Kişilərin cavab tapmadığı sual: qadın nə istəyir?

 
Kişilərin cavab tapmadığı sual: qadın nə istəyir?


Allah qadını zərif, incə məxluq yaradıb. Eyni zamanda güclü və dözümlü. Bəs nəyə görə kişilər qadınların çətin xaraketli olduğunu və nə istədiklərini bilmədiklərini düşünürlər? Ziqmund Freydin belə bir deyimi var: "30 il insan psixologiyasını öyrənməyə sərf etdim, yeganə suala cavab tapa bilmədim. Qadın nə istəyir?"

Maraqlıdır, kişilər üçün qadınları anlamaq və nə istədiklərini bilmək doğrudanmı bu qədər çətindir?! Qadın həyatda elə bir kişi arzulayır ki, hər bir frekansda onunla bərabər ola bilsin. Bu, bir qayda deyil, amma şüuraltı əsasən gözəl qadınlar məhz bu tip kişiləri arzulayırlar. Bununla belə, qadınlar güvən verməyən kişilərə təəccüblü olsa da, nifrətlə yanaşırlar. "Bir qadının kişiyə qarşı diqqətini nə çəkə bilər?" sualına belə bir cavab verə bilərik. Kişinin özgüvənli olması, özünə hörmət və nəzarət etmək bacarığı qadının diqqətini çəkir. Əksər kişilər qadınlar haqqında "nə istədiklərini bilmirlər" sözünü tez-tez deyirlər. Amma gəlin baxaq. İstənilən qadına bu sual verilsə, "burda çətin nə var ki?!" cavabını almaq olar.

Kişi sərbəst və özünə inamlı olmalıdır. Hətta qürurlu, güclü xanımlar özgüvənli kişinin yanında özlərini sevilən qadın kimi görmək istəyirlər.

Kişi maraqlı həmsöhbət olmalı, dinləməyi bacarmalı, qadına nə etməyi öyrətməyi yox, öz fikrini bildirməlidir.

Qadınların kişilərdə görmək istədiyi ən əsas xüsusiyyətlərdən biri isə onlarda yumor hissinin olmasıdır.

Onu da qeyd edək ki, qadınlar kişilər haqqında danışarkən çox vaxt şablon sözlərdən istifadə edərək, "daxili gözəl olmalıdır" deyirlər. Amma həqiqətən də həyat yoldaşı seçmək üçün xarakter çox önəmlidir. Bəzən zahiri görünüş bizi aldada bilər, amma görünüş gözlərə ilk siqnal verir.

Qadınlar çox vaxt daxili gözəllik axtardıqlarını desələr də, xarici görünüşü üstün tuturlar. Bu isə əsasən vizual tip xanımlara aiddir. Qadınlar üçün ideal şərtlər yaraşıqlı, sadiq, sabit xarakterli, ağıllı, yaxşı statusa mailk olan kişilərdir. Təbii ki, bütün bunların hamısı bir insanda cəm ola bilməz. İdeal insanlar ideal cəmiyyətin ideal insanıdır.


Qadınların istədiyi əsas 10 xüsusiyyət:

1. Qadın qarşılıqlı sevgi istəyir. Əlbəttə ki, ən əsası böyük, təmiz sevgi istəyir. Qadın sevib sevilmək və hiss etmək istəyir ki, onun qayğısını çəkən insan var.

2. Qadın ailə istəyir. Əlbəttə ki, qadın bütöv ailə istəyir, uşaq, onu sevən həyat yoldaşı - sözün əsl mənasında möhkəm ailə.

3. Qadın özünü və ailəsini sağlam görmək istəyir. Belə bir deyim var - can sağlığı olmadan insan xoşbəxt ola bilməz. Bunu boşuna deməyiblər.

4. Qadın firavanlıqda yaşamaq istəyir. Hər bir qadının öz həyatında görmək istədiyi məhz budur.

5. Qadın cazibədar olmaq istəyir. Zahirən cazibədar görünmək istəyir. Çünki qadınlar hər zaman təravətli və gözəl görünməyə can atırlar.

6. Qadın həyatda özünü təsdiq etmək istəyir. Demək olar ki, qadınlar hər zaman özlərini təsdiq etməyə çalışırlar. Biz sevdiyimiz işi istəyirik və məqsədə çatmaq üçün çalışmalıyıq.

7. Qadın müstəqil olmaq istəyir. Yəqin ki, son illər qadınların idarəetmə, siyasət, biznes sahəsində uğurlar qazandıqlarını gözdən qaçırmamısınız. Çox qadınlar müstəqil olmağı sevir.

8. Qadın sabahkı gününə görə inamlı olmağı istəyir. Kim istəməz sabahından arxayın olsun?! Sabahına güvənən qadın öz gücünü qoruyub sağlamlığın qədrini bilir və bütün gücünü gələcək məqsədlərinə sərf edir.

9. Qadın hədiyyə, çiçək, kompliment eşitmək, zərif, romantik olmaq istəyir. Gül dəstəsi və diqqət qadını həyata daha da bağlı və sevgi dolu edir.

10. Qadına güclü kişi lazımdır. Çünki qadın gücü, güvəni kişidən almaq istəyir.

Sonda isə onu qeyd etmək lazımdır ki, kişi iddialı və fikrində qətiyyətlidirsə, mütləq qadının istəyi hər bir şeyə nail olacaq.


Geri dön

Pəri

  • 4 sentyabr 2016 22:06
  • Məqalə: 238
  • Şərh: 2281
  • Bal:
Qadinlari anlamaq eslinde cox asand)

--------------------

PércyDarkMoon

  • 30 avqust 2016 20:10
  • Məqalə: 242
  • Şərh: 9512
  • Bal:
{awards}
maraqlı idi feel

--------------------

Quliyeva Nigar

  • 12 avqust 2016 18:41
  • Məqalə: 20
  • Şərh: 200
  • Bal:
{awards}
Qadinlar her weyden bir az bir az isdyirdee) winked

Nergiz__Sirinova

  • 12 avqust 2016 17:29
  • Məqalə: 428
  • Şərh: 3791
  • Bal:
{awards}
Meqaleye gore tesekkurler.

Narin_

  • 12 avqust 2016 15:09
  • Məqalə: 18
  • Şərh: 198
  • Bal:
{awards}
TəşəkkürLər

esra23

  • 12 avqust 2016 15:03
  • Məqalə: 0
  • Şərh: 608
  • Bal:
{awards}
8. Qadın sabahkı gününə görə inamlı olmağı istəyir. Kim istəməz sabahından arxayın olsun?! Sabahına güvənən qadın öz gücünü qoruyub sağlamlığın qədrini bilir və bütün gücünü gələcək məqsədlərinə sərf edir.

9. Qadın hədiyyə, çiçək, kompliment eşitmək, zərif, romantik olmaq istəyir. Gül dəstəsi və diqqət qadını həyata daha da bağlı və sevgi dolu edir.

--------------------
~Size deyer veren insanin qiymetini bilin~

Zerif85

  • 12 avqust 2016 14:42
  • Məqalə: 25
  • Şərh: 281
  • Bal:
{awards}
Sirli xezineyik biz.Halal olsun bize eyyy ki,helede bizim ne istediyimizi alimler bele tapmayiblar vauuuuuuuu : winked

--------------------
Qoruya bilmediyini ele alib sindirma

vip girl

  • 12 avqust 2016 14:26
  • Məqalə: 9
  • Şərh: 589
  • Bal:
{awards}
qadinlarin ne istediklerini hec ozleride bilmir)))

Pəri

  • 12 avqust 2016 13:51
  • Məqalə: 238
  • Şərh: 2281
  • Bal:
{awards}
bizi basa dusmek cetin ))))

--------------------

Miss Lady

  • 12 avqust 2016 13:34
  • Məqalə: 180
  • Şərh: 2216
  • Bal:
{awards}
Adam kimi adam olsun yeter lol

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 33
Cəmi: 62

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 43
Cəmi: 631
 
MiSS HaPPy)
Xəbərləri: 38
Cəmi: 69
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 35
Cəmi: 51
 
Arzu_zadeh
Xəbərləri: 31
Cəmi: 167
 
♔Hе важно∞
Xəbərləri: 26
Cəmi: 142
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}