Bayramın əhkamları və sünnətləri

 
Bayramın əhkamları və sünnətləri


Sual:Bayramda yerinə yetirilən bəzi sünnətlər və əhkamlar barədə öyrənmək istəyirəm.

Cavab:

Həmd Allaha məxsusdur.

Allah-Təala bayram barədə bir sıra əhkamlar qoymuşdur. Bunlara aiddir:

Təkbir söyləmək. Bayram gecəsi Ramazanın sonuncu günü günəş batdıqdan sonra bayram günü imam bayram namazına başlayana kimi söylənilir. Bunu etmək müstəhəbdir. Təkbir aşağıdakı qaydada deyilir:


Allahu Əkbər

Allah Əkbər


Lə iləhə illəllah


Allahu Əkbər

Allahu Əkbər

Va lilləhil həmd.



Və yaxud təkbiri üç dəfə söyləyərək aşağıdakı kimi edirik:



Allahu Əkbər

Alahu Əkbər

Allahu Əkbər


Lə iləhə illəllah

Allahu Əkbər

Allahu Əkbər

Va lilləhil həmd.


Hər iki şəkildə söyləmək icazəlidir.

Bu zikr edərkən bazarlarda, məscidlərdə, evlərdə səsi yüksəltmək lazımdır. Qadınlar isə səslərini yüksəltmirlər.

Bayrama (namazgaha) yola çıxmazdan öncə tək sayda xurma yemək. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm bayram günü tək sayda xurma yeməmiş yola çıxmazdı. Odur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm etdiyi kimi tək sayda xurma yeməklə kifayətlənirik.

Ən qəşəng paltarları geyinmək. Bu, kişilərə aiddir. Qadınlar isə bayram namazgahına getdikdə qəşəng paltarlarını geymirlər. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm “Abır-həyalı şəkildə geyinərək çıxsınlar”deyə buyurmuşdur. Yəni, bəzək-düzəkli deyil, adi paltarlarını geyinərək çıxsınlar. Qadınların ətirlənərək və kosmetika vuraraq çıxmaları haramdır.

Qüsl almaq. Bəzi alimlər bayram namazına gedərkən qüsl almağın müstəhəb olduğunu bildirmişlər. Çünki bu barədə sələfdən bəzilərindən rəvayətlər gəlib. İnsanlarla bir araya gəlib görüşdüyünə görə cümə günü qüsl almaq şəriətdə buyrulduğu kimi, bayram üçün də qüsl almaq müstəhəbdir. Əgər bir kəs qüsl alırsa, bu gözəl bir şeydir.


Bayram namazı. Müsəlmanlar bayram namazının şəriətdə buyrulması barədə yekdil rəydədirlər. Onlardan bəziləri bayram namazının sünnət, bəziləri fardul kifayə, bəziləri isə fardul ayn olub bayram namazını tərk edənin günah daşıdığını bildirmişlər. Bu söylənilənlərə dəlil olaraq bildirirlər ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bakirə qızlara və təkliyə qapanmış (yəni, ümumiyyətlə bayıra çıxmaq adəti olmayan) qadınlara bayram namazgahına çıxmağı əmr etmişdir. Yalnız heyzli qadınların namazgaha yaxın durmamaları buyrulub. Çünki heyzli qadının məsciddə durması icazəli deyil. Hərçənd məscidin yanından keçmək icazəli olsa da, məscidə daxil olmasına icazə verilmir.

Bu dəlillərdən mənim üçün üstün görünən budur ki, bayram namazı fardul ayndır. Odur ki, hər bir kişi üzrlü hallar istisna olmaqla bayram namazında iştirak etməlidir. Şeyxul-İslam ibn Teymiyyə də, Allah ona rəhmət etsin, bu rəyi seçmişdir.

İmam birinci rəkətdə “سبح اسم ربك الأعلى”, ikinci rəkətdə isə “هل أتاك حديث الغاشية” surələrini, yaxud birincidə “Qaf”, ikincidə isə “Qəmər” surəsini oxuyur. Hər ikisi barədə Peyğəmbərə sallallahu aleyhi və səlləm istinadən səhih hədislər rəvayət olunub.

Cümə ilə bayram üst-üstə düşərsə, bayram namazı üstünlük təşkil edir. Həmçinin, cümə namazını da qılmaq olar. Necə ki, Numən ibn Bəşirin rəvayət etdiyi hədisin zahiri bu mənaya dəlalət edir. Hədisi İmam Muslim özünün “Səhih” əsərində rəvayət edib. Bununla belə, kim imamla birlikdə bayram namazında iştirak edərsə, istəyərsə cümə namazını qıla, istəyərsə də bunun əvəzinə zöhr qıla bilər.

Bayram namazının əhkamlarından bir digəri elm əhlinin bir çoxunun rəyinə görə budur ki, əgər bir insan bayram namazgahına imamdan öncə gələrsə, bu halda iki rəkət namaz qılmadan oturur. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm bayram namazını qılmış, bundan öncə və sonra namaz qılmamışdır.

Elm əhlindən bəziləri bu rəydədirlər ki, əgər namazgaha gələrsə, iki rəkət namaz qılmamış oturmasın. Çünki bayram namazgahı məscid hökmündədir. Heyzli qadınların namazgaha gəlməsi qadağandır. Beləliklə, namazgahın məscid hökmündə olması sübuta yetirilir. Buna görə də, Peyğəmbərin sallallahu aleyhi və səlləm “Sizdən biriniz məscidə daxil olduqda iki rəkət namaz qılmamış əyləşməsin”sözünün ümumi mənası bura da şamil edilir. Peyğəmbərimizin sallallahu aleyhi və səlləm bayramdan öncə və sonra namaz qılmadığına gəldikdə, bu ona görədir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm (namazgaha) çatdıqda bayram namazı başlayırdı.

Deməli, bayram namazgahında digər məscidlərdə olduğu kimi, təhiyyətul məscid [1] qılmaq öz təsdiqini tapır. Belə ki, əgər hədisdən bayram məscidində məscidə salam namazının qılınmadığı rəyini qəbul etsək, belə təqdirdə cümə məscidi üçün də məscidə salam namazının qılınmadığını söyləməli olacağıq. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm cümə məscidinə gəldikdə xütbə verər və sonra iki rəkət namaz qılar, sonra isə gedib evdə cümə namazının ratibələrini[2] qılardı. Cümədən nə əvvəl, nə də sonra (məsciddə) namaz qılmazdı.

Burada bizə görə üstün görünən rəy budur ki, bayram məscidində iki rəkət məscidə salam namazı qılınır. Bununla belə, bu məsələdə bir-birimizi inkar etmirik. Çünki ixtilaflı bir məsələdir. İxtilaflı məsələlərdə inkara gərək yoxdur. Əgər hər bir baxımdan açıq-aşkar bir şəri dəlil olarsa, bu istisnadır. Kim qılırsa, onu qınamırıq, kim qılmadan oturarsa, onu da qınamırıq.

Fitrə zəkatı. Bayramda fitrə zəkatı çıxarmaq vacibdir. Peyğəmbər sallallahu aleyhi və səlləm fitrə zəkatını bayram namazından öncə çıxarmağı əmr etmişdir. Fitrə zəkatını bayram namazından 1, yaxud 2 gün öncə çıxarmaq olar. Bu barədə Buxarinin Səhih əsərində İbn Ömərin rəvayət etdiyi hədisdə bildirilir. Hədisdə deyilir: “Bayramdan bir, yaxud iki gün öncə (fitrəni) verərdilər”. Bayram namazından sonra çıxardıqda fitrə zəkatı sayılmır. Bu barədə İbn Abbasın rəvayət etdiyi hədisdə belə deyilir: “Kim (fitrə zəkatını) namazdan öncə çıxararsa, zəkatı məqbuldur, kim namazdan sonra çıxararsa, bu adi sədəqədir”. Odur ki, fitrə zəkatını namazdan sonraya gecikdirmək haramdır. Əgər heç bir məqbul üzr olmadan gecikdirərsə, bu halda bu qeyri-məqbuldur. Əgər üzrlü bir səbəbdən gecikdirərsə, məsələn: səfərdə olub çıxarmaq üçün bir şey yoxdursa və ya fitrə zəkatını verəcəyi biri yoxdursa və yaxud fitrə zəkatını çıxarmağı ailəsinə tapşırıbsa və yaxud ailə bir nəfərə tapşırıbsa, bu halda imkan olan kimi çıxarır. Bu halda fitrə zəkatını namazdan sonra çıxarsa, da ona günah yazılmır, çünki üzrlü sayılır.

Təbrikləşmək. İnsanlar bir-birini təbrik edirlər. Lakin bunu edərkən insanların bir çoxu bəzi xoşagəlməz hallara yol verirlər. Belə ki, kişilər evə daxil olduqda, yanında heç bir məhrəmi olmayan hicabsız qadınlarla əl sıxırlar. Bu münkərlərin bəziləri digərindən günah baxımından daha şiddətlidir.

Bəzi insanlar naməhrəmlərin onlarla əl ilə görüşməsindən imtina etdikdə görürsən ki, xoşlarına gəlmir. Bu cür insanlar özlərinə zülm edənlərdir, imtina edən isə zülm edən deyil. Bununla belə, onlara bunu başa salmalı və məsələnin həqiqətini öyrənmələri üçün onları mötəbər elm adamlarına istiqamətləndirmək lazımdır. Onları başa salmaq lazımdır ki, buna görə hirslənməsinlər və ata-babalarının adət-ənənələrini (kor-koranə) təqlid etməsinlər. Çünki onlar icazəli olanı qadağan yaxud qadağanı icazəli etmirlər. Onlara başa salmaq lazımdır ki, bu cür etdikləri halda Allah-Təalanın barələrində xəbər verdiyi “(Ya Rəsulum!) Biz səndən əvvəl hər hansı bir məmləkətə (Allahın əzabı ilə) qorxudan bir peyğəmbər göndərdiksə, onun naz-nemət içində yaşayan böyükləri (varlıları) sadəcə olaraq: “Biz atalarımızı bir din üzərində gördük və biz də (təqlidlə) onların ardınca getməkdəyik!” – deyən kəslər kimi olarlar.

Bəzi insanlar adət-ənənəyə görə bayram günü qəbiristanlığa gedərək ölüləri təbrik edirlər. Lakin qəbir əhlinin onların təbrikinə ehtiyacı yoxdur. Çünki onlar nə oruc tutur, nə də namaz qılırlar.

Qəbir ziyarəti bayram günü, cümə günü və yaxud hər hansı bir günlə məhdudlaşmır. Peyğəmbərə sallallahu aleyhi və səlləm istinadən onun gecə vaxtı qəbri ziyarət etdiyi öz təsdiqini tapıb. Bu barədə İmam Müslim, Aişənin radiyallahu anhə, Peyğəmbərə sallallahu aleyhi və səlləm istinadən belə söylədiyini xəbər verir: “Qəbirləri ziyarət edin, çünki bu sizə axirəti xatırladır”.

Qəbirləri ziyarət etmək ibadətlərdən sayılır. İbadət yalnız o halda qanuni sayılır ki, şəriətə müvafiq olsun. Peyğəmbər sallallahu aleyhi və səlləm bayram günü qəbirləri ziyarət etməyi xüsusiləşdirməyib. Odur ki, məhz bayram günü ilə bunu xüsusiləşdirməyə gərək yoxdur.

Bayram günü kişilərin bir-birini bağrına basmasında (qucaqlaşmasında) bir problem yoxdur.

Bayram namazına gedərkən bir yolla gedib başqa bir yolla qayıtmaq Peyğəmbəri sallallahu aleyhi və səlləm nümunə götürmək baxımından icazəlidir. Bu sünnət digər namazlara, cümə yaxud başqa namazlara aid deyil, sadəcə bayram namazına xasdır.


Geri dön

... Deryam ...

  • 12 fevral 2016 20:55
  • Məqalə: 273
  • Şərh: 4680
  • Bal:
Allah razi olsun deyerli xeberdi

--------------------

gamsiz_hayat

  • 7 fevral 2016 19:59
  • Məqalə: 223
  • Şərh: 2014
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Kimsenin pesinden kosamam, saclarim bozulur

Nergiz__Sirinova

  • 7 fevral 2016 15:34
  • Məqalə: 327
  • Şərh: 3118
  • Bal:
{awards}
Allah Razi olsun.

--------------------

Pıtırcık

  • 7 fevral 2016 00:49
  • Məqalə: 387
  • Şərh: 9508
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
http://legend.az/user/imza/

Attention

  • 7 fevral 2016 00:23
  • Məqalə: 11
  • Şərh: 921
  • Bal:
{awards}
Allah Razi Olsun.

_aKa_

  • 6 fevral 2016 22:45
  • Məqalə: 12
  • Şərh: 230
  • Bal:
{awards}
Allah razi olsun Tewekkurler xeber ucun

__gulu_gulu__

  • 6 fevral 2016 15:18
  • Məqalə: 12
  • Şərh: 811
  • Bal:
{awards}
Allah Razi Olsun...cox sagolun...

Allah Razi Olsun...cox sagolun...

Allah Razi Olsun...cox sagolun...

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 12
Cəmi: 25

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}