Ailənin xoşbəxt və uzunömürlü olması üçün İmam Əlinin (ə) tövsiyəsi

 
Ailənin xoşbəxt və uzunömürlü olması üçün İmam Əlinin (ə) tövsiyəsi


Ailə - ilk isti ocaqdır ki, insan orada öz şəxsiyyət və mənəviyyatını formalaşdırar və inkişaf edər. Ailənin hər bir üzvü çalışar ki, onu davamlı etsin və ailə mühiti səmimi bir mühit olsun. Həzrət Peyğəmbər (s) buyurur: “Nə zaman Allah bir ailəni sevsə, mehribanlıq və gözəlliyi həmin ailəyə daxil edər”.

İmam Əlinin (ə) nəzərinə görə, iffətli qadınlar İlahi mələklər kimidirlər. Onların bu iffəti Allah yolunda cihad etməkdən və şəhid olmaqdan daha üstündür. İmam (ə) ailə mühitini qorumaq və naməhrəmi ailə hərəminə buraxmamağı qadının kamalı hesab edir.
İmam Əli (ə) oğluna belə nəsihət verir: “Oğlum! Qadınlar bahar gülləri kimidirlər, nəinki çalışqan pəhləvandırlar. Ona görə də onlardan gücləri çatandan artığının intizarında olma. Onları heç bir zaman əziyyət verərək təhrik etmə ki, onlar bədən və ruhi güclərinə görə zəifdirlər”.
Əmirəl-möminin (ə) “Nəhcul-bəlağə”də kişilərə tövsiyə edir ki, qadınların geyimlərinə və rabitələrinə diqqət etsinlər ki, bu əməl qadının paklığını və salamatlığını qorumaq üçün ən yaxşı əməldir. Ancaq bu əməl o mənada deyildir ki, kişi yersiz qeyrət və təəssübkeşlik göstərsin. Çünki yersiz qeyrət göstərmək düz yolda olanı xəstə edər və iffətlini bədgümana salar.
İmamın (ə) nəzərinə görə, bir ailənin xoşbəxt və uzunömürlü olmasının tək amili vardır, o da xoş əxlaq və bir-birinin ehtiyaclarını təmin etmək üçün səy göstərməkdir. İmam (ə) buyurur: “Əgər ailə üzvlərinin qəmini aradan aparsaq və qəlblərini şad etsək, Allah bu şadlığı bizim üçün lütf qərar verər ki, ruzigarın qəmi zamanı zülal su kimi bizim üzərimizə yağar və qəm və qüssələrimizi yuyar”.
İmamın (ə) nəzərinə görə, qadının ən yaxşı cihadı – ərinə yaxşı həyat yoldaşı olmaqdadır.
Kişilərə tövsiyə edir ki, qadınlarla heç bir zaman kobud rəftar etməsinlər, onları incitməsinlər. Bu rəftar hətta cahiliyət dövründə belə məzəmmət olunardı.

Əgər ailədə səmimiyyət və qarşılıqlı anlaşma olarsa, hər iki tərəf bir-birinə qarşı gözəl əxlaq nümayiş etdirərsə, o zaman o ailə Allahın nəzər saldığı ailə olar. Belə bir ailənin hər bir üzvü özünü daha xoşbəxt və əmin-amanlıqda hiss edər. Bu ailənin fərdi və ictimai hüzuru artar, iş mühitində daha nəzmli olar, elmi səviyyəsini yüksəldər, həyalı, iffətli övladlar tərbiyə edər. Bu cür ailənin hər bir rəftar və əxlaqı cəmiyyətə də sirayət edər. (Erfan)


Geri dön

Nergiz__Sirinova

  • 16 oktyabr 2016 15:13
  • Məqalə: 542
  • Şərh: 4911
  • Bal:
Serhlere gore tesekkurler smile

--------------------

Priya

  • 2 oktyabr 2016 14:01
  • Məqalə: 115
  • Şərh: 1890
  • Bal:
{awards}
Çox bəyəniləndi.Təşəkkürlər ki,paylaşdınız.Biz gənclərin belə nəsihətlərə böyük ehtiyacı var.

--------------------




Pəri

  • 1 oktyabr 2016 20:57
  • Məqalə: 240
  • Şərh: 2286
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Shrinka Nara

  • 1 oktyabr 2016 17:18
  • Məqalə: 0
  • Şərh: 109
  • Bal:
{awards}
Allah Razi olsun

Zerif85

  • 30 sentyabr 2016 13:41
  • Məqalə: 25
  • Şərh: 281
  • Bal:
{awards}
Allah razi olsun bulari heyata keciren aile dagilarmi?tewekkur

--------------------
Qoruya bilmediyini ele alib sindirma

PércyDarkMoon

  • 30 sentyabr 2016 13:39
  • Məqalə: 242
  • Şərh: 9512
  • Bal:
{awards}
Allah razı olsun

--------------------

Nergiz__Sirinova

  • 30 sentyabr 2016 13:32
  • Məqalə: 542
  • Şərh: 4911
  • Bal:
{awards}
Buyurun....

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 30
Cəmi: 46

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 46
Cəmi: 220
 
NIGAR
Xəbərləri: 41
Cəmi: 862
 
Limon qoxusu
Xəbərləri: 39
Cəmi: 60
 
Nergiz__Sirinova
Xəbərləri: 21
Cəmi: 542
 
♔Hе важно∞
Xəbərləri: 19
Cəmi: 275
 
Lmzade
Xəbərləri: 13
Cəmi: 13
 
aytc.sza
Xəbərləri: 12
Cəmi: 12
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}