Diqqət! Hava şəraiti kəskin dəyişir

 
Diqqət! Hava şəraiti kəskin dəyişir


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 7-dən hava şəraitinin kəskin dəyişəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 8-10 dərəcə aşağı enəcək. Qeyri-sabit hava şəraiti fevralın 09-dək davam edəcək.

Fevralın 7-də qərb rayonlarından başlayaraq hava şəraitinin kəskin dəyişəcəyi, yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə 8-10 dərəcə aşağı enəcək. Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var. Qeyri-sabit hava şəraiti fevralın 09-u gündüzədək davam edəcək.

Fevralın 6-da isə, yəni sabah, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 10-14, Bakıda gecə 5-7, gündüz 12-14 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 753 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək, nisbi rütubət 65-75 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

Fevralın 6-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi qərb rayonlarında yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 12-17, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 0-5, gündüz 8-13 dərəcə isti olacaq.

Tibbi-meteoroloji xəbərdarlıq


Fevralın 07-08-də Abşeron yarımadasında davamlı güclü xəzri küləyinin əsməsi, havanın temperaturunun ötən günlərlə müqayisədə xeyli enməsi gözlənilir ki, bu da meteohəssas insanlar üçün çox əlverişsizdir.


Geri dön

... Deryam ...

  • 13 fevral 2016 16:05
  • Məqalə: 272
  • Şərh: 4617
  • Bal:
az qaldi yaz gelecek wink

--------------------

Pəri

  • 7 fevral 2016 20:26
  • Məqalə: 226
  • Şərh: 2056
  • Bal:
{awards}
Tesekkur xebere gore

--------------------

Nergiz__Sirinova

  • 7 fevral 2016 15:46
  • Məqalə: 424
  • Şərh: 3672
  • Bal:
{awards}
Xebere gore tesekkurler.

--------------------

NIGAR

  • 7 fevral 2016 00:57
  • Məqalə: 586
  • Şərh: 9789
  • Bal:
{awards}
Xəbər üçün sağ olunn

--------------------
legend.az/user/imza/

Attention

  • 7 fevral 2016 00:34
  • Məqalə: 11
  • Şərh: 918
  • Bal:
{awards}
hmm deyirlər amma dəyişmir nədənsə

__gulu_gulu__

  • 6 fevral 2016 23:41
  • Məqalə: 12
  • Şərh: 800
  • Bal:
{awards}
xebere gore cox sagolun...

--------------------

✯ AliKo ✯

  • 5 fevral 2016 22:41
  • Məqalə: 85
  • Şərh: 1067
  • Bal:
{awards}
Fevral Ayı Üçün Normal Temperaturdu

_aKa_

  • 5 fevral 2016 19:36
  • Məqalə: 12
  • Şərh: 228
  • Bal:
{awards}
AA soyuqlar gelir tewekkurler xeber ucun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 10
Qonaqlar: 47
Cəmi: 81

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 39
Cəmi: 586
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 113
 
MiSS HaPPy)
Xəbərləri: 17
Cəmi: 26
 
Nergiz__Sirinova
Xəbərləri: 14
Cəmi: 424
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 22
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 10
Cəmi: 675
 
ஐ Payiz ஐ
Xəbərləri: 10
Cəmi: 13
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
Dəlishka
Xəbərləri: 4
Cəmi: 4
 
Arzu_zadeh
Xəbərləri: 4
Cəmi: 134
 
 
{slinks}