10 yaş necə cavanlaşın

 
10 yaş necə cavanlaşın


İnsanlar bu gün qocalmaq istəmir, yaş artdıqca hər kəs gənc və təravətli görünməyi arzulayır. Sağlam qidalanma, o cümlədən, düzgün həyat tərzi bizi məqsədimizə doğru yaxınlaşdırır.

Estetik cərrahlar isə daha fərqli üsullar təklif edir. Bu gün tibb dünyasında baş verən yeniliklər sayəsində illərə meydan oxumaq mümkündür. Artıq insanların yaşını xarici görünüşünə baxmaqla müəyyən etmək olmur.

Qulaq arxasından alınan bir parça toxumanın laboratoriya şəraitində çoxaldılması ilə əldə edilən fibroblast üsulu ilə 10 yaş cavanlaşmaq mümkündür. Son illərdə tətbiq edilən fibroblast inyeksiyaları dərinin gənc və sağlam hüceyrələrini şəxsə geri verərək yeni kollagen sintezini həyata keçirən müalicə üsuludur.

Türkiyəli dermatoloq Eylem Acar məsələ ilə bağlı müsahibə verib. Həkim-dermatoloqun müsahibəsini təqdim edirik:

- Fibroblast müalicəsi nədir?
- Son zamanlar, başda Avropa ölkələri olmaqla, estetik cərrahlar fibroblast inyeksiya metoduna üstünlük verir. Fibroblast qulaq arxasından alınan bir parça toxumanın laboratoriya şəraitində çoxaldılması ilə əldə olunan üsuldur. Çoxaldılan toxumalar dəriyə inyeksiya üsulu ilə təkrar yeridilir. Bu hüceyrələr kollagenləri sintezləşdirərək, dərinin yenidən təravətli görünməsini təmin edir.

- Bu üsul dərini necə təravətləndirir?
- Qocalan dəri həm kollagen, həm də maye və hüceyrələrini itirir. Hüceyrə itkisindən dolayı, dərinin maye saxlamaq qabiliyyəti də (nəm tutumu) aşağı düşür. Maye azaldığı üçün dərinin parıltısı da yox olur və o, yavaş-yavaş sallanmağa başlayır. Məsələn, uşaq dərisinin su saxlama qabiliyyəti yüksəkdir, fibroblastla kollagenlər yenidən canlanır. Bu da dərinin itmiş parıltısını özünə qaytarır.

- Bu, kök hüceyrələrin köçürülməsi kimidir?
- Fibroblastlar bir növ kök hüceyrədir. Lakin fibroblastlar dərinin yetişmiş (yeniyetmə) kök hüceyrələridir. Bədəndəki bütün hüceyrələr başlanğıcda fibroblast olur. Somatik hüceyrə olduğu üçün bunun tətbiq edilməsi bir növ kök hüceyrə üsulu ilə oxşardır.

- Fibroblast nədir?
- Fibroblastlar orqanizmin birləşdirici toxuma hüceyrələridir. Yastı, uzun, ya da oval olurlar. Birləşdirici toxumanın əsas maddəsi olan və yaraların sağalması funksiyasını yerinə yetirən kollagenlər zülal istehsalından da məsuliyyət daşıyan hüceyrələrdir.

- Hansı nahiyələrdə istifadə edilir?
- Bu üsulla üzdəki qırışları və çatları aradan qaldırmaq, dodaqları formalaşdırılmaq, sızanaq izlərini, hətta uzunmüddətli dəri yaralarını müalicə etmək mümkündür. Bu zaman şəxsin özünə aid canlı alt dəri hüceyrələri, yəni fibroblastlardan dolğu maddəsi kimi istifadə edilir. Bu üsul əsasən göz ətrafı qırışlarda, dodaq kənarlarında istifadə olunur. Bundan başqa, dazlaşmanın müalicəsində də istifadə edilir.

- Kimlərə tətbiq oluna bilər?
- Bu üsulu hər kəsə asanlıqla tətbiq etmək olar. Xüsusilə, 30-55 yaş arası dəri əməliyyatlara daha tez reaksiya verir.

- Hətta diabet xəstələrində də istifadə edilə bilərmi?
- Bəli. Bu üsul diabetik yaraların sağalmasında da müalicəvi təsiri ilə tanınır.

- Biopsiya necə aparılır?
- Bu üsulun tətbiqində xəstənin qulaq arxasından 2 mm səviyyəsində toxuma nümunəsi "biopsiya" alınır. Alınan biopsiya ilə müasir laboratoriya texnologiyaları şəraitində fibroblast hüceyrələr çıxarılır. 4 həftədən sonra fibroblast hüceyrələr tətbiqə hazır hala gətirilir. Tətbiq 3 seansdır və hər seansda xəstənin dərisinə çoxlu sayda fibroblast hüceyrəsi yeridilir. Bu sahədə dəriyə inyeksiya edilən gənc və təzə fibroblast hüceyrələr həmin bölgədə fəaliyyətə keçərək kollagen və elastin istehsal edir. Dəridə güclü fəaliyyət göstərər onun cavanlaşdırır.

- Digər üsullardan fərqi nədir?
- Digər dolğu maddələrindən ən mühüm fərqi təsirinin uzun müddət davam etməsidir. Bu xüsusiyyətinə görə, ona yaxşı sərmayə də demək olar. Dolğu maddələrinin əksinə, fibrobastlar insanın öz hüceyrələrindən əldə edildiyi üçün insan bədəninə yad cisimlər daxil olmur. Beləcə, onun təbii gözəlliyi ortaya çıxır. Əks təsirləri olmadığı üçün də təhlükəli deyil.


Geri dön

... Deryam ...

  • 14 fevral 2016 18:28
  • Məqalə: 272
  • Şərh: 4617
  • Bal:
yeqin bizde qocalanda bu usullara el atariq gozellik ucun

--------------------

Milyonerkaa

  • 4 fevral 2016 18:27
  • Məqalə: 43
  • Şərh: 5069
  • Bal:
{awards}
Teshekkurler)

--------------------
gűиdűzłєr ңєr қєsi gűłdűrєи sözűм söңpєтім, axsнамłar özűмü agładаи dєяdім vаr мєиiм ..

Nergiz__Sirinova

  • 1 fevral 2016 19:33
  • Məqalə: 428
  • Şərh: 3791
  • Bal:
{awards}
Serhlere gore tesekkurler

__gulu_gulu__

  • 30 yanvar 2016 21:48
  • Məqalə: 12
  • Şərh: 800
  • Bal:
{awards}
meslehete gore cox sagolun...

--------------------

OnE DiReCtIoN_ZAYN

  • 29 yanvar 2016 00:16
  • Məqalə: 5
  • Şərh: 4445
  • Bal:
{awards}
tewekkurler

--------------------

Attention

  • 29 yanvar 2016 00:14
  • Məqalə: 11
  • Şərh: 918
  • Bal:
{awards}
xeber ucun tesekkur

ruqiyye

  • 27 yanvar 2016 10:03
  • Məqalə: 0
  • Şərh: 496
  • Bal:
{awards}
qocalanda tetbiq ederem feel

--------------------
MEN HECKIMIN HECKESIYEM

Pəri

  • 26 yanvar 2016 18:12
  • Məqalə: 238
  • Şərh: 2281
  • Bal:
{awards}
xeber ucun tesekkur caan

--------------------

NIGAR

  • 26 yanvar 2016 17:46
  • Məqalə: 632
  • Şərh: 10041
  • Bal:
{awards}
xəbər üçün sağ olu

--------------------
legend.az/user/imza/

Nergiz__Sirinova

  • 26 yanvar 2016 17:38
  • Məqalə: 428
  • Şərh: 3791
  • Bal:
{awards}
Buyurun.....

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 9
Qonaqlar: 67
Cəmi: 106

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 44
Cəmi: 632
 
MiSS HaPPy)
Xəbərləri: 39
Cəmi: 70
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 36
Cəmi: 51
 
Arzu_zadeh
Xəbərləri: 31
Cəmi: 167
 
♔Hе важно∞
Xəbərləri: 27
Cəmi: 142
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}