Qurban bayramının fəzilətləri

 
Qurban bayramının fəzilətləri


Bu gün müsəlmanlar mübarək Qurban bayramını qeyd edirlər. Bu bayramın islam dünyasında xüsusi yeri var. Müsəlmanlar onu həmişə sonsuz sevinc hissi ilə qarşılayırlar.

Qurbankəsmə mərasiminin tarixi qədim dövrlərə gedib çıxır. Tarix boyu dünya xalqları bu ayini müxtəlif cür icra etmişlər. Hətta insanları qurban kəsmək, odda yandırmaq, suya atmaq kimi dəhşətli adətlər olmuşdur. Hər üç səmavi dində - iudaizm, xristianlıq və islamda bu və ya digər formada qurbankəsmə ayini var. İslamın bərqərar etdiyi Qurban bayramı isə bəşəriyyətin həyatında tamamilə yeni səhifə açdı, Allanın yaratdığı ən kamil məxluqa - insana bir vaxtlar bəslənmiş vəhşi münasibətə son qoydu.

Qurban bayramı İbrahim peyğəmbərin həyatında baş vermiş bir əhvalatla əlaqədardır. Həmin əhvalat Qurani-şərifdə əksini tapmışdır. Müqəddəs kitabımıza görə, İbrahim əleyhissəlam yuxusunda görür ki, Allah ondan oğlu İsmayılı qurban kəsməyi buyurur. İbrahim peyğəmbər gördüyü yuxudan çox kədərlənir, əhvalı pozulur. Bir ata kimi özü də qoca vaxtında Yaradanın bəxş etdiyi övlad payını itirmək istəmir. İbrahim peyğəmbər həmin yuxunu təkrar-təkrar görür və axırda dərk edir ki, sevimli oğlunu qurban kəsmək Allahın əmridir, Xaliqin buyruğu isə yerinə yetirilməlidir. İbrahim peyğəmbər sevimli oğlunu qurban kəsmək istəyəndə isə nə qədər cəhd etsə də, Allahın hökmü ilə bıçaq kəsmir. Elə bu məqamda səmadan səs gəlir: "Ey İbrahim! Artıq sən röyanın düzgünlüyünü (Allah tərəfindən olduğunu) təsdiq etdin (Sənə yuxuda nə əmr olunmuşdusa, onu yerinə yetirdin. Allah sənə lütf edərək oğlunun yerinə bir qoç kəsməyi buyurur). Biz yaxşı iş görənləri belə mükafatlandırırıq" (Quran, Saffat, 104-105).

Uca Yaradan İsmayılı qurban kəsməyi əmr etməklə peyğəmbərlik üçün bəyənib seçdiyi bəndəsini - İbrahim əleyhissəlamı sınağa çəkirdi və onun bu sınaqdan mətanətlə çıxdığını görüb İsmayılın əvəzinə qurban kəsmək üçün qoç göndərir. İbrahim peyğəmbər qoçu qurban kəsib Allaha şükür edir...

Qurban bayramının əsasında duran bu hadisənin böyük mənası var. Bir tərəfdən, Allah-təala İbrahim peyğəmbərin səmimiliyini, Tanrıya sədaqətini və qəlbən bağlılığını, Onun buyruqlarına əməl etməyə hazır olduğunu sübut etdi. Digər tərəfdən, Allah-təala İbrahim peyğəmbər vasitəsilə öz bəndələrinə bildirdi ki, yalançı dinlərdə olduğu kimi, insanların qurban kəsilməsini istəmir. Allah qurban kəsmək üçün göydən qoç göndərməklə yalançı etiqadların puçluğunu, yaratdığı ən mükəmməl məxluqun - insanın hər şeydən uca olduğunu bəndələrinin nəzərinə çatdırdı.

Belə bir məqamı vurğulamaq lazımdır ki, qurban kəsmək Allaha xoş gələn əməllərdəndir. Müsəlman qurban kəsməklə Yaradana sədaqətini nümayiş etdirir. Elə "qurban" sözünün hərfi mənası ("yaxınlıq", yəni Allaha yaxınlıq) da buna dəlalət edir. Müqəddəs kitabımızda deyilir: "Biz qurbanlıq dəvələri də Allahın nişanələrindən (Onun haqq dininin əlamətlərindən) etdik. Sizin üçün bu qurbanlarda (dini və dünyəvi) xeyir vardır. Artıq onları ayaq üstə durduqları (sol əli bağlı, sağ əli və iki ayağı açıq vəziyyətdə olduqları) halda kəsərkən üstlərində Allahın adını çəkin (bismillah deyin). Onlar böyrü üstə düşən (canları çıxdığı) zaman (ətindən) özünüz də yeyin, (yanınızda olub utandığından) əl açmayana (lakin verilənə etiraz etməyənə) və dilənçiyə də yedirdin. Onları (qurbanlıq heyvanları) sizə belə ram etdik ki, bəlkə, (nemətimizə) şükr edəsiniz! Onların nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır (səmimi-qəlbdən etdiyiniz ibadətdir). Allah sizi doğru yola yönəltdiyi (sizə həccin əməllərini göstərdiyi) üçün Onu (layiqincə) uca tutasınız deyə, bunları sizə belə ram etdi. (Ey Məhəmməd!) Ehsan edənlərə (cənnətlə) müjdə ver!" (Həcc, 36-37) Başqa sözlə, müsəlman qurban kəsərək Tanrıya yaxınlığını, ona sədaqətini bir daha sübut edir.

Müsəlman üçün qurban kəsmək vacibdir. Amma qurbanı yalnız imkanlı şəxslər kəsməlidirlər. İmkanlıların qurban kəsməməsi məqbul olmadığı kimi, imkansızların da ailəsinin güzəranına ziyan vurmaqla, yaxud borc-xərc hesabına qurban kəsməsi məqbul deyil.

Qurban qoyun və keçidən, dəvə və inəkdən kəsilməlidir. Çöl heyvanlarından, eləcə də quşlardan qurban kəsilməz. Qurbanlıq heyvan sağlam, qüsursuz və cavan olmalıdır. Xəstə, arıq, çolaq, gözü kor, buynuzu sınmış, dişləri tökülmüş, qulağı, quyruğu kəsilmiş, hamilə heyvandan qurbanlıq olmaz. Qurban əti, adətən üç yerə bölünür: bir hissəni qurban kəsən özünə saxlayır, bir hissəsini qohum-əqrəbaya və dost-tanışa verir, bir hissəsini də ehtiyacı olanlara paylayır. Müsəlman istəsə, qurban ətinin hamısını kasıblara paylaya bilər. Həm də imkan daxilində bir yox, bir neçə qurban kəsib ehtiyacı olanlara paylamaq savabı artırar. Yeri gəlmişkən, peyğəmbərimiz Məhəmməd salavatullah Qurban bayramında çoxlu qurban kəsib kasıblara paylayarmış...

Qurbanlığın başqa bir gözəl xüsusiyyəti də var. Belə ki, burada dini ayrı-seçkiliyə yol verilmir. Yəni başqa dinə mənsub olan imkansız insan varlı müsəlmanın imkanlarından bəhrələnib adi günlərdə əli çatmayan qurbanlıq ətindən yeyə bilər və bu onun haqqıdır. Qurbanlığın məğzi də elə ondan ibarətdir ki, insanlar Tanrıya xoş gələn belə bir əməli icra edirlər.

İmkanlı müsəlmanın qurban kəsib imkansızların ehtiyaclarını, qismən də olsa ödəməsi xeyirxahlığın təzahürüdür. Allaha xoş gələn bu əməl Qurban bayramında özünü daha qabarıq şəkildə büruzə verir. Qurban ətinin paylanması insanların bir-birinə kömək etməsinin vacibliyinə dəlalət edir.

Dinimizin təlqin etdiyi ədalət prinsipi də Qurban bayramında özünü göstərir. Qurban ətinin paylanması maddi sərvətlərin ədalətli bölüşdürülməsi mənasına gəlir.

Qurban bayramı müsəlman dünyasında əsl təntənəyə çevrilir, insanlara birlik, həmrəylik, şəfqət, xeyirxahlıq duyğuları aşılayır. Müsəlmanlar bir-birinə daha yaxın, daha məhrəm, daha mehriban olurlar.[/b]

Qurban bayramının fəzilətləri


Geri dön

♫ мєl๏dyคм ♫

  • 10 sentyabr 2016 14:22
  • Məqalə: 163
  • Şərh: 4831
  • Bal:
Allah razı olsun

--------------------

gamsiz_hayat

  • 9 sentyabr 2016 23:39
  • Məqalə: 223
  • Şərh: 2014
  • Bal:
{awards}
Allah razi olsun
bu bayrami sevirem

--------------------
Kimsenin pesinden kosamam, saclarim bozulur

Nergiz__Sirinova

  • 9 sentyabr 2016 16:57
  • Məqalə: 376
  • Şərh: 3338
  • Bal:
{awards}
Allah Razi olsun tesekkurler

--------------------

esra23

  • 9 sentyabr 2016 15:58
  • Məqalə: 0
  • Şərh: 612
  • Bal:
{awards}
Allah butun qurbanlari qebul etsin

--------------------
~Size deyer veren insanin qiymetini bilin~

♔Hе важно∞

  • 9 sentyabr 2016 15:17
  • Məqalə: 40
  • Şərh: 194
  • Bal:
{awards}
Allah razi olsun gozel bayramdi Allah kesilecek qurbanlarinizi qebul etsin insallah

--------------------
Başıvı sal aşagı işinlə məşgul ol amma,
başıvı aşagı salacaq işlə məşgul olma...!

PércyDarkMoon

  • 9 sentyabr 2016 14:01
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
Allah razı olsun

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 46
Cəmi: 70

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 21
Cəmi: 475
 
♔Hе важно∞
Xəbərləri: 9
Cəmi: 40
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
 
{slinks}