Hədis deyək, Hədis eşidək

 
Hədis deyək, Hədis eşidək


Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) Uca Rəbbindən rəvayət edərək belə buyurur: «İzzətimə and olsun ki, quluma eyni zamanda iki qorxu və iki arxayınlıq verməyəcəyəm. Əgər bu dünyada Məndən qorxsa, Qiyamət günü ona əmin-amanlıq bəxş edərəm. Yox, əgər bu dünyada Məndən qorxmayıb arxayın yaşasa, Qiyamət günü onun canına vəlvələ salaram».

(İbn Hibban 640. Şueyb əl-Arnavut isnadının həsən olduğunu bildirmişdir.)

Abdullah ibn Amr (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) demişdir: «Siz Qiyamət günü bir yerə toplanacaqsınız. Belə deyiləcək: «Bu ümmətin kasıb və miskinləri hardadır?» Onlar ayağa qalxacaqlar və onlara deyiləcək: «Nə etdiniz?» Onlar deyəcəklər: «Ey Rəbbimiz! Sən bizi sınağa çəkdin, biz də səbr etdik. Sən var-dövləti və hakimiyyəti başqalarına verdin». Allah deyəcək: «Doğru dediniz!» Onlar (bütün) insanlardan qabaq Cənnətə daxil olacaqlar. Var-dövlət və hakimiyyət sahibi olub şiddətli sorğu-sual olunanlar isə qalacaqlar. Səhabələr Peyğəmbərdən  soruşdular: «O gün möminlər harada olacaqlar?» O buyurdu: «Onlar üçün nurdan kürsülər qoyulacaq və buludlar onların üstünə kölgə salacaq. O gün möminlərə günün bir saatı qədər qısa olacaq».

(İbn Hibban 7419; Məcməuz-Zəvaid 18350. əl-Albani «Sahihut-Tərğib vət-Tərhib»də (№ 3187, 3590) həsən adlandırmışdır.)

Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) demişdir: «Üç sinif insan vardır ki, Qiyamət günü Allah onları danışdırmayacaq və üzlərinə baxmayacaqdır:
- (müştəriyə) yalandan and içib, (guya) satdığı mala onun verdiyi puldan daha çox pul verildiyini deyən kimsə;
- axşamçağı (bayıra çıxıb) bir müsəlmanın malını mənimsəmək məqsədilə yalandan and içən kimsə;
- (cürdəyində qalmış) artıq sudan başqalarına verməyən kimsə. (Beləsinə) Allah buyuracaq: «Sən əllərinlə yaratmadığın bir şeyin artığını (başqasından) əsirgədiyin kimi, bu gün də Mən Öz mərhəmətimi səndən əsirgəyəcəm!»

(əl-Buxari 97. Kitəbut-Tövhid 24 (2369, 6892, 7446).


Əbu Hureyra (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) buyurmuşdur: «Şübhəsiz ki, Qiyamət günü bəndədən nemətlərdən ilk soruşulacağı Allahın ona: «Sənin bədənini sağlam etmədimmi və səni sərin su ilə bəsləmədimmi?» - deməsidir».

(ət-Tirmizi 3358, 3683; ət-Tabərani «əl-Kəbir» 12289. əl-Albani səhih demişdir.)

Əbu Hureyra və Əbu Səid (r.a) rəvayət edirlər ki, Allah Elçisi (s.a.v) demişdir: «Qiyamət günü bir qul (Allahın hüzuruna) gətiriləcək və Allah ona deyəcək: «Sənə qulaq, göz, mal və övlad vermədimmi? Həmçinin heyvanları və əkin yerlərini sənin ixtiyarına vermədimmi? Səni başqaları tərəfindən itaət olunan və qənimətin dörddə birini alan başçı təyin etmədimmi? Bu gün Mənimlə görüşəcəyini güman edirdin?» O: «Xeyr!» - deyə cavab verəcək. Allah ona deyəcək: «Məni unutduğun kimi, bu gün Mən də səni unuduram».


(ət-Tirmizi 2428, 2615. əl-Albani hədisi səhih adlandırmışdır.)

Rəvayət edilir ki, Nəvvas ibn Səman  demişdir: «Bir gün Allah Elçisi  Dəccal haqqında danışırdı. Onun haqqında gah yavaş, gah da yüksək səslə (elə bir tərzdə) danışdı ki, biz onun xurmalıqlarda olduğunu güman etdik. (Təkrarən) onun yanına gəldiyimiz zaman o, bizim halımızı görüb soruşdu: «Sizə nə olub?» Biz dedik: «Ey Allahın Elçisi! Bu gün səhər sən Dəccal haqqında gah yavaş, gah da yüksək səslə (elə bir tərzdə) danışdın ki, biz onun xurmalıqlarda olduğunu güman etdik». O dedi: «Sizə görə Dəccaldan başqa şeylərdən daha çox qorxuram. Əgər o, mən sizin aranızda ikən çıxarsa, mən sizə görə onunla mücadilə edəcəm. Yox əgər mən aranızda yox ikən çıxarsa, onda hər kəs özü (onunla) mücadilə etməlidir. Allah da hər bir müsəlman üçün məni əvəz edəcək. Həqiqətən o, qıvrım saçlı, bir gözü əyri, Abduluzza ibn Qatana bənzəyən bir gəncdir. Sizdən kim onu görərsə, Kəhf surəsinin əvvəl ayələrini ona qarşı oxusun. Həqiqətən o, Şamla İraqın arasında olan bir yolda peyda olacaq və sağa-sola (hər yana) fitnə-fəsad yayacaq. Ey Allahın qulları, (dininizdə) sabit olun!» Biz soruşduq: «Ey Allahın Elçisi! O, yer üzərində nə qədər müddət qalacaqır?» O dedi: «Qırx gün (qalacaq, onlardan) bir günü il, bir günü ay, bir günü cümə (bir həftə) kimi, digər günləri isə, sizin günləriniz kimi olacaqdır». Biz soruşduq: «Ey Allahın Elçisi! İl kimi olan o gündə bizə bir günün namazını qılmaq kifayət edərmi?» O dedi: «Xeyr, (özünüz) onun üçün vaxt təyin edin!» Biz soruşduq: «Ey Allahın Elçisi! Onun yer üzərində sürətlə hərəkət etməsi necə olacaq?» O dedi: «Küləyin qovduğu yağış buludlarının (sürəti) kimi. O, bir qövmün yanına gəlib onları çağıracaq, onlar da ona iman gətirəcək və ona boyun əyəcəklər. O zaman o göyə əmr edəcək və (göy dərhal) yağış yağdıracaq, yer də onun əmri ilə bitkilər bitirəcəkdir. (O qövmün) otlağa çıxmış heyvanları axşam otlaqdan hörgücləri heç vaxt olmadığı kimi hündür, məmələri südlə dolu və böyürləri uzadılmış vəziyyətdə geri qayıdacaqlar. Sonra o, (digər) bir qövmün yanına gəlib onları da çağıracaq. (Lakin həmin qövm) onun sözünü rədd edəcəkdir. O, (qövmdən) üz çevirib getdikdən sonra onları quraqlıq basacaq, əllərində olan bütün mal-dövlətləri tələf olacaqdır. O bir xarabalığın yanından keçəndə ona: «Öz xəzinələrini üzə çıxart!» - deyəcək və (bal arılarının) başçı arının ardınca düşdükləri kimi oranın xəzinələri də onun ardınca düşəcəklər. Sonra o, gəncliyinin bahar çağında olan bir cavan oğlanı çağıracaq və onu qılıncla vurub iki hissəyə böləcəkdir. Onun bədəninin hissələri oxun hədəfə çatdığı məsafə qədər bir-birindən ayrılacaqlar. Sonra o, (cavan oğlanı) çağıracaq, o da (həmin anda dirilib) üzü gülərək onun yanına gələcəkdir. Elə o, vaxt Allah Məryəm oğlu Məsihi göndərəcəkdir. O, iki sarı paltara bürünmüş və əllərini iki mələyin qanadlarına qoyaraq Dəməşqin şərqindəki ağ minarəyə enəcəkdir. O, başını aşağı saldıqda (saçından) su damcıları, (başını) qaldırdıqda isə, inci tək mirvarilər düşəcəkdir. Onun nəfəsinin qoxusunu hiss edən hər bir kafir mütləq öləcəkdir. Onun nəfəsi gözünün gördüyü məsafəyə qədər çatacaqdır. (İsa Dəccalı) axtaracaq və onu Ludd qapısının yanında yaxalayaraq öldürəcək. Sonra, Məryəm oğlu İsa Allahın (Dəccalın şərindən) qoruduğu bir qövmün yanına gələcək, əlini onların üzünə sürtəcək və onların Cənnətdəki dərəcələrini söyləyəcəkdir. Elə o vaxt Allah İsaya belə vəhy edəcək: «Mən öz qullarımı çıxardıram. Onlarla vuruşmağa heç kəsin gücü çatmaz. Qullarıma Tur (dağında) sığınacaq ver!» Allah Yəcuc və Məcuc (tayfalarını) göndərəcək və onlar təpələrdən axışıb gələcəklər. Onların birinciləri Tabəriyyə gölündən keçərək onun suyunu içəcək, axırıncıları isə oradan keçərək belə deyəcəklər: «Nə vaxtsa burada su var idi». Allahın peyğəmbəri İsa və onun səhabələri mühasirədə o qədər qalacaqlar ki, hətta onlardan biri üçün öküz başı bu gün sizdən biriniz üçün yüz dinardan daha xeyirli olacaqdır. Bundan sonra Allahın Peyğəmbəri İsa və onun səhabələri dua edəcəklər və Allah (Yəcuc və Məcuc tayfalarının) boyunlarına qurdlar göndərəcək və səhəri hamısı bir nəfər kimi öləcəklər. Bundan sonra Allahın peyğəmbəri İsa və onun səhabələri yerə enəcəklər. Onlar yer üzündə (Yəcuc və Məcuc tayfalarının cəsədlərinin) piylərindən və çürüntülərinin qoxusundan bir qarış da olsun yer tapa bilməyəcəklər. Belə olduğu halda Allahın Peyğəmbəri İsa və onun səhabələri dua edəcəklər və Allah onların üzərinə dəvələrin boyunlarına bənzər (uzun boylu) quşlar göndərəcək. (Quşlar cəsədləri) götürüb Allahın istədiyi yerə aparacaqlar. Sonra Allah gildən düzəldilmiş heç bir evin qoruna bilməyəcəyi (güclü) yağış göndərəcəkdir. (Yağış) yer üzündə (nə varsa) yuyub aparacaq, hətta (yer üzünü) güzgüyə bənzər bir halda tərk edəcəkdir. Sonra yer üzünə: «Meyvələrini bitir və bərəkətini ver!» - deyiləcək. Elə o gün bir dəstə insan bir dənə narı yeyib doyacaq və onun qabığının altında kölgələnəcək. Süd isə (o qədər) bərəkətli olacaqdır ki, bir dəvənin südü bir qrup insana kifayət edəcəkdir. Bir inəyin südü bir qəbiləyə, bir qoyunun südü isə bir neçə ailəyə kifayət edəcəkdir. Belə olduqda Allah xoş bir külək göndərəcək, o da (möminləri) qoltuqlarının altından yaxalayacaq və hər bir möminin və müsəlmanın ruhunu (özü ilə) aparacaqdır. (Yer üzündə) insanların ən şər olanları qalaraq orada eşşəklər kimi cinsi əlaqədə olacaqlar. Qiyamət saatı da belələrinin üzərində qopacaqdır».

(Muslim 110/ 2937, 5228, 7560.)


Abdullah ibn Amr ibn əl-As (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «Dəccal ümmətim arasında peyda olacaq və mən bilmirəm ki, o (yer üzərində) qırx gün, qırx ay, yoxsa qırx il qalacaq. Sonra Allah İsa ibn Məryəmi (yer üzərinə) göndərəcək, o da (Dəccalı) axtarıb onu öldürəcək. Bundan sonra insanlar aralarında heç bir düşmənçilik olmadan yeddi il yaşayacaqlar. Daha sonra Allah Şam tərəfdən sərin bir külək göndərəcək və yer üzərində qəlbində zərrə qədər xeyir və ya iman olan hər bir kəsin (ruhunu külək) alıb aparacaq. Hətta biriniz dağın içinə girsə belə, (külək) mütləq ora girib onun (ruhunu) alacaq. (Bundan sonra yer üzərində ancaq) quş yüngüllüyündə, vəhşi heyvanlar kimi ən şər insanlar qalacaq. Onlar nə bir yaxşılıq anlayacaq, nə bir pisliyi inkar edəcəklər. Şeytan da (insan qiyafəsində) onlara görünəcək və deyəcək: «Mənə tabe olacaqsınızmı?» Onlar: «Bizə nə əmr edirsən?» - deyə soruşacaqlar. (Şeytan) onlara bütlərə ibadət etməyi əmr edəcək, onlar da buna (tabe olacaqlar və bir müddət) ruziləri bol olacaq, güzəranları xoş keçəcəkdir. Sonra Sur üfürüləcək və onu eşidən hər kəs boynunu dikəldib əyərək onu dinləyəcək. Onu birinci eşidən dəvəsinin (su içməsi üçün) ovdanına gil ilə suvaq vuran bir kişi olacaqdır. (Bu səs) onu və bütün insanları öldürəcək. Sonra Allah çiskin bir yağış göndərəcək və onunla insanların bədənləri bitəcək. Sonra bir daha (Sur) üfürülən kimi onlar qalxıb baxacaqlar. Sonra deyiləcək: «Ey insanlar! Rəbbinizə doğru gedin! Onları dayandırın, çünki onlar sorğu-sual olunacaqlar!» Sonra belə deyiləcək: «Cəhənnəm əhlini çıxardın!» və «nə qədər?» - deyə soruşulacaq. «Hər min (nəfərdən) doqquz yüz doxsan doqquzu!» - deyə cavab verəcəklər. Məhz o gün uşaqların saçlarının ağaracağı və baldırın açılacağı gündür!»

(Muslim 7568.)


Geri dön

music_angel

  • 4 sentyabr 2011 17:34
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
Allah razi olsun

--------------------

Ulya

  • 15 mart 2011 21:31
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
cox sagol

::..ONSLAUGHT::..

  • 15 mart 2011 14:25
  • Məqalə: 197
  • Şərh: 11459
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Lexikon

  • 13 mart 2011 03:43
  • Məqalə: 1118
  • Şərh: 4153
  • Bal:
{awards}
cox sag ol

YazYamuru

  • 12 mart 2011 20:13
  • Məqalə: 4
  • Şərh: 4242
  • Bal:
{awards}
Sitat: marlin
twk ALLAH RAZI OLSUN


--------------------



_RONALDO_

  • 12 mart 2011 15:34
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
{awards}
allah razi olsun twk

--------------------

Sevinc_Keder

  • 12 mart 2011 14:57
  • Məqalə: 0
  • Şərh: 442
  • Bal:
{awards}
ALLAH razi olsun
calisaqki hedislere yazilacaq sozlerden ibret goturek

--------------------
Insanları tanıdıqca uzaqlaşdim!Elə bildim mən uzaqlaşıram amma onlar məndən uzaqlaşırdılar!!!

marlin

  • 12 mart 2011 14:23
  • Məqalə: 221
  • Şərh: 1616
  • Bal:
{awards}
twk ALLAH RAZI OLSUN

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 37
Cəmi: 50

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 60
Cəmi: 78
 
NIGAR
Xəbərləri: 58
Cəmi: 724
 
MiSS HaPPy)
Xəbərləri: 49
Cəmi: 144
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 31
Cəmi: 202
 
AyliN BunyaminovA
Xəbərləri: 19
Cəmi: 442
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}