Sunami Yaponiyanı vurdu

 
Sunami Yaponiyanı vurdu

Yaponiyanın şimal-şərq sahillərində Rixter cədvəli üzrə 8.9 bal gücündə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 90-ı keçib. Yüzlərlə insan itkin düşüb. Ölənlərin sayının bir neçə dəfəyədək artacağı gözlənilir.

Ən son məlumatlara görə isə Sendai çimərliyində 300-ə yaxın insan meyiti tapılıb.

Azərbaycanın Yaponiyadakı səfir Azər Hüseynin verdiyi məlumata görə, hələ ki, bu ölkədə yaşayan azərbaycanlılar arasında xəsarət alan yoxdur. Onun sözlərinə görə, ölkədə mobil rabitədə problemlər olduğundan həmvətənlərimizlə əlaqə yaratmaq çətinləşib.

Episentri Miyaqi vilayəti yaxınlığında və Sakit okeanın 10 kilometr dərinliyində qeydə alınan güclü zəlzələdən sonra 20-dək bir qədər zəif yeraltı təkan qeydə alınıb. Onlardan çoxu isə 6 baldan güclü olub.

Zəlzələdən sonra ölkənin şimal-şərq sahillərində sunami baş verib, dalğaların hündürlüyü 10 metrə çatıb.
Tokiodan şimalda yerləşən Senday hava limanını su basıb, sel hava limanının ərazisindəki avtomobil, yükdaşıyan maşın və avtobusları yuyub aparıb. Vakayama vilayətində 20 min adam evakuasiya edilib.

"Reuters" agentliyinin məlumatına görə, zəlzələdən sonra Yaponiyanın bir neçə mühüm əhəmiyyətli obyektlərində yanğın baş verib. Neft emalı və polad zavodu, eləcə də atom-elektrik stansiyasında yanğın davam edir. Bir çox neft emalı zavodları öz işini dayandırıb.

Atom elektrik stansiyasının soyutma sistemində baş vermiş mexaniki nasazlıqdan sonra fövqəladə vəziyyət elan edilib. Bu problem bir neçə stansiyada baş versə də, radiasiya sızmasının olmadığı bildirilir.

Yaponiyanın bütün Sakit okean sahili ərazilərində, Cənubi Amerika, Kanada, Amerika Birləşmiş Ştatların qərb sahilləri,ABŞ-ın Havay bölgəsi,Rusiya, Tayvan, İndoneziya, Filippin də daxil olmaqla, 53 ölkədə sunami xəbərdarlığı edilib.

Yaponiya Nazirlər Kabineti ölkədə elektrik enerjisi böhranının yarana biləcəyindən ehtiyat edir. Ölkənin şimalında 4.4 milyon ev işıqsız qalıb.

Qeyd edək ki, baş vermiş zəlzələ Yaponiyada son 140 ilin ən güclü zəlzələsi hesab edilir.

Bu arada, Rusiyanın dövlət başçısı Dmitri Medvedev Yaponiyada baş verən təbii fəlakətlə əlaqədar bu ölkəyə yardım etməyə hazır olduqlarını bəyan edib. Medvedev Rusiyanın fövqəladə hallar naziri ilə birlikdə keçirdiyi iclasdan sonra Moskva və Tokionun birlikdə çalışaraq bu fəlakətin öhdəsindən gələ biləcəklərini bildirib. "Zəlzələdən sonra meydana gələn dağıntıları aradan qaldırmaq üçün qonşularımıza kömək etməyə hazırıq. Fövqəladə hallar nazirinə yardım planı hazırlamaqla bağlı göstəriş vermişəm. Saxalin və Kuril adalarında da fövqəladə vəziyyət elan edilib. İnsan itkisinin olmaması üçün bütün mümkün tədbirlər görülür." -deyə Dmitri Medvedev bildirib.




Geri dön

_RONALDO_

  • 29 may 2011 18:55
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
allah komekleri olsuun xeberlere bextim ora ne qundedi??

--------------------

only-girl

  • 3 aprel 2011 11:51
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
maraglidi twk

--------------------

::..ONSLAUGHT::..

  • 15 mart 2011 13:41
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Ulya

  • 13 mart 2011 23:37
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
gormuwem

Nur_Ay

  • 12 mart 2011 01:50
  • Məqalə: 220
  • Şərh: 2141
  • Bal:
{awards}
ALLAH KOMEKLERI OLSUN

--------------------

-=EFSANE-XANIM=-

  • 11 mart 2011 22:04
  • Məqalə: 8
  • Şərh: 844
  • Bal:
{awards}
ALLAH BIZI QORUAUN,BELE ZELZELE BURDA OLSAYDI SAG QALAN OLMAZDI

--------------------
XAHIW EDIREM MENE DOSTLUQ TEKLIFI YOLLAMAYIN !

Sevinc_Keder

  • 11 mart 2011 21:55
  • Məqalə: 0
  • Şərh: 443
  • Bal:
{awards}
ALLAH butun muselman ehlini qorusun AMİN

--------------------
Insanları tanıdıqca uzaqlaşdim!Elə bildim mən uzaqlaşıram amma onlar məndən uzaqlaşırdılar!!!

::..ONSLAUGHT::..

  • 11 mart 2011 21:43
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
Cox sag olun

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

_RONALDO_

  • 11 mart 2011 21:27
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
HE BIIREM TV BAXDIM ALLAH KOMEYI OLSUN ONLARIN YAZIQLAR

--------------------

_Pretty_Girl_

  • 11 mart 2011 21:18
  • Məqalə: 25
  • Şərh: 135
  • Bal:
{awards}
Cox sag olun,Tv-de baxmisdim.ALLAH komekleri olsun!!!

--------------------
Həzrəti İmam Əli (ə):«Öz günahından başqa heç nədən qorxma, öz Rəbbindən başqa heç kəsə ümid bağlama.»

Lexikon

  • 11 mart 2011 20:58
  • Məqalə: 1118
  • Şərh: 4161
  • Bal:
{awards}
Allah komekleri olsun

alex aliyev

  • 11 mart 2011 20:56
  • Məqalə: 0
  • Şərh: 2
  • Bal:
{awards}
allah komekleri olsun.

lider

  • 11 mart 2011 20:44
  • Məqalə: 23
  • Şərh: 3044
  • Bal:
{awards}
TEWEKKURLER

kiss love

  • 11 mart 2011 20:24
  • Məqalə: 4
  • Şərh: 1284
  • Bal:
{awards}
twk tv-de baxmisdim yazixlar allah komek elesin sad

--------------------

Cant_Breathe

  • 11 mart 2011 20:19
  • Məqalə: 64
  • Şərh: 1394
  • Bal:
{awards}
Baxmishdim TVde. Chox pis oldum. Allah komekleri olsun

--------------------
Bir xoşbəxtlik qapısı bağlandığında digəri açılır.. Ancaq biz bağlanan qapıya o qədər uzun baxırıq ki,bizim üçün açılmış olan yeni qapını görmürük..

ZEHRA

  • 11 mart 2011 20:02
  • Məqalə: 169
  • Şərh: 1975
  • Bal:
{awards}
tv-de izlemiwdim,twk edirem

CandyGirl

  • 11 mart 2011 19:57
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
allah komekleri olsuun xeberlere bextim ora ne qundedi?? recourse

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 20
Cəmi: 36

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}