BMW-nin tarixi

 
BMW-nin tarixi


BMW şirkəti Münhendə təyyarə mühərriklər zavodu kimi Karl Fridrix Rapp, Kamillo Kastilyon, Maks Frits tərəfindən 1916-cı ildə təsis edilib. İlkin dövrdə qəbul olunmuş və hal-hazırdada istifadə olunan ağ-mavi rəngli emblem Bavariya şəhərinin bayrağından götürülmüşdür.

İlkin dövrdə şirkət Avstriya-Macarıstan üçün V12 tipli mühərriklər istehsal etməyə başlayır. Tezliklə Rapp əlavə pula ehtiyac duyur və kompaniyanı tərk edir. Onun yerinə avstriyalı sərmayəçi Frans Cozef Popp firmaya rəhbərlik etməyə başlayır.

Birinci dünya müharibəsindən məğlub çıxmış Almaniyada hərbi qüvvələrə məhdudiyyət qoyulur. Bundan sonra Almaniyada təyyarə istehsal edilə bilməzdi – beləliklə BMW-nin mühərrik istehsalı Almaniya üçün yaraesız oldu.

1922-ci ildə BMW Münhendə özünün bu günkü əsas binasını tikir (Hal-hazırda həmin bina şəhər Olimpiya Mərkəzi kimi də fəaliyyət göstərir).

1923-cü ildə Münhendə ilk BMW motosikletləri istehsal olunmağa başlayır.

1928-ci ildə BMW Türingiyada avtomobil zavodu alır və öz ilk maşınını istehsal etməyə başlayır – Dixi.

1934-cü ildə Şirkət ayrılır. Təyyarə mühərriklərinin istehsalı müstəqillik qazanır. BMW Flugmotorenbau GmbH bir şirkət olaraq ayrılır.

1936-cı ildə BMW şirkəti 2 litrlik mühərrikli BMW 328 istehsalına başlayıb. Bu maşın o zaman Berlində keçirilmiş Olimpiya yarışlarında Avropada idman avtomobilləri sinifində ən böyük müvəffəqiyyət əldə etmişdir.

1939-cu ildə BMW şirkəti Berlin-Şpandauda yeni Brandenburgische Motorenwerke şirkətini alır və onunla birlikdə Berlin yaxınlığındakı Basdorf və Sülsdorfda xüsusiləşdirilmiş zavodlara sahib olur.

İkinci dünya müharibəsi dövründə BMW əsasən Almaniya ordusu üçün reaktiv motorlar istehsal edirdi. 1945-ci ildə müharibədən sonra onun bu fəaliyyəti qalib tərəfin gözündən yayınmadı, BMW-yə 3 illik istehsal moratorisi tədbiq edildi.

Bundan əlavə müharibədən sonra BMW-nin demək olar ki, bütün zavodları bombardmanlar nəticəsində məhv olmuşdu. Hər şeyi yenidən başlamaq lazım idi.....

1948-ci ildən başlayaraq BMW R24, təksilindirli motosiklet və 1951-ci ildə isə BMW müharibədən sonra öz ilk avtomobilini istehsal edir – BMW 501.

1955 – BMW Triebwerk GmbH şöbəsi yenidən fəaliyyətə qayıdır. Şirkət təyyarə mühərriklər üzərində mütəxəssisləşir. Isetta modeli ilə şirkət kiçik avtomobillət klasının tarixini başladır.

1956- İdman avtomobilləri olan 503 və 507-ci modellər istehsala buraxılır.

1959 – BMW şirkəti satışa çıxarılır.

1965 – BMW Triebwerkbau GmbH şöbəsi satılır və sonrakl 25 il ərzində şirkət təyyarə mühərriklərini düzəltməkdən imtina edir.

1974 – BMW ilk dəfə ABS sistemli 3.0 CSL avtomobillərini yarışlara çıxardır.

1980 – ABS sisteminin sənaye istehsalatı və Formula 1 yarışları üçün mühərrikin istehsalatı başlanır. BMW-nin motosiklləri Paris-Dakar rallisini udur. Daha sonra həmin yarışda yenidən üç dəfə qalib gəlir.


Geri dön

esra23

  • 9 sentyabr 2016 15:15
  • Məqalə: 0
  • Şərh: 608
  • Bal:
Cox maraqli meqaledi tesekkurler

--------------------
~Size deyer veren insanin qiymetini bilin~

Nergiz__Sirinova

  • 8 sentyabr 2016 13:10
  • Məqalə: 582
  • Şərh: 5526
  • Bal:
{awards}
Meqaleye gore tesekkurler.

--------------------

♫ мєl๏dyคм ♫

  • 8 sentyabr 2016 10:26
  • Məqalə: 163
  • Şərh: 4782
  • Bal:
{awards}
Yaxşıki ixtira eliyiiblər bu maşını.Çünki qəşəy maşındı

--------------------

^^KuKuLKa^^

  • 8 sentyabr 2016 10:03
  • Məqalə: 775
  • Şərh: 11408
  • Bal:
{awards}
Məqaləyə görə təşəkkürlər feel

--------------------

Pəri

  • 7 sentyabr 2016 22:49
  • Məqalə: 242
  • Şərh: 2295
  • Bal:
{awards}
Masinlarin tarixinemi kecdin kiz)

Ay uzurrr ele bildim ama sehv bildim

--------------------

PércyDarkMoon

  • 7 sentyabr 2016 17:50
  • Məqalə: 242
  • Şərh: 9512
  • Bal:
{awards}
Çox sağolun məqaləyə görə

--------------------

romantik_awkk

  • 7 sentyabr 2016 17:36
  • Məqalə: 1
  • Şərh: 357
  • Bal:
{awards}
cox sagol twkler

--------------------
..
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 



      Populyar



        ToP 5 Şərhçi

        Online

        İstifadəçilər: 1
        Qonaqlar: 10
        Cəmi: 16

         

        Top 10 Müəllif

         
        {slinks}