Göyəm - gözlər və damarlar üçün faydalı meyvə

 
Göyəm - gözlər və damarlar üçün faydalı meyvə


Göyəm çox dadlı və faydalı meyvədir, onun bir çox müalicəvi xüsusiyyətləri var.
Göyəmin meyvələri, yarpaqları, ağacının qabığı, kökü xalq təbabətində müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur.
Göyəm müxtəlif faydalı maddələrlə zəngindir. Onun tərkibində orqanik turşular, pektinlər, büzücü maddələr, fitonsidlər, efir yağları, flavonoidlər, vitaminlər (xüsusilə P, C, B qrupu), minerallar (xüsusilə kalium) var.
Göyəmin güllərindən və yarpaqlarından çox faydalı müalicəvi çay hazırlayırlar. Bu çay bağırsaqların fəaliyyətini yaxşılaşdırır, yüngül işlətmə dərman kimi təsir edir, orqanizmdən toksinləri və şlakları xaric edir, sakitləşdirir.
5 x.q. gül və (və ya) yarpaq termosda 1 l qaynar suda dəmlənilir və gün ərzində 3 dəfə 1/2 stəkan olmaqla içilir.
Göyəmin meyvələri damarları möhkəmləndirir, onların elastikliyini artırır.
Fitonsidlərlə zəngin olan göyəm mikrob əleyhinə təsirə malikdir.
Göyəm və göyəm kompotu diareya (ishal) zamanı çox yaxşı kömək edir, bağırsaqları "yığır", bağırsaqlara antiseptik təsir edir.
Göyəm antosian maddələrlə zəngindir. Bu maddələr güclü antioksidantlardır. Antioksidantlar orqanizmdə hüceyrə səviyəsində qocalma proseslərini ləngidir, insanın həyatını uzadır.
Həmçinin antosian maddələri gözlərin torlu qişasını möhkəmləndirir, göz təzyiqini normallaşdırır, göz yorğunluğunu azaldır. Bütün bunlar görmənin yaxşılaşmasına kömək edir.
Göyəmin bütün bu faydalı xüsusiyyətlərinə baxmayaraq göyəm qastrit və xora xəstəliklərindən əziyyət çəkən insanlar üçün ziyanlıdır. Bundan əlavə göyəm allergik reaksiyalara səbəb ola bilər.


Geri dön

__S.M_ova__

  • 20 iyul 2016 18:04
  • Məqalə: 90
  • Şərh: 1398
  • Bal:
Göyəmin meyvələri, yarpaqları, ağacının qabığı, kökü xalq təbabətində müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur.

esra23

  • 18 iyul 2016 23:38
  • Məqalə: 0
  • Şərh: 608
  • Bal:
{awards}
Melumat ucun tesekkurler

--------------------
~Size deyer veren insanin qiymetini bilin~

Darling

  • 18 iyul 2016 23:17
  • Məqalə: 694
  • Şərh: 12585
  • Bal:
{awards}
Heç bilmirdim canım maraqlı xeberdit

--------------------
Ümidini itirmə, Bu həyatda bir şeyin sonu, hər zaman başqa bir şeyin başlamasına səbəb olmuşdur.

^^KuKuLKa^^

  • 18 iyul 2016 16:04
  • Məqalə: 775
  • Şərh: 11408
  • Bal:
{awards}
Məqaləyə görə təşəkkür

--------------------

Nazrin

  • 18 iyul 2016 14:20
  • Məqalə: 12
  • Şərh: 116
  • Bal:
{awards}
Mende meyve kimi cox sevirem..murebbe ya kampotu ile hec aram yoxdur...tesekkurler

--------------------
Həzrət Peyğəmbər(s) buyurub: "Namaz dinin sütunudur"

Mr Reborn

  • 18 iyul 2016 13:13
  • Məqalə: 19
  • Şərh: 270
  • Bal:
{awards}
super.
Meqaleye gore tewekkurler

__S.M_ova__

  • 18 iyul 2016 11:38
  • Məqalə: 90
  • Şərh: 1398
  • Bal:
{awards}
Ən sevdiyim meyvədi xəbərə görə sağolun

Pəri

  • 18 iyul 2016 11:18
  • Məqalə: 242
  • Şərh: 2295
  • Bal:
{awards}
Buyurun .... werhlere gore cox sag olun

--------------------

Favorit Sweet Girl

  • 18 iyul 2016 10:14
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Tesekkurler cox seviremcox saolun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 





      ToP 5 Şərhçi

      Online

      İstifadəçilər: 0



      Qonaqlar: 11
      Cəmi: 17

       

      Top 10 Müəllif

       
      {slinks}