Böyük Britaniyada "Sarı Gəlin" səslənib

 
Böyük Britaniyada "Sarı Gəlin" səslənib

Böyük Britaniyanın Şərqi İngiltərə Universitetində Beynəlxalq Festival təşkil olunub.
Böyük Britaniyada fəaliyyət göstərən “Azərbaycan Cəmiyyəti”ndən verilən məlumata görə,
festivalda müxtəlif ölkələrin nümayəndələri, həmçinin azərbaycanlı tələbələr çıxış edib.
Festival iki hissədən ibarət olub. Birinci hissədə həmyerlilərimiz Azərbaycan mətbəxindən bəzi yemək
növlərini nümayiş etdirib və universitetdə təhsil alan əcnəbi tələbələr bu yeməklərdən dadmaq imkanına sahib olub.

İkinci hissədə isə tarixi mahnımız olan “Sarı Gəlin” mahnısını ifa edib. Qeyd edək ki, əcnəbi tələbələr Azərbaycan mətbəxini çox bəyənib və heç də təsadüfi deyil ki, daha çox maraq Azərbaycan mətbəxinə göstərilib. İkinci hissədə çıxışdan öncə, Azərbaycan cəmiyyətinin sədri Elçin Ağai Azərbaycan haqda geniş məlumat verib. Daha sonra, tamaşaçılara Azərbaycan mədəniyyətindən bəhs edən video çarx nümayiş etdirilib. İfaçılar səhnəyə çıxmazdan öncə, Orxan Hacızadə “Sarı Gəlin” musiqisinin yaranma tarixi haqda izləyiciləri məlumatlandırıb. İfa tamaşaçılar tərəfindən böyük alqışla qarşılanıb. Musiqini ifa edənlər isə Orxan Yusubov, Elçin Ağai, Əsəd Hüseynov, Orxan Seyidov, Seymur Məmmədzadə olublar.

Qeyd edək ki, “Şərqi İngiltərə Universiteti - Azərbaycan Cəmiyyəti” 2010-cu ilin mart ayında universitetdə təhsil alan azərbaycanlı tələbələrdən Elçin Ağai və Əsəd Hüseynovun təşəbbüsü ilə fəaliyyətə başlayıb.


Geri dön

_RONALDO_

  • 29 may 2011 18:54
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
himmm deysen xeberlerde deyirdilere Facebook da camaati mitinqe cagirirlar hele odu cagiranlar ermeni menseli imis xebere gore cox sagol!!!!!!!!!!!!

himmm deysen xeberlerde deyirdilere Facebook da camaati mitinqe cagirirlar hele odu cagiranlar ermeni menseli imis xebere gore cox sagol!!!!!!!!!!!!

--------------------

::..ONSLAUGHT::..

  • 15 mart 2011 13:38
  • Məqalə: 197
  • Şərh: 11459
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Ulya

  • 14 mart 2011 00:00
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
twk

Lexikon

  • 13 mart 2011 04:03
  • Məqalə: 1118
  • Şərh: 4153
  • Bal:
{awards}
xeber ucun tewekur

meri

  • 12 mart 2011 18:18
  • Məqalə: 0
  • Şərh: 217
  • Bal:
{awards}
Sağ olun uşaqlar.Sizə təşəkkürlər

_RONALDO_

  • 12 mart 2011 13:03
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
{awards}
SAGOL ONLAR OXUYA BILMEZLER SARI GELINI BIZ OXUYARIQ

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 47
Cəmi: 58

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 52
Cəmi: 229
 
NIGAR
Xəbərləri: 47
Cəmi: 868
 
Limon qoxusu
Xəbərləri: 45
Cəmi: 69
 
Nergiz__Sirinova
Xəbərləri: 23
Cəmi: 543
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 277
 
aytc.sza
Xəbərləri: 18
Cəmi: 21
 
Lmzade
Xəbərləri: 16
Cəmi: 16
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}