İbrətamiz hədislər

 
İbrətamiz hədislər

1. Allaha iman gətirmək və onun bəndələrinə xeyir verməkdən daha üstün xasiyyət yoxdur.
Həmçinin, Allaha kafir olub, bəndələrinə zərər vurmaqdan daha alçaq bir əməl yoxdur.

2. İbadət yeddi qismdir ki, ən üstünü halal ruzi qazanmaqdır.

3. Camaatı əziyyətə salan adam məlundur.

4. Ruzi istəməkdə asudə olun. Ruzinin gec yetişməsi sizi haram yollara məcbur etməsin.
Allah yolunda sizin üçün ayrılmış ruzi yalnız ibadət etməklə ələ gələr.


5. Bilik xəzinədir, onun açarı sualdır. Bilmədiyiniz şeyi soruşun ki, Allah sizə öz rəhmətini əta etsin.
Çünki sual soruşmaqla dörd nəfərə savab verilər: soruşana, cavab verənə, eşidənə və onları dost sayana.

6. Bir nəfər o həzrətdən xahiş etdi ki, ona nəsihət etsin. Həzrət buyurdu: "Odda yansan və işgəncə altında olsan belə, heç nəyi Allaha şərik bilmə, həmişə qəlbin aram və inamlı olsun. Ata-anana itaət et. İstər diri, istərsə də ölü olsalar, onlara yaxşılıq et, hətta sənə ailəndən və sərvətindən əl çəkməyi əmr etsələr də, dediklərini yerinə yetir; çünki ata-anaya itaət imandandır. Vacib namazını qəsdən tərk etmə; hər kəs bir namazı qəsdən qılmasa, Allahın pənahından kənardadır. Məbada şərab, yaxud başqa məstedici şey içəsən; bunlar hər pisliyin açarıdır".


7. Hər kəs özünü kasıb kimi göstərsə, həqiqətən başqasına möhtəc olar.

8. Camaatla yola getmək imanının yarısıdır; onlarla mehriban olmaq xoş
yaşayışın yarısıdır.


9. Bir müsəlmana sataşan, ziyan vuran və onu aldadan adam mənim ümmətimdən deyil.

10. Aramlıq Allahdan, tələskənlik şeytandandır.

11. Bədəxlaqlıq bədbəxtlikdir.

12. Xoş əxlaq dostluğu yaşadar.


13. Gülərüzlük kin-küdurəti aradan aparar.

14. Hər kəsin Allaha və qiyamətə etiqadı varsa, gərək verdiyi sözə əməl etsin.

15. Əmanəti qorumaq ruzi gətirər, xəyanət isə kasıblığa səbəb olar.

16. Övladın ata-anasına məhəbbətlə baxması ibadətdir.

17. Qiyamət günündə mənə ən yaxın kəs – doğrucul, əmanətə vəfalı,
xoşəxlaq və camaatla mehriban olan kəsdir.

18. Məsciddə napaklıq etmədən növbəti namazın intizarında oturmaq ibadətdir.
Soruşdular: "Napaklıq etmək nədir?" Cavab verdi:
"Müsəlman bir adamın haqqında pis sözlər danışmaq".


19. Elmsiz adamın zərəri xeyrindən çox olar.

20. Hər kəs başqasının günahını açıb faş etsə, özü o günahı etmiş kimidir.

21. Mömin qardaşının qeybətini etməyən oruc tutmuş şəxsin yatması da ibadətdir.

22. Bir nəfər o həzrətdən nəsihət istədi.
Buyurdu: "Qəzəblənmə!" İkinci dəfə soruşanda yenə dedi:
"Qəzəblənmə!" Sonra buyurdu: "Bir pəhləvanı yerə vurmaq hünər deyil.
Pəhləvan o kəsdir ki, hirslənəndə qəzəbini soyuda bilsin".


23. İman iki hissədən ibarətdir; bir hissəsi – səbr, o biri yarısı şükrdür.

24. Əhdə vəfa etmək imandandır.

25. Vətəni sevmək imandandır.

26. Həya imanın yarısıdır, həyası olmayanın imanı da olmaz.

27. Allah nəzdində ən sevimli bəndə – camaata ən xeyirli olandır. Allahın
haqqını ən yaxşı qoruyan şəxs – öz xeyir və ehsanı ilə camaatın sevimlisi olandır.

28. Hər kəs sizə ehsan etsə, əvəzini verin. əvəzini verməyə
imkanınız olmasa, ona təşəkkür edin; təşəkkür onun mükafatıdır.


29. Mömin gülərüz və xoşsözlü olar, münafüq isə bədəxlaq və qəzəbli.

30. Ümmətimdən iki dəstə – fəqihlər və əmirlər yaxşı olsalar, ümmətim də
yaxşı olar. Bu iki dəstə pis olsa, ümmətim də pis olar.


Geri dön

Ulya

  • 15 mart 2011 21:40
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
super.hamisini maraqla oxudum

::..ONSLAUGHT::..

  • 14 mart 2011 20:13
  • Məqalə: 197
  • Şərh: 11459
  • Bal:
{awards}
cox sag ol

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

kiss love

  • 13 mart 2011 20:27
  • Məqalə: 4
  • Şərh: 1278
  • Bal:
{awards}
twk allah razi olsun

--------------------

Made_In_Bakinka

  • 13 mart 2011 03:17
  • Məqalə: 86
  • Şərh: 2343
  • Bal:
{awards}
coooooox gozeldir tesekkur edirem

Lexikon

  • 13 mart 2011 02:45
  • Məqalə: 1118
  • Şərh: 4153
  • Bal:
{awards}
tewekurler

Nur_Ay

  • 12 mart 2011 21:45
  • Məqalə: 220
  • Şərh: 2134
  • Bal:
{awards}
TEWEKKURLER

--------------------

Su Perisi

  • 12 mart 2011 19:39
  • Məqalə: 19
  • Şərh: 1726
  • Bal:
{awards}
İbadət yeddi qismdir ki, ən üstünü halal ruzi qazanmaqdır.


--------------------

Azerinka

  • 12 mart 2011 18:00
  • Məqalə: 0
  • Şərh: 213
  • Bal:
{awards}
oxumaga deyer

--------------------
heyatda iki fakta inaniram bire goye baxib gormediyime birde guzguye baxib gorduyume

FLOWER

  • 12 mart 2011 16:40
  • Məqalə: 0
  • Şərh: 58
  • Bal:
{awards}
TEŞEKKUR BELE HEDİSLER ÇOX MARAQLİDİR MENE ÇOX RAHATLİQ GETİRİR

_RONALDO_

  • 12 mart 2011 16:31
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
{awards}
twk hamisi maraqldiri

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 49
Cəmi: 71

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 43
Cəmi: 149
 
The Shield
Xəbərləri: 41
Cəmi: 302
 
Darling
Xəbərləri: 39
Cəmi: 924
 
aytc.sza
Xəbərləri: 28
Cəmi: 79
 
Nergiz__Sirinova
Xəbərləri: 21
Cəmi: 580
 
Jesicca
Xəbərləri: 16
Cəmi: 58
 
❤Queen❤
Xəbərləri: 15
Cəmi: 74
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
♔Hе важно∞
Xəbərləri: 12
Cəmi: 302
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}