Хотите научиться водить? Автошкола шахты поможет вам

Sağlam dəri üçün meyvə maskaları

 
Sağlam dəri üçün meyvə maskaları



Banan maskası

Banan maskası üzünüzü parladır və təmizləyir. Bu təbii maska ​​üçün lazım olanlar: yarım banan, 2 xörək qaşığı qatıq və 1 xörək qaşığı bal. Balın antiseptik təsiri dərinizi mikroblara qarşı qoruyur. Qatıqdakı laktik turşu dərinizi bəsləyərkən, banan üzü yumşaldır və hamarlaşdırır. Qarışığı hazırlamaq üçün bananın üzərinə qatığı və balı əlavə edin. Banan püre konsistensiyasına gələnə qədər qarışığı çəngəllə əzin. Əlinizlə maskanı üzünüzün hər yerinə bərabər şəkildə yayın. Göz ətrafına dəyməməsinə diqqət edin. Maskanı 15-20 dəqiqə üzünüzdə saxlayın. Daha sonra üzünüzü yuyun. Bu maskanı həftədə 2 dəfə tətbiq edə bilərsiniz.


Yaşıl alma maskası

Yaşıl alma A, B və C vitaminləri ilə zəngindir. Bal dərini yumşaldır, mikroblara qarşı qoruyur və qırışlara yaxşı təsir edir. Qatıq isə dərinizi təmizləyər. Bu sağlam maskanı etmək üçün 1 yaşıl almanın qabığını soyun və almanı blenderdə püre halına gətirin. Üzərinə 2 çay qaşığı bal və bir xörək qaşığı qatıq əlavə edib qarışdırın. Qarışığı dərinizə sürtün, sonra dərinizi masaj edin. Masajı bitirib, qarışığı 15 dəqiqə dərinizdə saxlayın. İsti suda isladılmış parçayla dərinizi təmizləyin.


Çiyələk maskası

Çiyələkdəki C vitamini dərinin təzələnməsini təmin edir. Eyni zamanda çiyələk dərini günəşin zərərli şüalarına qarşı qoruyan antioksidanla zəngindir. Beləcə, dərinin yaşlanmasını gecikdirir. Bu maska ​​üçün bir ovuc çiyələk və yarım yaşıl xiyar lazım olacaq. Xiyarı soyun və çiyələyin yaşıl yarpaqlarını çıxardın. Həm xiyarı, həm də çiyələkləri kiçik ölçüdə doğrayıb blenderdə qarışdırın. Qarışıq məcun konsistensiyasına gələnə qədər qarışdırmağa davam edin. Qarışıq çox sulu olursa, suyun bir qisimini süzə bilərsiniz. Maskanı dərinizə çəkib gözləyin. Göz ətrafınıza dəyməməsinə diqqət etməlisiniz. 15 dəqiqə sonra dərinizi təmizləyin.


Geri dön

... Deryam ...

  • 12 fevral 2016 20:21
  • Məqalə: 272
  • Şərh: 4682
  • Bal:
lazimli meslehetlerdi,twklerr

--------------------

gamsiz_hayat

  • 7 fevral 2016 19:54
  • Məqalə: 223
  • Şərh: 2014
  • Bal:
{awards}
Meslehet ucun tesekkur

--------------------
Kimsenin pesinden kosamam, saclarim bozulur

Nergiz__Sirinova

  • 7 fevral 2016 15:24
  • Məqalə: 372
  • Şərh: 3299
  • Bal:
{awards}
Tesekkurler.

--------------------

Attention

  • 7 fevral 2016 00:17
  • Məqalə: 11
  • Şərh: 921
  • Bal:
{awards}
cox sagolun...

__gulu_gulu__

  • 6 fevral 2016 23:28
  • Məqalə: 12
  • Şərh: 811
  • Bal:
{awards}
meslehete gore cox sagolun...

--------------------

_aKa_

  • 6 fevral 2016 21:47
  • Məqalə: 12
  • Şərh: 230
  • Bal:
{awards}
Men ozun de meyvelerden derim ucun cox istifade edirem tewekkurler :)

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 7
Qonaqlar: 41
Cəmi: 67

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 10
Cəmi: 453
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 31
 
 
{slinks}