“Apple”- “Samsung” savaşı böyüyür

 
“Apple”- “Samsung” savaşı böyüyür



"Apple" korporasiyası əsas rəqibi "Samsung"la patent mübahisəsində məşhur dizaynerlərin dəstəyini alıb.

Legend.az-a istinadən bildirir ki, 100-dən çox dizayner müvafiq ekspert rəyinə imza atıb.
 
ABŞ Ali Məhkəməsinə göndəriləcək ekspert rəyi ümumilikdə 111 peşəkar, o cümlədən "Calvin Klain", "Paul Smith", "Alexander Wang" geyim firmalarının dizaynerləri, eləcə də məşhur memar Norman Fister tərəfindən imzalanıb. Bundan başqa, "Louis Vuitton", "Bentley", "Microsoft" nümayəndələri də "Apple"a dəstək veriblər.
 
Mübahisə "iPhone" smartfonlarının zahiri görünüşünün "Samsung" tərəfindən "Galaxy" smartfonlarında istifadə edilməsi barədə "Apple"ın ittihamı ilə əlaqədardır. Bu barədə məhkəmə çəkişməsi 2011-ci ildən bəri davam edir. Əvvəlcə məhkəmə "Apple"ın tələbini haqlı sayaraq, "Samsung"u öz rəqibinə 930 milyon dollar təzminat ödəməyə məhkum edib. Lakin "Samsung" ötən ilin mayında məhkəmə qərarına yenidən baxılmasına nail olub, nəticədə təzminatın məbləği 548 milyona endirilib.
 
Hazırda "Samsung" bu məbləğin də aşağı salınmasına çalışır. Ekspert rəyində bildirilir ki, istehlakçının nöqteyi-nəzərindən cihazın zahiri görünüşü onun özəllikləri, funksiyaları haqda təsəvvür yaradır və "Apple" smartfonlarının dizayn elementlərinin başqası tərəfindən istifadəsi şirkətin gəlirlərinə zərbə vura bilər. Bu səbəblə şirkətə təzminat ödənməlidir.



Geri dön

PércyDarkMoon

  • 30 avqust 2016 16:27
  • Məqalə: 242
  • Şərh: 9512
  • Bal:
Çox sağolun məqaləyə görə

--------------------

Pəri

  • 16 avqust 2016 21:13
  • Məqalə: 242
  • Şərh: 2295
  • Bal:
{awards}
Samsung yaaa bir basqadi wink

--------------------

Nergiz__Sirinova

  • 16 avqust 2016 14:19
  • Məqalə: 582
  • Şərh: 5526
  • Bal:
{awards}
Xebere gore tesekkurler.

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 



      Populyar



        ToP 5 Şərhçi

        Online

        İstifadəçilər: 6
        Qonaqlar: 8
        Cəmi: 20

         

        Top 10 Müəllif

         
        {slinks}