Audi TT RS 400 at gücü alıb

 
Audi TT RS 400 at gücü alıb



“Audi” şirkəti Pekindəki avtosalonda kupe və rodster TT – RS-in ən güclü versiyalarını rəsmi surətdə təqdim edib. Modeli alüminiumdan olan, 400 a.g. və 480 Nm fırlanma anı verən 2.5-litrlik yeni 5-silindrli turbo mühərriklə təchiz ediblər.

“Audi TT RS”-in mühərriki iki muftalı, 7-pilləli robotlaşdırılmış “S tronic” sürət qutusu ilə birgə işləyir. Çoxdiskli mufta bazasında olan tam ötürücü sistemli kupe yerindən 100 km/saata 3,7 saniyəyə sürətlənir, rodster isə 3,9 saniyəyə. İkiqapılının maksimal sürəti elektron göstəricidə 250 km/saatda məhdudlaşdırılıb. Əlavə xərc ödəməklə bu göstəricini 280 km/saat etmək olar. “Audi TT RS” təchizat siyahısına 19-düymlük təkər diskləri, poladdan əyləc diskləri, qabaqda və arxada diodlu optika, idarəetmə elektronikası “Audi drive select”-in iş rejimini seçmə sistemi, fəal qaz buraxma sistemi, xüsusi “RS” rejimli tam rəqəmsal “virtual cockpit” cihazlar paneli daxildir. Bu paneldə taxometr, fırlanma anı və ötmələrdə təkərlərdə istifadə olunan hava kütləsi göstərilir.

“TT RS” üçün opsiya qismində karbon-keramikdən qabaq əyləclər, uyğunlaşdırılan amortizatorları olan “RS” idman asılqanı, qabaqda matrisalı diodlu işıqlar, 3D –effektli arxa fənərlər daxildir. Bu ikiqapılı “Audi”-nin model sırasında ilk OLED optikası alan avtomobildir.


Geri dön

Darling

  • 10 sentyabr 2016 18:51
  • Məqalə: 694
  • Şərh: 12521
  • Bal:
Xəbər üçün sağ olun

--------------------
Həyat nə tamaşa,nə də bayramdır.Həyat çətin bir imtahandır.

Nergiz__Sirinova

  • 10 sentyabr 2016 16:59
  • Məqalə: 580
  • Şərh: 5495
  • Bal:
{awards}
Xebere gore tesekkurler.

--------------------

♫ мєl๏dyคм ♫

  • 10 sentyabr 2016 13:13
  • Məqalə: 163
  • Şərh: 4781
  • Bal:
{awards}
Valla güzəl araba ne diyeyim winked

--------------------

Gozleyen melek

  • 10 sentyabr 2016 12:55
  • Məqalə: 3
  • Şərh: 177
  • Bal:
{awards}
saolun gozel meqaledi

--------------------
HERE is PaRaDiSe

♔Hе важно∞

  • 10 sentyabr 2016 09:17
  • Məqalə: 384
  • Şərh: 1729
  • Bal:
{awards}
masin super love

--------------------

romantik_awkk

  • 10 sentyabr 2016 07:04
  • Məqalə: 1
  • Şərh: 357
  • Bal:
{awards}
twkler meqale ucun

--------------------
..

Pəri

  • 9 sentyabr 2016 22:49
  • Məqalə: 242
  • Şərh: 2295
  • Bal:
{awards}
Masinaaa gelll beee

--------------------

PércyDarkMoon

  • 9 sentyabr 2016 20:36
  • Məqalə: 242
  • Şərh: 9512
  • Bal:
{awards}
Buyurun ilk şərh mənnən olsun lol

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 18
Cəmi: 60

 

Top 10 Müəllif

Darling
Xəbərləri: 4
Cəmi: 694
 
The Shield
Xəbərləri: 3
Cəmi: 582
 
A.n.o.n.i.m.k.a
Xəbərləri: 1
Cəmi: 3
 
 
{slinks}