Planşet alanlar azalır

 
Planşet alanlar azalır



"IDC" analitik şirkəti 2016-cı ildə dünya planşetlər bazarında azalmanın rekord səviyyəyə - 11,5 faizə çatacağını və dünyada 183,4 milyon planşet satılacağını proqnozlaşdırır.

Legend.az-a istinadən bildirir ki, analitiklər artımın yalnız 2018-ci ildə baş verəcəyini, 2020-ci ildə isə illik satışın 194,2 milyon təşkil edəcəyini ehtimal edirlər. Həmçinin "Android" sistemli planşetlərin payının 66,2 faizdən 57,8 faizədək azalacağı, "iOS" platformalı planşetlərin 22,4 faizdən 22,9 faizədək, "Windows" sistemli planşetlərin isə 11,3 faizdən 19,3 faizədək artacağı güman olunur.

Bildirilir ki, klaviaturaların qoşulduğu planşetlər tədricən bazarda ənənəvi fərdi kompüterləri sıxışdırmağa başlayacaq. "Windows" və "iOS" platformalı planşetlər arasında artıq bu sinfin keyfiyyətli modelləri var, "Android"in çoxfunksiyalılığının dəstəklənməsi təkmilləşdirilən və yeni təhlükəsizlik funksiyaları ilə təchiz edilən yeni versiyasının işıq üzü görməsi ilə bu sistemlə işləyən rəqabətqabiliyyətli planşetlər təqdim ediləcək. Əksər hissəni adi planşetlər təşkil etsə də, 2020-ci ilədək onların payı 2016-cı ildəki 85 faizdən 68 faizədək azalacaq.

Bundan başqa, böyükekranlı planşetlərin payı artacaq. 2016-cı ildə satılacaq planşetlərin 55 faizinin ekran diaqonalı 9 düyüm və daha kiçik olduğu halda 2020-ci ildə onların payı 40 faizə enəcək. İstehsalçılar onları çox ucuz qiymətə satmağa başlayacaqlar ki, bunun da nəticəsində gəliri ancaq kütləvi istehsal və ya "Amazon" kimi platformanın mövcudluğu sayəsində əldə etmək mümkün olacaq.




Geri dön

Pəri

  • 10 sentyabr 2016 21:36
  • Məqalə: 242
  • Şərh: 2295
  • Bal:
planset ev ucun yaxsidi

--------------------

Nergiz__Sirinova

  • 10 sentyabr 2016 16:48
  • Məqalə: 582
  • Şərh: 5526
  • Bal:
{awards}
Xebere gore tesekkurler.

--------------------

Darling

  • 10 sentyabr 2016 16:27
  • Məqalə: 694
  • Şərh: 12585
  • Bal:
{awards}
Mən nədənsə planetlərdən xoşum gəlir alan olsaydı .xəbər maraglıdır

--------------------
Ümidini itirmə, Bu həyatda bir şeyin sonu, hər zaman başqa bir şeyin başlamasına səbəb olmuşdur.

PércyDarkMoon

  • 10 sentyabr 2016 14:30
  • Məqalə: 242
  • Şərh: 9512
  • Bal:
{awards}
Çox sağolun məqaləyə görə

--------------------

♫ мєl๏dyคм ♫

  • 10 sentyabr 2016 13:36
  • Məqalə: 163
  • Şərh: 4782
  • Bal:
{awards}
Çünki planşet işlətmək həqiqətəndə pisdi.Şəkil falan çəkməyədə yaxşı deyil.Yəniki yaramır.) Almıyın bəmcede

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 



      Populyar



        ToP 5 Şərhçi

        Online

        İstifadəçilər: 2
        Qonaqlar: 15
        Cəmi: 21

         

        Top 10 Müəllif

         
        {slinks}