Ev telefonları pullu olacaq

 
Ev telefonları pullu olacaq

Atoppa, Ağoppa, Ağabala... necədi?
Bütün nəsil-nəcabətə telefonla baş çəkə biləcəyikmi?


Evin "simli mobil" telefonları

Yeni il başlayandan müzakirə edilən stasionar telefonların (ev, ofis və s. telefonları) pullu olması məsələsi cəmiyyətdə bir qədər narahatlıqla qarşılandı. Təbiidir, bizim cəmiyyət telefonla danışmaq üzrə liderdir. Gözlərimlə görüb, qulağımla eşidib şahid olmuşam, tanış bir qadın 2 saatlıq seriala telefonla rəfiqəsinə şərh edə-edə baxırdı. Rəfiqəsi maraqla izlədiyi seriala mənim bilmədiyim hansısa bir səbəbdən baxa bilmədiyi üçün telefonla şərhi dinləyirdi... Həm də fasiləsiz.
Bütün günü telefondan asılı qalan evdar xanımlarla bitsəydi dərdimiz nə idi? Özünü dərk etməyə başlayandan artıq hər bir yeniyetmə, gənc oğlan və qızların telefonla danışmaq aludəçiliyini də nəzərə alsaq, vəziyyətin necə qəlizləşdiyini görərik. saatlarla telefonun dəstəyindən asılıb, guya rəfiqəsiylə və dostuyla danışdığını deyib, valideynlərinin diqqətindən yayınmağa çalışan sevgililər günün birində bu saatların artıq pulla ölçüləcəyini görəsən bilirlərmi? Gənc oğlan və qızların valideynlərinə kələk gəlməyi bəlkə də işə yarayır, amma dövləti isə aldada bilməyəcəklər. Pulsuz verilən limit bitdimi, sonrasına görə artıq ödəniş etməli olacaqsınız.

Stasionar telefon abunəçilərinə hər ay neçə dəqiqə pulsuz veriləcək?

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Tarif Şurasına müraciət hazırlayır. Müraciətə görə, Azərbaycanda stasionar telefonlarda dəqiqə hesabı ödənişlər tətbiq oluna bilər. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun sözlərinə görə, rəhbərlik etdiyi nazirlik bu təklifdən ibarət layihəni Tarif Şurasına təqdim edəcək.

Qeyd edək ki, bu tətbiqetməyə görə stasionar telefonlardan istifadə haqqı dəqiqə hesabı danışığa əsasən hesablanacaq. Ay ərzində hər stasionar nömrə üçün 450 dəqiqə danışıq vaxtı ayrılacaq ki, bu da gün hesabı bölünəndə hər günə 15 dəqiqə düşür.
Nazirlikdən bildirirlər ki, bu məsələ ilə bağlı əhaliyə bununla bağlı bir neçə tarif paketi təklif olunacaq.
Nazir Əli Abbasov bildirir ki, əhali bu məsələdə özü seçim edəcək. Yəni, yeni sistem, indiki sistem dəyişmədən də tətbiq oluna bilər.
Məsələn, istifadəçi abunə haqlarından imtina edə bilər. Bu şərtlə çox cüzi qiymətlə vaxta görə ödənişə keçmək olar. Bu, o deməkdir ki, bu gün hər abunəçi telefondan istifadəyə görə ayda iki manat ödəyir. Əgər ödənişli danışıq sisteminə keçərsə, bəlkə də abonentə xeyirli olar. Çünki elə abonentlər var ki, gün ərzində telefondan 1-2 dəqiqəlik istifadə edir. Demək, bu halda əhalinin çoxu ayda 1-1,5 manatdan çox xərcləməyəcək.

Stasionar telefonların pullu olması bizə nə qazandıracaq?

Məhşur bir tamaşamız var bizim, coxları baxıb ona: “Evləri köndələn yar”. Əminəm ki, hansı səhnəni xatırladacağımı hamı anladı. Bəli, günlərlə küçədə avtomat telefondan asılaraq həmsöhbətinin bütün nəsil-nəcabətindəki adamların - Atoppa, Ağoppa, Ağabala, Ağababa və bu kimi qəribə adlı uzaq qohumlarının hamısının kefini-əhvalını soruşan qadını deyirəm. Sağ olsun, onu tələsdirən oğlanın məsləhətini nəzərə alır və ertəsi gün "B" hərfi ilə başlayan sülalənin sorğu-sualını aparır telefonla. Nəzərə alsaq ki, əlifba sırasıyla hər gün bir nəsil-nəcabəti, tayfanı təftiş eləyir, demək, bu yolla ayın bütün günlərini beləcə telefonda başa vurur.
Bu, bizim psixologiyamızda var, demirəm pis bir adətdir, amma yaxşı bir şey də deyil. Vaxt qızıldır, dəyərini bilmək gərəkdir. Telefonla bu qədər danışmaqla həm başqalarını, həm də öz zamanımızı boşuna itirmiş oluruq. Hələ üstəlik söhbətin bitməsini kimsə səbirsizliklə gözləyirsə...
Əgər stasionar telefonlar ödənişli olacaqsa, israfçılıq, boşboğazlıq və zaman xərci də azalacaq. Əvəzində kommunal xidmətlərin keyfiyyəti qaldırılacaq, ATS-lərin maddi-texniki bazası möhkəmlənəcək, rabitə işçilərinin maaşı yüksələcək. Xətlərdə adət etdiyimiz qarışıqlıq aradan qalxacaq. Ən azından hər dəfə yaxınlarımıza zəng vuranda eşitməyə adət etdiyimiz “bu istiqamətdə bütün kanallar məşğuldur, zəhmət olmasa sonra zəng edin” mesajı artıq olmayacaq.
- Salam, axşamınız xeyir. Mən Kişi istəyirəm!
- .... Başa düşmədim....
- Deyirəm ki, məni calaşdırın, Kişi istəyirəm, danışmalıyam!
- Xanım, mən də kişiyəm, buyurun, nə kömək edə bilərəm? Əlimdən nə gəlirsə, mən hazır!
- Axmaq, axmaq danışma! Kiş kəndinə zəng eləyirəm. Şəkiyə!

Bu məzəli əhvalatı xatırlatmaqda məqsədimiz telefon xətlərinin bir-birinə qarışması problemini də yada salmaqdır. Yəqin ki, çoxlarımız bu qarmaqarışıqlığa düşmüşük, sözsüz ki, hər gün hansımızsa ev telefonlarımıza gələn zənglərin bir neçəsinə "Xeyr, səhv düşmüsünüz" deyə cavab veririk. Bəs bir nömrəni yığıb, başqasına gedib düşmək niyə baş verir? Təbii ki, telefon xətlərinin həddən artıq yüklənməsi üzündən. Odur ki, yersiz, gərəksiz telefon danışıqları azalarsa, xətlərin rahat "nəfəs alacağı" halda, bir şəhərdən digərinə zəng edən birinin telefonuna tamamilə başqa şəhərdən cavab verməyəcəklər, Tovuza zəng edəndə Oğuza düşməyəcəksiniz. Bunlar dəfələrlə baş verdikdə yalnış zənglərdən bezən qarşı tərəfin, biri bir qəpik olan söyüşlərini dinləməli olmayacaqsınız.
Bundan başqa, regionlarda internetin sürəti yaxşılaşacaq. Səhərdən axşama, axşamdan səhərə kimi telefondan asılan bekar gənclər məşğuliyyət üçün başqa iş tapmalı olacaqlar.

Telefonun ödənişli olmasının zərəri nədir?

Yuxarıda rabitənin keyfiyyətinin yaxşılaşması üçün sözügedən qərarın müsbət tərəfini yazdıq. Amma gün ərzində 15 dəqiqəlik ödənişsiz danışıqla kifayətlənməyənlər də var. Onlar bu tarif sisteminə etiraz edə bilər. Diqqətlə incələdikdə bu etirazın haqlı tərəflərini də görmüş olarıq.
Məsələn, yeni sistem şəxsən mənim üçün əlverişlidir, çünki 3 yaşlı körpə uşağı nəzərə almasaq, ailədə 2 nəfərik və 15 dəqiqəlik bir limit bizə kifayət edir. Amma nəzərə alsaq ki, bizim cəmiyyətdə orta statistik ailənin 4-5 üzvü var, o zaman bu qərarın bir qədər müzakirə edilməsinə və pulsuz dəqiqələrin artırılmasına gərək duyulur.
Çünki ailə üzvlərinin hər biri gün ərzində 5 dəqiqə telefonla danışarsa, o zaman bundan artıq hər dəqiqə üçün pul ödəməli olacaq. Ailədəki uşağın biri məktəbli ola bilər, dərslə bağlı zəngə ehtiyac duyacaq, biri tələbə ola bilər, onun da zəng etməsi gərəkə bilər. Ana qohumlarla, valideynlərlə əlaqə saxlamaq istəyə bilər. Ata dost-tanışla, iş yoldaşı ilə danışacaq.
Hələ ailədə nənə və baba varsa, bu prosses bir qədər də uzanacaq. Bütün bu danışıqlar nə qədər ixtisar edilsə də, hamısı birlikdə hesablanarsa, bir saata qədər uzana bilər. Amma yeni tarif qəbul edilərsə, gün ərzində 15 dəqiqədən artıq telefonla danışan abonent hər dəqiqə üçün 0,5 qəpik ödəməli olacaq.

ADSL xidmətinin keyfiyyəti yüksələcək

Bunu Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Bakı Telefon Rabitə İstehsalat Birliyinin rəisi Beydulla Hüseynov deyir. Birlik rəisinin sözlərinə görə, bütün dünyada tətbiq olunan bu sistem özünü doğruldub. Rabitənin keyfiyyəti yaxşılaşıb, ADSL sistemə müsbət təsir edib. Çünki ADSL abunəçilərinin sayı artdıqca mövcud sistemdə nasazlıq yaranır və bu da öz növbəsində ADSL-in normal işləməməsinə səbəb olur.
BTRİB rəisi bildirir ki, əhalinin böyük hissəsi bu dəyişikliyi demək olar ki, hiss etməyəcək. Çünki birliyin apardığı analizlər göstərib ki, istifadəçilərin 50%-i ay ərzində 450 dəqiqədən az danışır. B.Hüseynov deyir ki, əhali bu sistemə zorla keçirilməyəcək. Çünki sözügedən layihədə bir neçə ödəniş variantının eyni vaxtda istifadəsi nəzərdə tutulur. Kim istəsə öncəki sistemdə qalacaq. Kimə sərf edirsə, o da yeni sistemə keçəcək.
Beləliklə, məlum olur ki, əslində rabitə sistemində yeniliklərə ehtiyac var, amma bu sahədə həyata keçirilən işlər son nəticədə vətəndaşlar, özəlliklə imkansız təbəqələr üçün əlavə xərcə səbəb olmamalıdır. Hər halda nəzərə almaq lazımdır ki, hətta stasionar rabitə ilə müqayisədə çox baha başa gələn mobil rabitə tarifləri də getdikcə ucuzlaşır.

Hətta, məsələn bizim aylıq abunə haqqı olmayan mobil operatorların birinin təklif etdiyi xidmətlə hər istiqamətə 5 qəpiklə danışmaq olur. Yəni, mobil telefonla başqa şəhərdəki bir sabit telefona zəngin dəqiqəsi 5 qəpiyə, ev telefonunda isə 7 qəpiyə başa gəlir. O üzdən stasionar rabitə tariflərində ucuzlaşma olması da gözləniləndir.


Geri dön

RoMaNTiK SerSeRi

  • 17 fevral 2012 20:59
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

::..ONSLAUGHT::..

  • 15 mart 2011 13:44
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Ulya

  • 13 mart 2011 23:19
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
1 ildi esidirem bunu wink

Nur_Ay

  • 12 mart 2011 02:14
  • Məqalə: 220
  • Şərh: 2141
  • Bal:
{awards}
xeber ucun twk

--------------------

ZEHRA

  • 11 mart 2011 20:28
  • Məqalə: 169
  • Şərh: 1975
  • Bal:
{awards}
xeber ucun twk

meri

  • 11 mart 2011 20:07
  • Məqalə: 0
  • Şərh: 219
  • Bal:
{awards}
Bir o qalıb ki, hava almağa da pul odəməli olaq

_RONALDO_

  • 11 mart 2011 18:48
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
sagol qaqa amma pis olacaq

--------------------

Lexikon

  • 11 mart 2011 17:29
  • Məqalə: 1118
  • Şərh: 4161
  • Bal:
{awards}
xeber ucun twk

GUNAHKAR MELEK

  • 11 mart 2011 14:17
  • Məqalə: 0
  • Şərh: 242
  • Bal:
{awards}
bilirdim bunu.ama inanmirdim.....da noldu 1tel qalmisdi o da pullu.tesekkurler xebere gore

--------------------
ALDANMA INSANIN GOZELLİYİNE,
GOZELLIK INSANIN DAXILINDEDIR.
XARICI OLSA DA PARLAQ BIR GUNES,
DAXILI BELKE DE ZULMET GECEDIR

Girls_Party

  • 11 mart 2011 13:57
  • Məqalə: 0
  • Şərh: 64
  • Bal:
{awards}
tsk edirem mende bilirdim

--------------------
sirinka jala

::..ONSLAUGHT::..

  • 11 mart 2011 13:53
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
tewekkur

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

marlin

  • 11 mart 2011 13:49
  • Məqalə: 221
  • Şərh: 1623
  • Bal:
{awards}
ilk serh menden bunu bilirdim.yenede twk

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 29
Cəmi: 47

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}