Cumhurun isbal məsələsində görüşü

 
Cumhurun isbal məsələsində görüşü


Sual: Eşitdiyimə görə, cumhurun isbal barədə görüşü məkruh qismindədir. Buna səbəb isə Əbu Bəkrin (Allah ondan razı olsun) hərəkəti üzərinə Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) ona “sən onlardan (yəni, bunu təkəbbürlüklə edənlərdən) deyilsən” – deməsidir.

Cavab: Həmd Allaha məxsusdur.

Kişi öz paltarını təkəbbürlük və lovğalıq məqsədilə topuqdan aşağı salarsa, bu, alimlər arasında heç bir ixtilafsız haramdır, hətta böyük günahlardan biridir.

762 nömrəli sualın cavabında bunun haram olması ilə bağlı varid olan bəzi hədislər qeyd olunmuşdur.

Təkəbbürlük və lovğalıq məqsədi güdmədən paltarın aşağı salınmasına gəlincə, alimlər bu barədə üç hökm üzrə ixtilaf etmişlər: Haram, məkruh və məkruh olmadan caiz.

Dörd məzhəbin əksər alimləri bunun haram olmaması görüşündədirlər. Bunlar bu barədə məzhəb alimlərinin fikirlərinin bir qismidir:

İbn Muflih “əl-Ədəbuş şəriyyə”də (3/521) deyir: Əbu Hənifə (Allah ona rəhmət eləsin) qiymətli bir paltar geyinmişdi və paltarı yerlə sürünürdü. Ona deyildi: “Bizə bu, qadağan edilməmişdirmi?” Əbu Hənifə dedi: Bu, təkəbbürlülər üçün nəzərdə tutulmuşdur. Biz isə onlardan deyilik”.[1]

Malikiliyə gəlincə, İbn əl-Ərəbi və əl-Qərafi kimi bəzi alimləri bunun haram olması görüşündədirlər. İbn əl-Ərəbi “Aridatul Əhvazi”də (7/238) bunları qeyd edir: “Kişiyə “mən təkəbbürlük etmirəm” – deyərək öz paltarını topuqdan aşağı salmağı caiz deyil. Çünki rəvayətin mətni qadağanı ümumiləşdirir. Bu, həmçinin səbəbə də aiddir. Heç kimin “mən belələrindən deyiləm, çünki səbəb mənə aid deyil” – deməsi və hökmdən yayınması caiz deyil. Bu, şəriətə müxalif bir iddiadır və qəbul olunmur. Əksinə, paltarını və izarını uzadan kəs bunu təkəbbürlüyündən edər. Onun yalanı bütünlüklə aydındır”.

Onların bəziləri isə bu əməlin hökmünün haram yox, məkruh olduğu görüşündədirlər.

Hafiz İbn Abdulbərr “Təmhid”də (3/244) deyir: “Bu hədis ona dəlalət edir ki, təkəbbürlük və lovğalıq olmadan öz izarını yerlə sürüyən kəsə qeyd olunan əzab uğramaz. Lakin izarın, köynəyin və digər geyimlərin yerlə sürünməsi bütün hallarda qınaq obyektidir”.

“Haşiyətul avadi”də (2/453) deyilir: Gəlinən qənaətə görə, təkəbbürlük məqsədi olmadan paltarın topuqlardan aşağı salınması barəsindəki mətnlər bir-birinə müxalifdir. Maliki hüquq məktəbinin alimlərindən olan Həttabın qənaətinə görə, bu, haram deyil, sadəcə məkrufdur. İmam Qarafinin “Zəxirə” kitabında isə deyilir ki, bu, haramdır. Görünür bunu belə edən də onun şiddətli məkruh olmasıdır”.

Şafii hüquq məktəbinin nümayəndələri isə qeyd edirlər ki, bu, yalnız təkəbbürlük edildiyi təqdirdə haramdır.

Nəvəvi “əl-Məcmu”da (3/177) Şafiinin (Allah ona rəhmət eləsin) belə dediyini nəql etmişdir: İstər namazda, istərsə də namazdan kənarda paltarı təkəbbürlük üçün yerə sallamaq caiz deyil. Namazda təkəbbürlük etmədən paltarı yerə sallamağa gəlincə, bu, yüngül bir şeydir. Çünki Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) Əbu Bəkrin (Allah ondan razı olsun) “Mənim izarım bir tərəfimdən yerə düşür” – sözlərinə cavab olaraq ona belə demişdi: “Sən onlardan deyilsən”.


Nəvəvi “Muslimin şərhi”ndə (14/62) deyir: “Təkəbbürlük üçün paltarı topuqdan aşağı salmaq caiz deyil. Başqa bir şey üçün belə etmək isə məkruhdur. Təkəbbürlük məqsədilə paltarı yerlə sürütləmək barədə varid olan hədislər ona dəlalət edir ki, haramlıq təkəbbürlüklə edilməyə aiddir. Şafinin də fərqli görüşlərə münasibəti belədir”.


Zəhəbi və İbn Həcər kimi Şafii hüquq məktəbinin bəzi davamçıları bunun haram olması görüşünü seçmişlər.

Zəhəbi “Siyəru əlam ən-nubələ” kitabında (3/234) izarını yerlə sürüyən və “mən bunu təkəbbürlüklə etmirəm” – söyləyən kəslərə cavab olaraq belə deyir: “Həmin adam təkəbbürlük edər, ancaq axmaq nəfsini təmizə çıxartmaq istiyər. Ümumi müstəqil bir mətnə istinad edir və onu təkəbbürlük mənasında başqa bir müstəqil hədislə xüsusiləşdirir. Bunu da Əbu Bəkrin sözləri ilə təsdiq etməyə çalışır. Belə ki, Əbu Bəkr: “Ey Allahın elçisi, mənim izarım yerlə sürünür” – dediyi zaman, Rəsulullah (Allahın ona salavatı və salamı olsun) buyurmuşdu: “Ey Əbu Bəkr! Sən təkəbbürlüklə edənlərdən deyilsən”.

Əvvala, Əbu Bəkr (Allah ondan razı olsun) öz izarını topuqdan aşağı sallamırdı. Əksinə, topuğunda bərkidirdi. Bundan sonra yerlə sürünürdü.

Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurmuşdur: “Möminin öz izarını baldırın yarısından geyinməyində bir eyib yoxdur. Bura ilə topuqları arasında geyinməyində bir günah yoxdur”. Bu kimi hədislər şalvarların topuğun üstünü örtməklə tikilməsini qadağan edir. Bütün bunlar nəfslərdə gizli təkəbbürlüyün əlamətidir”.

Hənbəli hüquq məktəbinə görə isə bu, haram deyil.

Alim “Əl-İqna” (1/139) əsərində deyir: “Ehtiyac olmadan kişinin paltarının topuqdaan aşağı olması məkruhdur”.

İbn Qudamə “Əl-Muğni”də (2/298) demişdir: “Cübbənin, izarın və şalvarın topuqdan aşağı salınması məkruhdur. Bunun təkəbbürlüklə edilməsi isə haramdır”.

İbn Muflih “əl-Ədəbuş-şəriyyə”də demişdir: “Şeyx Təqiyyəddin (İbn Teymiyyəni nəzərdə tutur – Allah ona rəhmət eləsin) bunun haram olmadığı fikrini əsas götürmüşdür. Bununla yanaşı o, bunun məkruh olub-olmamasına etiraz etməmişdir”.

Bax: Şeyx İbn Teymiyyənin “Şərhul ümdə” əsəri, səh. 361-362.

Sənani (Allah ona rəhmət eləsin) bunun haram olması fikrini vurğulamış və bu barədə “İsbalın kişilərə haram olması haqda görüşlərdən çıxarış” adlı bir kitab yazmışdır.

İsbalın haram olması fikri əksər müasir alimlərin rəyidir. İbn Bəz, şeyx Useymin, şeyx İbn Cibrin, şeyx Saleh Fövzan, Fitvalar üzrə Daimi Komitənin alimləri və başqaları bu rəydə olan alimlərdəndir.

İctihadi məsələlər barədə mövqe ilə tanış olmaq üçün 70491 saylı sualın cavabına bax!

Ən doğrusunu Allah bilir.


Geri dön

... Deryam ...

  • 12 fevral 2016 20:25
  • Məqalə: 272
  • Şərh: 4617
  • Bal:
maraqli melmatlardi twkler

--------------------

Pəri

  • 7 fevral 2016 19:55
  • Məqalə: 226
  • Şərh: 2056
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Nergiz__Sirinova

  • 7 fevral 2016 15:23
  • Məqalə: 421
  • Şərh: 3574
  • Bal:
{awards}
Allah Razi olsun.

--------------------

NIGAR

  • 7 fevral 2016 00:47
  • Məqalə: 581
  • Şərh: 9774
  • Bal:
{awards}
Allah razı olsun...

--------------------
legend.az/user/imza/

Attention

  • 7 fevral 2016 00:18
  • Məqalə: 11
  • Şərh: 918
  • Bal:
{awards}
Allah Razi Olsun.

__gulu_gulu__

  • 6 fevral 2016 23:29
  • Məqalə: 12
  • Şərh: 800
  • Bal:
{awards}
Allah Razi Olsun...cox sagolun...

--------------------

_aKa_

  • 6 fevral 2016 21:52
  • Məqalə: 12
  • Şərh: 228
  • Bal:
{awards}
Tewekkurlerr bele uzun olanda oxumaq olmur ama yene de Allah razi olsun :)


Allah razi olsun Tewekkurler :)

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 26
Cəmi: 57

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 39
Cəmi: 581
 
♔Hе важно∞
Xəbərləri: 20
Cəmi: 110
 
MiSS HaPPy)
Xəbərləri: 13
Cəmi: 21
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 22
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 9
Cəmi: 674
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
ஐ Payiz ஐ
Xəbərləri: 8
Cəmi: 8
 
QERCOQINYA
Xəbərləri: 4
Cəmi: 4
 
Dəlishka
Xəbərləri: 3
Cəmi: 4
 
 
{slinks}