Erkən yaşlarından uşağı tərbiyə etməkdə sələfin nəsihətləri

 
Erkən yaşlarından uşağı tərbiyə etməkdə sələfin nəsihətləri


Bilmək lazımdır ki, uşaq valideynlərinin yanında bir əmanətdir, onun qəlbi məsum bir cövhər olub hər cür naxışa açıqdır. Odur ki, uşaq xeyirxahlığa alışdırılarsa, bu ruhla inkişaf edib boya-başa çatır. Valideynləri və qəyyumları təqvalı və saleh bir həyat tərzi sürməklə əldə olunacaq əcr-savabı paylaşacaqlar. Eləcə də, uşaq pis işlərə alışdırılarsa o bu ruhda böyüyəcək və beləcə onun yiyəsi günah yükünü daşıyacaq. Ona görə də, hər bir uşağın böyüyü uşağını qorumalı, tərbiyə etməli və yetişdirməlidir; ona ali ədəb-əxlaq qaydalarını öyrətməli və pis dost-yoldaşlarından qorumalıdır.

Uşağın böyükləri onu təmtəraq və dəmdəsgah içində yaşamağa alışdırmamalıdır. Əmin olmalıdır ki, uşaq bər-bəzək və zənginlik yolları və vasitələrinə bağlanmasın, əks halda uşaq bu məqsədə nail olmağa cəhd göstərərək həyatını puç edərək böyüyüb başa çatacaq.

Daha doğrusu uşağın böyüklərinin ona kiçik yaşlarından nəzarət etməsi daha məqsədəuyğundur. Deməli, uşağı əmizdirən və onun qayğısına qalan qadın yalnız halal süd əmmiş saleh və təqvalı bir qadın olmalı. Çünki həqiqətən də haram yedikdən sonra qadının verdiyi süddə bərəkət yoxdur.

Sonradan uşaq düşünməyə və fərqləndirməyə başlayacaq. Bunun ən birinci əlaməti uşaqda olan utancaqlıq, həya hissidir. Bu cür həya və utancaqlıq hissi uşağın ağlı və zəkasının inkişaf etməyə başladığı və yetkinlik yaşına yaxınlaşdığının bariz nişanəsidir. Odur ki, onda olan həya hissindən istifadə etməklə uşağa kömək edilməli, tərbiyə olunmalı və ona düzgün ədəb-əxlaq aşılanmalıdır.

Bundan başqa, onda qidaya olan iştahın ilk əlamətləri aşkar olduqda ona yemək-içmək ədəbləri öyrədilməli və bəzən bunun üçün ona sadəcə yeməyə çörək verilməlidir ki, çörəklə birlikdə yeyilən yeməyə bağlanmasın və bunu zərurət hesab etsin. Çox yeməkdən çəkindirilməlidir və ona başa salınmalıdır ki, çox yemək heyvanların yemək tərzinə bənzəyir.

Uşaqları çirkli yaxud ipək paltar əvəzinə təmiz, ağ paltarlar geyməyə öyrətmək lazımdır. Bununla yanaşı ipək paltarı yalnız qadınların və qadınlaşmış kişilərin geydiyini başa salmaq lazımdır. Uşağı dəbdəbəli həyat tərzinə alışdırılmış digər uşaqlarla oturub-durmaqdan çəkindirmək lazımdır.

Daha sonra uşağın başı məktəbə qarışır. O, Quran, hədisləri öyrənir və nümunəvi saleh insanlar haqqında öyrənir ki, salehlik, xeyirxahlığa olan sevgi onun qəlbində kök salsın. Bundan əlavə, sevgi və romantikadan bəhs olunan şeirlərə qulaq asmaq və bunları əzbərləməyə yol verilməməlidir.

Uşaqda gözəl bir xüsusiyyət və yaxud yaxşı bir əməl gördükdə bu qiymətləndirilməli və onun xoşladığı bir şeylə mükafatlandırılmalı və digər insanların yanında təriflənməlidir.

Bununla belə, əgər özünü pis apararaq qarşı çıxarsa bəzən buna göz yummaq və üzə vurmamaq olar. Əgər işdir bu pis əməlinə davam edərsə ona xəlvətdə xəbərdarlıq edilməli və başqa insanların onun bu əməlindən xəbər tutacaqları ilə qorxutmaq lazımdır. Buna baxmayaraq uşağı tez-tez cəzalandırmaq və xəbərdar etmək məqsədəuyğun deyil, belə ki, bu cür davranış onu danlanmağa və töhmət olunmağa alışdıracaq. Əksinə, uşağın böyükləri uşaqla danışarkən təhdidedici tonla danışmamalıdır.

Həmçinin yaxşı olar ki, uşağın anası onu atası ilə qorxuzsun.

Gün ərzində uşağı yatmaqdan çəkindirmək lazımdır. Belə ki, əks halda tənbəlləşir və axşam yatmalıdır. Ona yumşaq yorğan-döşək qoyulmamalıdır. Çünki bunun qarşısı alındıqda uşağın sümükləri və əzələsi möhkəm olur. Yemək, geyim və yatmaqda sərtliyə alışdırılmalıdır. Tənbəlliyin onu üstələməməsi üçün gəzəməyə, hərəkət və idman etməyə alışdırılmalıdır.

Erkən yaşlarından uşağı tərbiyə etməkdə sələfin nəsihətləri


Geri dön

... Deryam ...

  • 14 fevral 2016 22:39
  • Məqalə: 273
  • Şərh: 4680
  • Bal:
ALLAH RAZI OLSUN COX GOZEL XEBERDI

--------------------

Attention

  • 23 yanvar 2016 10:32
  • Məqalə: 11
  • Şərh: 921
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

__S.M_ova__

  • 23 yanvar 2016 09:40
  • Məqalə: 90
  • Şərh: 1404
  • Bal:
{awards}
ALLAH RAZİ OLSUN

gamsiz_hayat

  • 22 yanvar 2016 21:13
  • Məqalə: 223
  • Şərh: 2014
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Kimsenin pesinden kosamam, saclarim bozulur

ruqiyye

  • 22 yanvar 2016 18:46
  • Məqalə: 0
  • Şərh: 497
  • Bal:
{awards}
Belede cox sagolun

--------------------
MEN HECKIMIN HECKESIYEM

Pıtırcık

  • 22 yanvar 2016 18:15
  • Məqalə: 385
  • Şərh: 9500
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
http://mail.mp3.mail.mp3.legend.az/user/imza/

Nergiz__Sirinova

  • 22 yanvar 2016 17:48
  • Məqalə: 327
  • Şərh: 3118
  • Bal:
{awards}
Tesekkurler.

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 28
Cəmi: 41

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}