Apple Snapchat-a rəqib hazırlayır

 
Apple Snapchat-a rəqib hazırlayır



Bir müddət əvvəl "Apple", WWDC 2016 tədbirində iOS 10 ilə birlikdə iMessenger-i, Snapchat-a bənzər bir tətbiqlə yeniləyəcəyini açıqlamışdı. Yəqin ki, artıq şirkətin təqdim etdiyi iMessenger bir başlanğıc idi və artıq "Apple" günün tələblərinə uyğun tətbiqlər istifadəyə verməyə hazırlaşır. Bloomberg nümayəndəsi Mark Qurmanın (Mark Gurman) xəbərinə görə Apple, Snapchat-ə bənzər bir tətbiq üzərində işlər aparır. Məlumata görə, "Apple"ın yeni tətbiqi, istifadəçilərə Snapchat-da olduğu kimi video çəkmək, filtrlər və illustrasiyalar əlavə etmək imkanı yaradacaq.

Legend.az-a istinadən bildirir ki,tətbiqin paylaşım əsaslı olduğu və Facebook, Twitter, Instagram kimi sosial media platformaları ilə birbaşa əlaqəyə icazə verəcəyi də qeyd edilir. Hələki sınaq mərhələsində olan tətbiqin, videonun hazırlanmasından paylaşımına qədər keçən vaxtı 1 dəqiqədən belə aşağı endirməsi gözlənilir.

Layihənin iMovie və FinalCutPro tətbiqlərini hazırlayan komanda tərəfindən həyata keçirildiyi bildirilir. "Apple"ın hətta bir müddətdir Joe Weil ilə bu layihədə işlədiyi qeyd edilir. Joe Weil rejissor və prodüsserdir. Xəbərə görə, "Apple" bu tətbiqi Apple Store-da təqdim etməyi planlaşdırır. Məlumata əsasən, "Apple"ın əsas hədəfi kontaktlar (telefon kitabçası) arasında paylaşım və bağlantını daha da inkişaf etdirməkdir. Şirkətin tətbiqi gələn il təqdim etməsi gözlənilir.



Geri dön

esra23

  • 30 avqust 2016 16:20
  • Məqalə: 0
  • Şərh: 608
  • Bal:
Maraqli xeberdi tewekkurler

--------------------
~Size deyer veren insanin qiymetini bilin~

PércyDarkMoon

  • 30 avqust 2016 15:53
  • Məqalə: 242
  • Şərh: 9512
  • Bal:
{awards}
Çox sağolun məqaləyə görə winked

--------------------

Nergiz__Sirinova

  • 30 avqust 2016 15:53
  • Məqalə: 582
  • Şərh: 5526
  • Bal:
{awards}
Xebere gore tesekkurler

--------------------

Pəri

  • 30 avqust 2016 11:33
  • Məqalə: 242
  • Şərh: 2295
  • Bal:
{awards}
oooo ne yaxsiiii

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 



      Populyar



        ToP 5 Şərhçi

        Online

        İstifadəçilər: 0



        Qonaqlar: 9
        Cəmi: 14

         

        Top 10 Müəllif

         
        {slinks}