Dayə ikinci ana ola bilərmi?

 
Dayə ikinci ana ola bilərmi?

Vaxtilə işləyən qadınlar uşaqları nənə-babalara etibar edərdilər. Ancaq son illər bu tendensiya dəyişib.
İşgüzar xanım övladını dayələrə həvalə edir. Qadınların sürətlə iş həyatına atılması dayəlik fəaliyyətilə
məşğul olanların da sayını artırıb. Ancaq təcrübəli, savadlı, öz işinin peşəkarı olan, uşağa qayğı
göstərməyi bacaran dayəni tapmaq o qədər də asan məsələ deyil.


“Dayələr haqqında ilk məlumatım ətraflı deyildi. Əvvəlcə qadın haqqında, yoldaşı və uşaqları ilə
münasibətini öyrəndim. Uşağı bir həftə ona verdim. Məni qane etdiyinə görə, uşağı dayəyə verdim”,
- deyə övladını dayəyə verən ana Həqiqət İldırımova bildirib.

Artıq bir ildir ki, Həqiqətin körpə qızı həftənin 6 gününün 11 saatını dayənin nəvazişi ilə böyüyür.
Dayənin övladına ana kimi nəvaziş göstərməsinə Həqiqət xanım adı kimi əmindir.
Onun sözlərinə görə, dayə övladını təkcə qida ilə deyil, həm də əyləncə ilə normal təmin edir.


Lakin bu məsələdə heç də hamının bəxti gətirmir. 2005-ci ildə Gəncədə övladlarını
Aida Mahmudova adlı dayəyə etibar edən ananın bu etibarı ona bir övladını itirməsi bahasına gəlib.

Xatırladaq ki, 12 yaşlı qızı evdən pul oğurlamaqda şübhəli bilən dayə onu döyərək öldürüb.
Gizli videomüşahidə kamerası ilə dayənin uşağı qaldırıb yerə çırpması, təpikləməsi aydın görünür.
Məhz belə faktlara görə analar arasında dayələrə etibar itir.


Valideynlərin bu məsələyə fərqli münasibəti olsa da, dayəlik xidməti mövcuddur.
Lakin psixoloqlar dayələrə çox da etibar etməməyə çağırır. Psixoloq Dəyanət Rzayev
“hər övlad sahibi olan ananın başqasının övladına dayəlik edə bilər” fikrilə razılaşmır.

“Dayə ola bilsin ki, öz övladını yaxşı böyüdüb. Amma axı hər ailənin öz ənənəsi və tərbiyə mühiti var.
Ona görə də dayəlik məktəbi lazımdır. Dayə başqasının evinə gedəndə artıq öz biliklərini unutmalıdır.
Xüsusi hazırlıq ondan ibarətdir ki, orada yoxlanış keçməlidir. İnsanların psixoloji durumu yoxlanılmalıdır.
Həmin şəxs başqa insanları tərbiyə etməyi bacarmalıdır.
Ona görə də, ən azından pedoqoji bilikləri olmalıdır”, - deyə Dəyanət Rzayev vurğulayıb.


Azərbaycan Uşaq Birliyinin sədri Kəmalə Ağazadə ötən il apardıqları monitorinqin nəticələrinə
əsasən özünü dayə adlandıran 50 nəfər qadının yalnız 9-da pedoqoji ali təhsilin
olduğunu bildirir. Daha 4 nəfərin pedoqoji biliyi isə kollec səviyyəsindədir.

“Dayələrlə əmək müqaviləsi imzalanmır. Onlardan soruşanda ki, iş qrafikinizi
necə bölürsünüz, deyirlər: “ana necə deyirsə, elə”, - deyə Kəmalə Ağazadə vurğulayıb.


Amma burada iş təckə qrafikdə deyil, bir çox məsələlər həll olunmamış qalır.
Dayə ilə valideynlər arasında əmək müqaviləsinin imzalanmaması səbəbindən dayə uşağa qarşı
hansısa zor, yaxud, kobudluq tətbiq edəndə, onlar barəsində hüquqi ölçü götürmək çox
vaxt mümkün olmur. Buna görə də, hüquqşunaslar tərəflər arasında yaranan çətin vəziyyətin
ən real həll yolunu münasibətlərin rəsmiləşdirilməsində görürülər.
Buna görə də, ailənizə buraxdığınız ikinci ananın kimliyini araşdırmağınız məsləhətdir.


Geri dön

_RONALDO_

  • 27 may 2011 00:07
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
daye hec vaxt anani evez ede bilmez!

--------------------

melumat

  • 15 mart 2011 13:02
  • Məqalə: 0
  • Şərh: 100
  • Bal:
{awards}
TEWEKKURLER

Ulya

  • 13 mart 2011 23:32
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
tesekkur edirem

kristal

  • 12 mart 2011 12:18
  • Məqalə: 0
  • Şərh: 474
  • Bal:
{awards}
isleyen qadinlarin basqa caresi yoxdu axi,istese de-istemese de usagi dayeye etibar etmeli olur.

Nur_Ay

  • 12 mart 2011 02:00
  • Məqalə: 220
  • Şərh: 2141
  • Bal:
{awards}
TWK MARAQLDIR
daye hec vaxt anani evez ede bilmez!

--------------------

-=EFSANE-XANIM=-

  • 11 mart 2011 22:12
  • Məqalə: 8
  • Şərh: 844
  • Bal:
{awards}
ISTEMEZDIM UWAGIMI DAYEYE VERIM,HEC BAGCAYA DA COX INAMIM YOXDUR

--------------------
XAHIW EDIREM MENE DOSTLUQ TEKLIFI YOLLAMAYIN !

::..ONSLAUGHT::..

  • 11 mart 2011 20:43
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
TWK MARAQLDIR

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

ZEHRA

  • 11 mart 2011 20:13
  • Məqalə: 169
  • Şərh: 1975
  • Bal:
{awards}
tesekkurler xeber ucun!

kiss love

  • 11 mart 2011 19:22
  • Məqalə: 4
  • Şərh: 1284
  • Bal:
{awards}
ananin yeri basqadi twk

ananin yeri basqadi twk

--------------------

marlin

  • 11 mart 2011 19:02
  • Məqalə: 221
  • Şərh: 1623
  • Bal:
{awards}
raziyam usagi her adama etibar edib tapsirmaq olmaz

--------------------

_RONALDO_

  • 11 mart 2011 18:07
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
MARAQLIDIR COX SAGOL HAMIYA TOVSIYYE GORUREM

--------------------

demon_cik

  • 11 mart 2011 17:38
  • Məqalə: 0
  • Şərh: 145
  • Bal:
{awards}
daye hec vaxt esl anani evez ede bilmez ama ele analar var ki 100 daye birlessede onun etdiyi zulmu ede bilmez odu ki hersey insanin insanligindan asilidi

YazYamuru

  • 11 mart 2011 17:15
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
hmmmm twkkk no

--------------------



Ucube_cocuk

  • 11 mart 2011 17:10
  • Məqalə: 19
  • Şərh: 508
  • Bal:
{awards}
Dayə heç vaxt ikinci ana ola bilməz

--------------------
ALLAH insana “onun istədiyini” deyil, “ona lazım olanı verir”. Buna görə də “niyə görə” deyə soruşmayın, “nəyə görə” barəsində düşünün...

Lexikon

  • 11 mart 2011 16:51
  • Məqalə: 1118
  • Şərh: 4161
  • Bal:
{awards}
xeber ucun twk

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 43
Cəmi: 66

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}