Ər-arvad arasında mübahisə

 
Ər-arvad arasında mübahisə


Sual: Keçən həftə mənimlə zövcəm və onun qızı arasında belə bir hadisə baş verdi. Belə ki, onun qızının 20 yaşı və özünün uşağı var. Qızı bizimlə bir evdə qalır. Zövcəmə bir şey söylədim və mənə hirsləndi, mənə pis cavab verdi və mənə qarşı cahillik etdi, mənimlə kobud davrandı. Mən isə sadəcə əlimlə üzündən tutdum və yüngülcə sıxdım və gülməyə başladım. Bir də gördüm ki, məni vurur və təpikləyir. Odur ki, onu tutdum ki, mənim üzümə vura bilməsin və bu vaxt qızı müdaxilə etdi və mənim başıma vurmağa başladı. Özümü topladım və hirslənmədim. Bundan sonra qızı polis çağırdı və onlar gəlib hər kəsi sorğu-sual etdilər və protokol hazırladılar. Zövcəm isə qızının davranışına görə heç vicdan əzabı çəkmədi və sanki bu cür davranışı təsdiqlədi. Hal-hazırda mən onlarla eyni evdə qalmıram. Doğrusu qayıtmaq istəmirəm, lakin faktiki olaraq zövcəmin çox qayğısına qalıram və istəyirəm ki, Quran və Sünnəyə müvafiq olaraq onunla davranım. O, Quran və Sünnəyə yalnız hirsli olmadıqda qulaq asır. Bu cür vəziyyət mənim ürəyimi zəiflədib. Mənim yeganə çalışdığım budur ki, haqq olan İslam dininin təlimlərinə uyğun yaşayım. Bu məsələdə mənə kömək edəcəyinizə ümid edirəm. Salam aleykum.

Cavab:

Həmd Allaha məxsusdur.

Bilinməsi lazım olan məsələlərdən biri budur ki, ər-arvad arasında problemlərin yaranmasına yol açan və əslində çox pis nəticəyə gətirib çıxara bilən ən başlıca səbəblərdən biri ər-arvadın hər birinin digəri üzərində olan hüquqlarını bilməməsidir.

İslam dinində bu hüquqlar açıq-aydın bildirilir və tərəflərdən hər birinin bu hüquqları yerinə yetirməsi onlardan tələb olunur. Allah-Təala buyurur: “(Kişilərin) qadınlar üzərində (şəriətə) müvafiq haqları olduğu kimi onların da (kişilər üzərində) haqları vardır”.[1] Bu ayə göstərir ki, tərəflərdən hər birinin digəri üzərində hüququnun olması öz növbəsində digər tərəf üzərinə bunları yerinə yetirmək vəzifəsi qoyur. Bu yolla hər bir baxımdan tərəflər arasında tarazlıq yaranır və bu da ailə həyatının sabitliyini, işlərin qaydasında getməsini gücləndirir.

İbn Abbas, Allah hər ikisindən razı olsun, bu ayə barədə belə demişdir:

“Qadınlarla gözəl yoldaşlıq etmək və yaxşı davranmaq onların hüquqları və kişilərin vəzifəsidir. Onların vəzifəsi isə ərlərinin dediklərinə itaət etməkdir”.

İbn Zeyd demişdir: “Qadınlara (zövcələrə) görə Allahdan qorxun və onlar da sizə görə Allahdan qorxsunlar”.

əl-Qurtubi demidşir: “Bu ayə bütövlükdə nikah hüququ və vəzifələrini özündə ehtiva edir”.

Həmçinin bu hüquqlara aiddir:

a) Kiçik nöqsan və xətalara göz yummaq-xüsusilə də pis niyyətlə edilməyən söz və əməllərə göz yumulmalıdır. Ənəs ibn Malik (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Hər bir insanoğlu xəta edir. Xəta edənlərin ən xeyirlisi tövbə edənlərdir”.[2]

Ər və arvad hər bir tərəf digərinə qarşı səbrli olmalı və dözüm nümayiş etdirməlidir, belə ki, xətasız insan yoxdur. Dözülməyə ən layiq olan isə ən çox birlikdə yaşadığınız və qarşılıqlı əlaqədə olduğunuz kəsdir. Tərəflərdən heç bir qəti olaraq bir-birinə qarşı əvəz-əvəz şəklində reaksiya verməməlidir. Cütlərdən biri digərinin hirsləndiyini və əsəbləşdiyini gördükdə hirsini boğmalı və dərhal qəzəbini bildirməməlidir. Elə buna görə də Əbu Dərda, Allah ondan razı olsun, zövcəsinə belə deyirdi: “Görsən ki, mən qəzəblənmişəm məni sakitləşdir, mən görsəm ki, sən qəzəblənmisən səni sakitləşdirəcəm. Yoxsa birlikdə yaşamaq çox çətin olar”. Əhli Sünnənin imamı, İmam Əhməd (Allah ona rəhmət etsin) Mufaddalın qızı Abbəsə oğlu Salehin anası ilə ailə qurmuşdu. İmam Əhməd onun barəsində belə deyərdi: “Umm Saleh mənimlə 20 il ömür sürdü. Mənimlə onun arasında bir dəfə belə söz-söhbət olmadı”.

b) Ən böyük hüquqlarından biri Allah Azzə və Cəlləyə itaət etməkdə qarşılıqlı olaraq bir-birinə nəsihət etmələridir. Səhih hədisdə bildirilir ki, səhabələrdən bir qrup Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına gələrək soruşdular: “Bizə hansı mal-dövlətin xeyirli olduğunu öyrət onu əldə edək”. Peyğəmbər sallallahu aleyhi və səlləm dedi: “Ən üstünü zikr edən dil, şükr edən qəlb və insanın imanına kömək edən mömin zövcədir”.[3]

Kişi yoldaşında xoşuna gəlməyən bir şey gördükdə onu hirsləndirməməlidir. Çünki onun hansısa davranışı xoşuna gəlməsə, başqa birisi xoşuna gələr. Odur ki, bu ikisi arasında tarazlığı saxlamalıdır. Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Mömin bir kişi mömin bir qadına nifrət etməsin. Əgər onun davranışından hər hansı biri xoşuna gəlməsə digəri xoşuna gələr”.[4] Samura (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dedi: “Qadın qabırğadan xəlq olunub və qabırğanı düzəltməyə çalışsanız sındıracaqsınız, odur ki, onlarla gözəl yaşayın”.[5]

Cütlər arasında xoşbəxt həyat sürməyə səbəb olan ən böyük səbəblərdən biri də gözəl əxlaq məsələsidir. Odur ki, İslam dinində buna xüsusi əhəmiyyət verilir. Peyğəmbər sallallahu aleyhi və səlləm digərləri ilə gözəl davranmaq və əxlaq məsələsində ali örnəkdir. Əbu Dərda rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Tərəziyə gözəl əxlaqdan ağır gələn bir şey qoyulmayacaq. Belə ki, gözəl əxalq sahibi bunun sayəsində oruc tutub namaz qılan dərəcəsinə çatır”.[6] Əbu Hureyra, radiyallahu anhu, rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Möminlərin iman baxımından ən kamil olanı əxlaqca ən yaxşı olanıdır. Sizin ən xeyirliniz isə xanımlarına qarşı ən xeyli olanınızdır”.[7]

Qarşılıqlı olaraq gözəl ünsiyyətə həmçinin istər kiçik, istər böyük olsun, məsələlərə göz yummaq, izinə düşməmək, hər bir şeydə töhmət və məzəmmət etməməkdir. Yalnız Allah Azzə və Cəllənin haqları bundan istisnadır. Allah Təalanın növbəti ayəsi bizə buna bildirir: “Onlarla xoş rəftar edin. Əgər onlar xoşunuza gəlmirsə, ola bilsin ki, xoşlamadığınız bir şeydə Allah sizə çoxlu xeyir nəsib etmiş olsun”.[8]

Qadın ərinə qarşı asilik edib ona itaətdən çıxarsa əri onu şəriətdə buyurulan qaydada ədəbləndirə bilər. Allah-Təala buyurur: “Allahın onlardan birini digərindən üstün etdiyinə və öz mallarından xərclədiklərinə görə kişilər qadınlar üzərində himayəçidirlər. Əməlisaleh qadınlar Allaha itaət edər və qorunması lazım gələn şeyləri Allahın himayəsi sayəsində qo-ruyub saxlayarlar. Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, yataqda onları tərk edin və onları döyün! Əgər sizə itaət etsələr, onlara (əziyyət vermək üçün başqa) yol axtarmayın. Həqiqətən, Allah Ucadır, Böyükdür”.[9]

Bu ayə onu ifadə edir ki, qadın ərinin sözünə itaət etmədikdə və itaətdən çıxdıqda kişinin onu ədəbləndirmək hüququ var. Belə ki, bu ədəbləndirmə zamanı tədricilik prinsipinə riayət olunmalıdır və sonda şərtlərə riayət etməklə yüngülcə vurmağa kimi gətirib çıxara bilər.


İmam Qurtubi, rahiməhullah, demişdir: “Bilmək lazımdır ki, Allah Azzə və Cəllə Öz Kitabında vurmağı açıq-aydın şəkildə yalnız bu ayədə və şəriətdə buyurulan hədd cəzaları ilə bağlı buyurur. Odur ki, qadınların ərlərinə qarşı itaətsizliyi böyük günahlara bərabər tutulub. Allah-Təala ədəbləndirmək vəzifəsini rəhbərlər (rəhbər işçilərə) deyil ərlərinə həvalə edib və bu işi hakimlər, şahidlər və yaxud dəlil-sübuta gərək olmadan buyurub. Belə ki, Allah-Təala qadınları ərlərinə əmanət qoyub”. Ayədə keçən nuşuz asilik deməkdir. Yəni, asilik edəcəklərindən və Allah-Təalanın ərə itaət etmək əmrindən imtina edəcəyindən qorxduğunuz qadınlar. Allah-Təala bu təlim-tərbiyə məsələsini mərhələlərlə aşağıdakı kimi buyurur:

Birinci mərtəbə:

Qadını hicr[10] etməmək və vurmamaq şərtilə ona öyüd nəsihət edilir. Allah-Təalanın ərlərinə gözəl yoldaş olmaq və gözəl davranmaq barədə onlara vacib etdiyi məsələlər onlara xatırladırlır. Əgər yumşaq öyüd-nəsihət və gözəl xatırlatma fayda verməzsə bu halda ədəbləndirmənin növbəti mərhələsinə keçilir:

Yataqda tərk etmək-yataqda arxa çevirmək yaxud başqa çarpayıda yatmaq. Lakin bunu edərkən hədd aşılmamalı və dörd aydan çox olmamalıdır. Belə ki, bu, Allah-Təala tərəfindən zövcəsinə yaxınlaşmamağa and içən üçün qoyulan müddətdir. Bu cür tərk etmə yalnız ədəbləndirmək və islah etmək məqsədi daşımalı, intiqam almaq yaxud cəzlandırmaq məqsədilə edilməməlidir.

Üçüncü mərtəbə-yüngülcə (iz qoymayacaq şəkildə) vurmaq. Allah-Təala buyurur: “onları (yüngülcə, fayda olarsa) vurun”. İbn Abbas, Allah hər ikisindən razı olsun, demişdir: “Onu yataqda tərk et, əgər düzəlsə heç, düzəlməsə bu halda Allah-Təala iz qoymayacaq şəkildə (ağrı olmadan) vurmağa icazə vermişdir. Kişi diqqətli olmalıdır və bilməlidir ki, vurmaqda məqsəd ədəbləndirmək və xəbərdarlıq etməkdir, başqa bir məqsəd daşımır. Odur ki, mümkün qədər yüngülcə, yumruğu ilə dürtmələməklə və s. vurmalıdır. Əta deyir: “Mən İbn Abbasdan soruşdum: “(Ağrılı olmayan) vurma necə olur? O dedi: “Sivak (diş fırçası) və s.” (yəni, misvak ilə vurmaq).

Hədisdə Peyğəmbər, sallallahu aleyhi və səlləm ümmətinə etdiyi vəsiyyətdə belə demişdir: “Qadınlara görə Allahdan qorxun, siz onları Allahdan əmanət aldınız, Allahın kəlməsi ilə onlar sizə halal edildi. Sizin onların üzərində haqqınız budur ki, istəmədiyiniz adamı yatağınızda oturtmasınlar. Əgər bunu etsələr onları iz qoymayacaq şəkildə vurun”.[11]Kişi baş, qarın, həmçinin üz kimi bədənin həssas yerlərinə vurmaqdan çəkinməlidir. Peyğəmbər sallallahu aleyhi və səlləm ümumiyyətlə üzə vurmağı qadağan etmişdir. Muaviyə ibn Heydənin rəvayət etdiyi hədisdə deyilir: “Mən dedim: “Ey Allahın Rəsulu, zövcələrimizin bizim üzərimizdəki hüququ nədir?” O dedi: “(Onların sizin üzərinizdə olan) hüquqları budur ki, yediyinizdən onları yedirtməli, geydiyinizdən onları geydirməli, üzünə və “Allah sənin üzünü qara eləsin” deməməli yaxud (üzünə) vurmamalısınız”.[12]

Əgər qadın əl çəkərsə və üsyan etməyinə son qoyarsa, bu halda onu cəzalandırmağa davam etmək yaxud hər hansı bir şeyi söyləmək yaxud etməkdə onu ittiham etmək olmaz. Allah-Təala buyurur: “Sizə itaət etdikdə isə daha onlara (əziyyət vermək üçün) başqa yol axtarmayın. Əlbəttə, Allah ucadır, böyükdür!”[13]

Sizin xüsusi halınıza gəldikdə, biz yoldaşınızı nə üçün vurduğunuzun yaxud onun və qızının sizə nə üçün hücum etdiyinin səbəblərini təfərrüatı ilə bilmirik. Lakin biz bunu yaxşı başa düşürük ki, siz öncə başlamısınız, siz onu vurmağa başlamısınız və sonra da ona gülməklə onu hirsləndirmisiniz və nəticədə o və qızının xətası baş vermişdir. Sizə məsləhətimiz budur ki, zövcənizi qaytarın və bir evdə təkrar yaşamağa davam edin. Zövcənizə nəsihət edin , xəta etdiyinizi etiraf edin və onun sizə itaətsizlik etməsi, sizi vurması və qeyd etdiyiniz kimi qızını da sizinlə pis davranmağa təşviq etməsinin nə dərəcədə ciddi bir xəta olduğunu ona izah edin. Qız başa düşməlidir ki, o anasının ərinin evində qonaqdır və ona öz evində sığınacaq verən insana hörmət etməlidir. Əgər qızın orada olması məsələləri daha da qəlizləşdirirsə və problemlərə səbəb olursa, bu halda qızı başa salmaq lazımdır ki, başqa evdə qalsın. Allahdan kömək istəyin, səbirli olun və zövcənizlə yaxşı davranın. Allahdan diləyimiz budur ki, sizə yardımçı olsun və sizin qəlbləriniz arasında sevgi yaratsın. Allahın salamı və salavatı Peyğəmbərimiz Muhəmmədin üzərinə olsun.


Geri dön

... Deryam ...

  • 13 fevral 2016 15:53
  • Məqalə: 273
  • Şərh: 4680
  • Bal:
ALLAH razi olsun deyerli melumatlardi

--------------------

gamsiz_hayat

  • 7 fevral 2016 19:52
  • Məqalə: 223
  • Şərh: 2014
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Kimsenin pesinden kosamam, saclarim bozulur

Nergiz__Sirinova

  • 7 fevral 2016 15:20
  • Məqalə: 327
  • Şərh: 3118
  • Bal:
{awards}
Allah Razi olsun.

--------------------

Pıtırcık

  • 7 fevral 2016 00:45
  • Məqalə: 385
  • Şərh: 9507
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN...

--------------------
http://legend.az/user/imza/

Attention

  • 7 fevral 2016 00:16
  • Məqalə: 11
  • Şərh: 921
  • Bal:
{awards}
Allah Razi Olsun

__gulu_gulu__

  • 6 fevral 2016 23:25
  • Məqalə: 12
  • Şərh: 811
  • Bal:
{awards}
Allah Razi Olsun...cox sagolun...

--------------------

_aKa_

  • 6 fevral 2016 21:42
  • Məqalə: 12
  • Şərh: 230
  • Bal:
{awards}
Allah razi olsun tewekkurlerr :)


Allah razi olsun tewekkurler :)

Allah razi olsun :) tewekkurler

Allah razi olsun :) tewekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 11
Cəmi: 21

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}