Neçə adamın adından qurban kifayət edir

 
Neçə adamın adından qurban kifayət edir


Sual: Ailədə mən və zövcəm, uşaqlarımla birlikdə səkkiz nəfərik. Bizim adımızdan bir qurbanlıq kifayət edir yoxsa hər birimiz üçün ayrıca qurban kəsmək lazımdır? Əgər bir ədəd kifayət edirsə olar ki, qonşumla bir qurbana şərik olaq?

Cavab: Həmd Allaha məxsusdur.

Əvvəla:

Kişinin özü, ailəsi və müsəlmanlardan istədiyi şəxslərin adından bir qoyunu qurban kəsməsi kifayət edir. Buna Aişənin, radiyallahu anhə, rəvayət etdiyi hədis dəlalət edir. Hədisdə deyilir: “Peyğəmbər sallallahu aleyhi və səlləm qurban kəsməsi üçün ona ayaqları, qarnı qara və gözlərinin ətrafı qara rəngdə olan bir qoç gətirilməsini tapşırdı. O, sallallahu aleyhi və səlləm, Aişəyə dedi: “Bıçağı mənə gətir” və bıçağı ona gətirdi. Peyğəmbər sallallahu aleyhi və səlləm bıçağı götürdü, qoçu gətirib (yerə) uzatdı və kəsməyə (hazırlayaraq) belə dedi: “Bismilləh, Allahummə təqabbəl min Muhəmməd, va əəli Muhəmməd və min umməti Muhəmməd”[1]. Sonra qurbanı kəsdi.[2]

Əbi Əyyub əl-Ənsari, radiyallahu anhu, rəvayət edərək belə deyir: “Peyğəmbər sallallahu aleyhi və səlləmin dövründə bir nəfər özünün və əhli beytinin[3] adından bir qoyunu (qurban) kəsərdi. Daha sonra bundan özləri yeyər və başqalarını yedizdirərdilər”.[4]

Bir nəfər özünün və ailəsinin adından bir qoyun, dana, keçini qurban kəsirsə adından qurban kəsməyi niyyət etdiklərinin və ailəsindən sağ olanlar və dünyasını dəyişmiş olanların adından bu kifayət edir. Lakin xüsusi bir niyyət etməzsə həm adət-ənənə, həm də lüğəti mənada bu sözün (ailə) mənasına daxil olanların hamısına şamil olunur. Adət ənənəyə görə bura dolanışığından cavabdeh olduğu zövcəsi, uşaqları və yaxınları daxildir. Lüğəti mənada bura öz nəslindən, atası, babası, ulu babasının nəslindən olanlar daxildir.

Qurban kəsiləcək dəvə, inəyin (dana) yeddidə bir hissəsi qurban kəsiləcək tək bir qoyunun yerinə keçir. Odur ki, bir nəfər dəvə yaxud inəyin yeddidə birinə (şərik olaraq) özü və ailəsinin adından qurban kəsirsə bu kifayətdir. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm dəvə yaxud inəyin yeddidə bir hissəsinin hədy[5]də bir qoyunun yerinə keçdiyini bildirmişdir. Bu həmçinin qurbanlığa da aiddir. Belə ki, bu məsələdə bununla hədy arasında fərq qoyulmur.

İkincisi:

İki yaxud daha çox adamın adından şərikli bir qoyun qurban kəsmələri kifayət deyil. Belə ki, bu barədə nə Qurani-Kərimdə, nə də Sünnədə heç bir dəlil var. Eynilə dəvə yaxud inək qurban kəsərkən səkkiz yaxud daha çox adamı şərik olması kifayət deyil. Lakin yeddi nəfər dəvə yaxud inəyi şərikli qurban kəsə bilər. Çünki ibadətlər tövfiqidir[6]. Odur ki, nə kəmiyyət, nə də keyfiyyətdə şəriətdə qoyulmuş hədləri aşmaq məqbul deyil. Savabda şərik olmaq məsələsi burada istisna təşkil edir. Bundan öncə adından qurban kəsiləcək şəxslərin sayı ilə bağlı hər hansı bir məhdudiyyətin qoyulmadığını qeyd etdik.


Geri dön

... Deryam ...

  • 14 fevral 2016 21:50
  • Məqalə: 273
  • Şərh: 4680
  • Bal:
ALLAH HER KESIN QURBANINI DUALARIQEBUL EYLESIN

--------------------

Milyonerka

  • 4 fevral 2016 23:33
  • Məqalə: 43
  • Şərh: 5133
  • Bal:
{awards}
Teshekkurler)

Teshekkurler)

--------------------
gűиdűzłєr ңєr қєsi gűłdűrєи sözűм söңpєтім, axsнамłar özűмü agładаи dєяdім vаr мєиiм ..

Attention

  • 29 yanvar 2016 00:41
  • Məqalə: 11
  • Şərh: 921
  • Bal:
{awards}
xebere gore tewekkur

gamsiz_hayat

  • 24 yanvar 2016 19:38
  • Məqalə: 223
  • Şərh: 2014
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Kimsenin pesinden kosamam, saclarim bozulur

Nergiz__Sirinova

  • 24 yanvar 2016 14:07
  • Məqalə: 327
  • Şərh: 3118
  • Bal:
{awards}
Allah Razi olsun

--------------------

Pıtırcık

  • 24 yanvar 2016 12:06
  • Məqalə: 385
  • Şərh: 9500
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN.

--------------------
http://mail.mp3.mail.mp3.legend.az/user/imza/

✯ AliKo ✯

  • 24 yanvar 2016 11:55
  • Məqalə: 85
  • Şərh: 1078
  • Bal:
{awards}
Bu Haqda Məlumatım Var idi Yenede Sağolun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 60
Cəmi: 72

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}