amma bizde onsuzda ortmurler deyirler nedi arvad sali bagliyanam

--------------------
MEN HECKIMIN HECKESIYEM

Pıtırcık

  • 22 yanvar 2016 20:46
  • Məqalə: 386
  • Şərh: 9515
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
http://legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 31
Cəmi: 52

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}