Yenə o bağ olaydı

 
Yenə o bağ olaydı

Yenə o bağ olaydı
Yenə o bağ olaydı, yenə yığışaraq siz
O bağa köçəydiniz.
Biz də muradımızca fələkdən kam alaydıq,
Sizə qonşu olaydıq.
Yenə o bağ olaydı, səni tez-tez görəydim,
Qələmə söz verəydim.
Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham,
Yazaydım səhər axşam.
Arzuya bax sevgilim, tellərindən incəmi ?
Söylə ürəyincəmi ?
Yenə o bağ olaydı, yenə sizə gələydik,
Danışaydıq, güləydik.
Ürkək baxışlarınla, ruhumu dindirəydin,
Məni sevindirəydin.
Gizli söhbət açaydıq, ruhun ehtiyacından,
Qardaşından, bacından.
Çəkinərək çox zaman söhbəti dəyişəydin,
Mənimlə əyişəydin.
Yenə bir vuraydı, qəlbimiz gizli-gizli,
Sən ey əsmər bənizli.
Bu yaz bir başqa yazdır, bu yaz daha da xoşdur,
Vay o qəlbə ki, boşdur!
Hər üfüqdə bir həvəs, hər bucaqda bir umud,
İnsanlar daha mə’sud.
Duyğular daha incə, fikirlər daha dərin,
Ürəklər daha sərin.
İnsanların vüqarı, tələbi daha yüksək,
Yolumuzdan daş, kəsək,
Təmizlənmiş bir az da. Ellərin keyfi sazdır,
Bu yaz, bir başqa yazdır!
Yenə o bağ olaydı, yenə o qumlu sahil,
Sular ötəydi dil-dil.
Saçın kimi qıvrılan, dalğalara dalaydım,
Dalıb ilham alaydım.
Əndamını həvəslə, qucaqlarkən dalğalar,
Qəlbimdə qasırğalar,
Fırtınalar coşaydı, qısqanclıqlar doğaydı,
Məni hirsim boğaydı.
Cumub alaydım səni dalğaların əlindəni,
Yapışaydım belindən.
Xəyalımız üzəydi, sevda dənizlərində,
Ləpələr üzərində,
İlhamımın yelkəni, zərrin saçın olaydı,
Sular xırçın olaydı.

Yenə o bağ olaydı

Bu nə gözəl şeirdir, bu nə gözəl mənzərə,
Gəlin baxın Xəzərə.
Çıxalım Buzovnada kiçik qayalıqlara,
Seyrə dalım bir ara...
Gecələr sayrışarkən, ulduzlar lalə kimi,
İşıqlar jalə kimi.
Çilənib dağılarkən ətrafa damla-damla,
Ən yaxın bir adamla.
Nə gözəldir dinləmək suların nəğməsini,
Təbiətin səsini!
Nə gözəldir dolaşmaq, isti yay fəsilləri,
Bu sərin sahilləri!
Nə gözəldir səhərlər bizim böyük ruhumuz,
Aşıb-daşan duyğumuz.
Şəklindəki sulara, baxaraq ləzzət almaq,
Bu mavi şe’rə dalmaq.
Dalğalar kimi qalxmaq, dalğalar kimi enmək,
Bə’zən hürküb çəkinmək.
Hər dalğa bir kişnəyən bəyaz yallı at kimi,
Bizim bu həyat kimi!
Yenə o bağ olaydı sevdalar ölkəsində,
O söyüd kölgəsində.
İnci qumlar üstündə yenə verib baş-başa,
Yayı vuraydıq başa.
Günlərimiz keçəydi qızğın fərəhlər kimi,
Dolu qədəhlər kimi.
Yarpaqlar arasından uzadaraq əlini,
Oxşayaraq telini.
Gecələr darayaydı saçlarını ay gözəl!
Sən gözəlsən, ay gözəl?
Əllərində əllərim, gözlərində gözlərim...
Asılaydı sözlərim.
Könlünün qulağından bir qızıl tana kimi,
Günəş doğana kimi.
Bu yaz dostlarım bir az bəxtəvər olacaqlar,
Can-ciyər olacaqlar.
Bir az da uzaqlara açacaqlar yelkəni,
Ruh yeni, höyat yeni...
Çıxacaqlar göyləri aşaraq dönə-dönə,
Buludların fövqünə.
Uçacaqlar sabaha, uçacaqlar yarına,
Efir boşluqlarına.
Vaxtilə bir kölgə tək hür yaşamaq istəyən,
Bu insan oğlu bilsən.
Azadlıq ölkəsində daha şad olacaqdır,
Dünya dad alacaqdır.
Yenə o bağ olaydı, yenə yığışaraq siz,
O bağa köçəydiniz.
Biz də muradımızca fələkdən kam alaydıq,
Sizə qonşu olaydıq.
Yenə o bağ olaydı, səni tez-tez görəydim.
Qələmə söz verəydim.
Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham,
Yazaydım səhər-axşam.
Arzuya bax, sevgilim, tellərindən incəmi?
Söylə, ürəyincəmi?
Yenə o bağ olaydı


1937 Mikayıl Müşfiqin edam edilməmişdən qabağ son şe'ri

(Mikayil Musfiq)


Geri dön

masik_18

  • 1 sentyabr 2011 22:45
  • Məqalə: 0
  • Şərh: 6
  • Bal:
Bu cox gozel ve menali sherdir

::..ONSLAUGHT::..

  • 1 aprel 2011 22:06
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
en sevdiyim seirlerden biridi

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Ulya

  • 16 mart 2011 13:42
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
en sevdiyim seirlerden biridi

SerSeRi_RuzGaR

  • 16 mart 2011 01:43
  • Məqalə: 67
  • Şərh: 656
  • Bal:
{awards}
uvauuuuuuuu buNU YAzmAgA SEbR lAzImdI yeeee feel

--------------------
<<<$aLunKa>>>

kiss love

  • 13 mart 2011 19:44
  • Məqalə: 4
  • Şərh: 1284
  • Bal:
{awards}
gozel sedi tsk

--------------------

Made_In_Bakinka

  • 13 mart 2011 02:51
  • Məqalə: 86
  • Şərh: 2350
  • Bal:
{awards}
Ezber bilirem bu seiri, cox gozel seirdir

Lexikon

  • 13 mart 2011 02:31
  • Məqalə: 1118
  • Şərh: 4161
  • Bal:
{awards}
Allah rehmet elesin Mikayıl Müsfiqe

Orxan Nagiyev

  • 12 mart 2011 23:38
  • Məqalə: 200
  • Şərh: 344
  • Bal:
{awards}
MİKAYİL MÜŞFİQİN BÜTÜN ƏSƏRLƏRİ ƏLADİ!!! BƏYƏNDİYİNİZƏ GÖRƏ TƏŞƏKKÜRLƏR!!!

--------------------

Casper

  • 12 mart 2011 22:53
  • Məqalə: 47
  • Şərh: 656
  • Bal:
{awards}
twk love bu weiri coooooooox sevirem

--------------------
Only GODcan judge me!!!

фея

  • 12 mart 2011 21:55
  • Məqalə: 594
  • Şərh: 2990
  • Bal:
{awards}
ela weirdir cox saqol

--------------------
Никогда не говорите:"Не надо","Нельзя","Не буду"или"Не могу".Выкиньте слово"НЕТ"из своего словаря:вы лишаете себя своих же возможностей!

Nur_Ay

  • 12 mart 2011 21:35
  • Məqalə: 220
  • Şərh: 2141
  • Bal:
{awards}
gozel seirdi twk

--------------------

-=EFSANE-XANIM=-

  • 12 mart 2011 21:33
  • Məqalə: 8
  • Şərh: 844
  • Bal:
{awards}
SUPERDEN DE SUPER,UREYE YATAN,ROMANTIK,HEZIN WERDIR,BELKE DE MUWFIQIN EN WAH ESERIDIR.

--------------------
XAHIW EDIREM MENE DOSTLUQ TEKLIFI YOLLAMAYIN !

_RONALDO_

  • 12 mart 2011 19:34
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
MEN BU SEIRI COX SEVIREM CUNKI BIR DEFE TELEFONDA KAMPANIYAYA QATILMISDIM 3 SUAL VERDILER 2 TAPDIM 3 SUALDA BU SEIIR KIMINDI CIXDI BEXTEBEXT DEDIMKI MIKAYIL MUSVIQ DUZ CIXDI MENE 1DENE TOZSORAN VERDILER OLMUS HADISEDI

--------------------

YazYamuru

  • 12 mart 2011 19:26
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
Sitat: marlin
gozel seirdi twk


--------------------



marlin

  • 12 mart 2011 19:15
  • Məqalə: 221
  • Şərh: 1623
  • Bal:
{awards}
gozel seirdi twk

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 33
Cəmi: 54

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}