Etibarlı smartfonu necə almalı

 
  • 4.09.2016, 17:30
  • Bölmə: Mobil
  • Müəllif: Pəri
Etibarlı smartfonu necə almalı


Bəzilərimiz üçün yeni smartfon ciddi alışdır. Hələ bir neçə il bundan öncə smartfonların qiyməti aşağı idi. Lakin indi etibarsız smartfon alışı alıcının cibinə ciddi zərər vura bilər. Mağazalar isə həmin cihazları yenisi ilə əvəzləməkdən çox zaman bəhanələr gətirərək imtina edirlər. Bu məqaləmizdə etibarlı smartfonu necə seçmək və problemli məhsulun olduğu zaman nə etməli olduğu barəsində yazdıq.

Yaxşı smartfonu necə seçməli?

İlk öncə sizi maraqlandıran cihaz haqqında internetdə araşdırma aparmaq lazımdır. Bununla yanaşı siz bunu təkcə cihazın satıldığı mağazanın saytında deyil, həmçinin digər saytlardada etməlisiniz. Adətən müəyyən cihaz haqqında rəylər pulla yazılmış olur. Lakin onların arasında tamamilə düzgün rəylərə də rast gəlmək olar. Bundan əlavə olaraq cihazı alacağınız mağazanın reytinqinə nəzər salın. Həmin mağazanın cihazlarla yaranmış problemləri necə həll etdiyi haqqında rəylərə fikir verin. Alış zamanı smartfonu diqqətlə incələyin və yoxlayın. Cihaza SIM kartınızı taxın, hansısa tətbiqi işə salın, cihazın səs xüsusiyyətlərini yoxlayın və kimsəsə zəng edərək şəbəkənin necə işlədiyindən əmin olun. Nəzərə alın ki, əgər smartfon mağazada problemlər yaratsa onda onun alışından sonra yüklədiyiniz onlarla tətbiqlər həmin problemlərin sayını artıracaq.

Hansı smartfonlar saxta hesab olunur?

Əsasən bu cür smartfonların istifadəsi çox çətin, bəzən isə mümkünsüz olur. Məsələn smartfonun şəbəkəsi itir, birdən birə ekran sönür, tətbiqlər normal işləmir, kamera lazımi səviyyədə performans göstərmir, əməliyyat sistemi öz-özünə yüklənir və ya cihazın korpusunda problemlər olur. Bir qayda olaraq bütün ucuz smartfonlarda bu problemlərə rast gəlinir. Əgər bu cür smartfon almağı planlaşdırırsınızsa onda olacaq problemlərə də özünüzü hazırlamalısınız. Cihaz nə qədər ucuz olsa onun etibarlılıq səviyyəsi bir o qədər aşağı olacaq.

Smartfon zədələnəndə nə etməli?

Bu zaman cihazı, aldığınız mağazaya aparıb problemin məğzini başa salın. Çox güman ki, sizi mağazanın servis mərkəzi şöbəsinə yönləndirəcəklər. Lakin sizin həmin servis mərkəzinə getməmək kimi bir hüququnuz var. Belə ki, siz cihazı alan zaman vəsaiti məhz servis mərkəzinə deyil, mağazaya ödəmisiniz. Optimal çıxış yolu kimi zədələnmiş cihazı problemlərin və tələblərin əks olunduğu ərizə ilə birlikdə satıcıya təqdim etməkdir. Siz mağazadan cihazın təmirini, onun yenisi və ya digər modeli ilə (ucuz və ya baha fərq etmir) dəyişilməsini tələb edə və ya alışı ümumiyyətlə ləğv etdirərək xərclədiyiniz vəsaiti geri ala bilərsiniz. Lakin vəsaiti geri almaq lakin 4 halda mümkündür.

- Cihazın alındığı tarixdən 15 gün müddəti ərzində problemin aşkar edilməsi halında

- Ciddi problemin aşkar edilməsi halında (o problem ki, yalnız bir dəfə aradan qaldırıla bilər)

- Smartfonun 45 gün ərzində təmirdə olduğu halda

- Problemin bir neçə dəfə aradan qaldırılması nəticəsində zəmanət müddətinin hər il ərzində smartfondan istifadənin mümkün olmadığı halda.

Qalan bütün hallarda mağaza yalnız 45 gün müddətinə cihazı təmirə qəbul edə bilər. Zəmanət üzrə təmir üçün ayrılmış müddətdə siz mağazadan 3 günlük istifadə üçün həmin tələblərə cavab verən digər cihazı tələb edə bilərsiniz. Əgər mağaza bu öhdəlikləri yerinə yetirməkdən imtina etsə onda siz müvafiq orqanlara şikayət edərək mağazanı cərimələyə bilərsiniz.


Geri dön

Milyonerkaa

  • 6 sentyabr 2016 11:42
  • Məqalə: 43
  • Şərh: 5069
  • Bal:
teshekkurler)))

--------------------
gűиdűzłєr ңєr қєsi gűłdűrєи sözűм söңpєтім, axsнамłar özűмü agładаи dєяdім vаr мєиiм ..

^Aylara^

  • 5 sentyabr 2016 17:45
  • Məqalə: 0
  • Şərh: 32
  • Bal:
{awards}
xebere gore tewekurler

esra23

  • 5 sentyabr 2016 15:03
  • Məqalə: 0
  • Şərh: 608
  • Bal:
{awards}
Maraqli xeberdi cox sagolun

--------------------
~Size deyer veren insanin qiymetini bilin~

♫ мєl๏dyคм ♫

  • 5 sentyabr 2016 10:13
  • Məqalə: 163
  • Şərh: 4782
  • Bal:
{awards}
Məlumat üçün sağol :)

--------------------

PércyDarkMoon

  • 4 sentyabr 2016 22:41
  • Məqalə: 242
  • Şərh: 9512
  • Bal:
{awards}
Çox sağolun məqaləyə görə

--------------------

Pəri

  • 4 sentyabr 2016 21:31
  • Məqalə: 242
  • Şərh: 2295
  • Bal:
{awards}
duz deyirrr yani men razi

--------------------

Nergiz__Sirinova

  • 4 sentyabr 2016 18:44
  • Məqalə: 582
  • Şərh: 5526
  • Bal:
{awards}
Meslehete gore tesekkurler tatlim

--------------------

romantik_awkk

  • 4 sentyabr 2016 17:37
  • Məqalə: 1
  • Şərh: 357
  • Bal:
{awards}
cox sagolun malumat ucun twkler

--------------------
..
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 



      Populyar



        ToP 5 Şərhçi

        Online

        İstifadəçilər: 0



        Qonaqlar: 31
        Cəmi: 44

         

        Top 10 Müəllif

         
        {slinks}