"Motorola" "Samsung"u texnologiya oğurluğu ilə ittiham edir

 
"Motorola" "Samsung"u texnologiya oğurluğu ilə ittiham edir


"Motorola” şirkəti "Samsung”u texnologiya oğurluğu barəsində ittiham edib.

Söhbət Always-On Display funksiyasından gedir. Bu funksiyanın məğzi ondadır ki, "Samsung” smartfonlarının OLED ekranları cihaz blokda olsa belə zamanı, tarixi, təqvimi, batareyanın enerji vaxtını və s. məlumatı əks etdirir."Motorola”nın ABŞ şöbəsi sözügedən funksiyanın "Samsung” şirkəti tərəfindən oğurlandığını bildirib. Bu barədə şirkət təmsilçiləri öz rəsmi "Twitter" hesabında qeyd ediblər. "Maraqlı xüsusiyyətləri rəqib smartfondan oğurlamaq hansı qalaktikada normaldır?” – deyə Moto US öz "Twitter” hesabında bildirib. Həmin ismarıc da "Samsung”un adı çəkilməsə də Galaxy sözü işlədilib. Qeyd edək ki, "Samsung” bu funksiyanı öz Galaxy S7 və Galaxy Note 7 flaqman smartfonlarında istifadə edir. "Motorola” əmindir ki, bu texnologiyanı məhz o fikirləşib və hələ "Lenovo” şirkətinin tərkibində olamamışdan öncə reallaşdırıb. "Motorola” 2013-cü ildə bu texnologiyanın olduğu ilk smartfonu təqdim etsə də əslində onu yaratmış ilk şirkət deyil. Buna bənzər funksiyaya 5 il bundan öncə Nokia N9 və MeeGo mobil telefonları sahib idilər. Bu texnologiya həmçinin OLED ekranlı Symbian telefonlardada reallaşdırılmışdır. Daha sonra isə Lumia seriyasına inteqrasiya olunmuşdur. Lakin Android smartfon bazarında sözügedən funksiyanı ilk reallaşdıran "Motorola” idi. Çətin ki, bu ittihamlarla "Motorola” "Samsung”u məhkəmə prosesinə cəlb etsin. Bəlkədə "Motorola”nın bu addımı atmasının əsas səbəbi özünə diqqəti çəkmək olub.


Geri dön

Pəri

  • 16 sentyabr 2016 15:10
  • Məqalə: 242
  • Şərh: 2295
  • Bal:
Tesekkur ediyom Samsung haqqda xebere gore
)

--------------------

Nergiz__Sirinova

  • 16 sentyabr 2016 13:41
  • Məqalə: 582
  • Şərh: 5526
  • Bal:
{awards}
Xebere gore tesekkurler.

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 



      Populyar



        ToP 5 Şərhçi

        Online

        İstifadəçilər: 1
        Qonaqlar: 14
        Cəmi: 21

         

        Top 10 Müəllif

         
        {slinks}