Əgər gün ərzində oruc tutmağa niyyət edibsə Aşura orucunun savabını qazanırmı?

 
Əgər gün ərzində oruc tutmağa niyyət edibsə Aşura orucunun savabını qazanırmı?


Sual: Aşura günündə oruc tutmağın fəziləti və ötən il üçün kəffarə olduğunu bilirəm. Lakin bizdə işimiz Miladi təqviminə görə olduğundan Aşura günü barədə yalnız sabahısı gün xəbər tutdum. Heç bir şey yeməmişdim və oruc tutmağa niyyət etdim. Mənim orucum səhihdirmi? Bu günün savabı mənə çatır və ötən il üçün kəffarə olurmu?

Cavab: Həmd Allaha məxsusdur.

Nafilə ibadət və itatətlərə hərisli olmağa sizi müyəssər edən Allaha həmd olsun. Buna görə Allahdan özümüz və sizin üçün əcr istəyirik.

Gecədən oruc tutmağa niyyət etmək barədə sualınıza gəldikdə Peyğəmbər sallallahu aleyhi və səlləmə istinadən təsdiqini tapmışdır ki, nafilə oruc üçün günorta niyyət etmək səhihdir. Əsas odur ki, insan fəcrdən sonra orucu pozan şeylərə yol verməsin. Aişəyə, radiyallahu anhə, istinadən rəvayət olunur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bir gün ailəsinin yanına gəldi və dedi: “(Yeməyə) bir şeyiniz varmı?” Onlar dedilər: “Xeyr”. Peyğəmbər sallallahu aleyhi və səlləm dedi: “Onda mən orucam”.[1] Burada onda kimi tərcümə etdiyimiz izən indiki zaman zərfi olub gün ərzində nafilə oruc üçün niyyət etməyin icazəli olduğunu göstərir. Bu, fərz oruclara aid deyil. Çünki fərz oruclar yalnız gecədən niyyət etdikdə səhih olur. Bu barədə hədisdə deyilir: “Kim fəcrdən öncə (axşam) oruc üçün niyyət etməzsə onun orucu yoxdur”.[2] Hədis fərz oruca aiddir.

Buna əsasən deyirik ki, orucunuz səhihdir. Lakin bu oruca görə savab yazılmaq məsələsinə gəldikdə savab tam gün üçün yazılır yoxsa niyyət etdiyi andan etibarən yazılır? Bu barədə Şeyx İbn Üseymin, rahiməhullah, belə demişdir:

“Bu məsələdə alimlərin iki rəyi var:

“Birinci rəyə görə günün başlanğıcından savab yazılır. Çünki şəri oruc mütləq günün əvvəlindən olmalıdır”.

İkinci rəyə görə isə yalnız niyyət etdiyi andan etibarən savab yazılır. Əgər günün ortasında niyyət edibsə bu halda yalnız yarım günə görə savab yazılır. Bu daha doğru rəydir. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Əməllər niyyətə bağlıdır. Hər kəsə yalnız niyyət etdiyi var”. Yalnız günün ortasında niyyət etdiyinə görə ona görə də niyyət etdiyi andan etibarən ona savab yazılır.


Üstün rəyə əsasən əgər oruc aşağıdakı günlərə, məsələn, birinci və dördüncü günün orucları, əyyəm əl-bid günlərinin orucu[3] və yaxud hər ayın üç gün orucuna aiddirsə və bu günlərdə gün ərzində niyyət edibsə həmin günün tam savabı yazılmır[4].

Eyni hökm dan yeri söküləndən sonra Aşura orucunu tutmağa niyyət edənə kəsə də şamil edilir; bu halda ona Aşura gününün əcri, bir ilin kəffarəsi yazılmır. Çünki onun halı Aşuranı tam gün olaraq oruc tutanın halı kimi eyni deyil, daha doğrusu həmin adam sadəcə günün bir hissəsini oruc tutmağa niyyət etdiyi andan etibarən oruc tutmuşdur.

Lakin Allahın ayı sayılan Muhərrəm ayında, Ramazandan sonra ən əfzəl orucu tutduğuna görə ümumi əcr olaraq savab yazılır.[5]

Bəlkə də, sizin və bir çox insanların Aşuranın yaxud əyyəm əl-bid günlərinin nə vaxt olduğunu bilməməsinin və bu barədə yalnız gün başlayandan sonra xəbər tutmasının-özünüz də bildirdiyiniz kimi-əsas səbəbi Miladi təqviminin tətbiq olunmasıdır. Ola bilsin ki, bu xüsusi günləri əldən buraxmaq sizi və Allahın hidayəti ilə nemətləndirdiyi kəsləri qəməri Hicri təqvimini izləməyə sövq edəcək. Belə ki, Allah-Təala Hicri Təqvimi Öz bəndələri üçün qanunlaşdırmış və Öz Dini üçün bəyənmişdir. Bəndələr arasındakı xüsusi əqdlər ilə bağlı olsa belə məqsəd bizə şəriətdə buyurulan müxtəlif hadisələri (münasibətləri) xatırlatmaq və müxalif olmaq əmr olunduğumuz Kitab Əhlindən, onların mərasimlərindən (şüarlarından) və onlara məxsus xüsusiyyətlərdən fərqlənmək üçün bu təqvimi canlandırmaqdır. Əlalxüsus da hicri təqvimi əvvəlki Peyğəmbərlərin ümmətlərinin tətbiq etdiyi bir təqvim olmuşdur. Belə ki, yəhudilərin Aşura günündə oruc tutmasının səbəbini bildirən hədisdən bunu bu cür başa düşürük. Həmin gün isə qəməri təqvimi ilə bilinir. Onlar (yəhudilər) həmin günün Allah-Təalanın Musa peyğəmbəri xilas etdiyi gün olduğunu bildirmişlər. Bu isə göstərir ki, onlar Avropada tətbiq olunan günəş təqvimi ayları ilə deyil, qəməri təqvimi ilə getmişlər.[6]

Ola bilsin ki, Allah-Təala bu xüsusi əcri fövtə verdiyinizə və sizin kimi həris olan digər insanların bu günü fövtə verdiyini xeyirxah işləri etmək üçün həris etsin. Belə ki, bu günü əldən buraxdığına görə insanın qəlbində keçirdiyi bu hal və hissiyyat insanı əməli saleh işlərdə daha mübariz olmağa təhrik edəcək. Bu isə özü ilə çoxsaylı itaət əməllərini doğurur ki, bunlar qəlbdə daha güclü təsir buraxır.

Müəyyən ibadətləri müntəzəm edən və etdiklərindən qane olan və itaətlərə tənbəl yanaşmaları ilə nəticələnən, özündən xoşlanmalarına səbəb olan və bu itaətləri ilə Allaha minnət qoyan bəzi insanlardan fərqli olaraq bu cür hal sizi əməlləri etməyə daha həris edəcəkdir.

Allahdan istəyirik bizi öz lütfü və əcri ilə nemətləndirsin, Onu zikr etməyə və Ona şükr etməyə kömək etsin.


Geri dön

... Deryam ...

  • 14 fevral 2016 21:46
  • Məqalə: 272
  • Şərh: 4617
  • Bal:
ALLAH RAZI DEYERLI XEBERDI

--------------------

Milyonerkaa

  • 4 fevral 2016 23:11
  • Məqalə: 43
  • Şərh: 5069
  • Bal:
{awards}
Allah Razi Olsun

--------------------
gűиdűzłєr ңєr қєsi gűłdűrєи sözűм söңpєтім, axsнамłar özűмü agładаи dєяdім vаr мєиiм ..

_aKa_

  • 2 fevral 2016 21:43
  • Məqalə: 12
  • Şərh: 228
  • Bal:
{awards}
Allah razi olsun tewekkurler

Pəri

  • 24 yanvar 2016 19:46
  • Məqalə: 227
  • Şərh: 2056
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Attention

  • 24 yanvar 2016 17:27
  • Məqalə: 11
  • Şərh: 918
  • Bal:
{awards}
Allah razi olsun...

NIGAR

  • 24 yanvar 2016 15:21
  • Məqalə: 582
  • Şərh: 9747
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
legend.az/user/imza/

Nergiz__Sirinova

  • 24 yanvar 2016 13:59
  • Məqalə: 421
  • Şərh: 3574
  • Bal:
{awards}
Allah Razi olsun

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 35
Cəmi: 58

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 34
Cəmi: 582
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 108
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
MiSS HaPPy)
Xəbərləri: 10
Cəmi: 18
 
Sol Meleyim
Xəbərləri: 10
Cəmi: 23
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 4
Cəmi: 671
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
ஐ Payiz ஐ
Xəbərləri: 2
Cəmi: 7
 
Pəri
Xəbərləri: 2
Cəmi: 227
 
 
{slinks}