Başqalarına verilməsi mümkün olmayan 10 əşya

 
Başqalarına verilməsi mümkün olmayan 10 əşya


Yəqin sizin də evdə artıq əşyalarınız var, hansı ki, atmağa heyfiniz gəlir. Siz o əşyaları ehtiyacı olan tanışınıza və ya qohumunuza verirsiniz. Burada pis heç nə yoxdur, əksinə siz xeyixah bir iş görürsünüz. Amma 10 əşya vardır ki, onları heç kimə vermək olmaz. Həmin əşyaları verməklə siz, nəinki həmin adama yaxşılıq edirsiniz, hətta ona ziyanınız da toxuna bilər. Siz ona elə xəstəlikləri yoluxdura bilərsiniz ki, onun sağalması uzun illər vaxt apara bilər. Bəs bu əşyalar hansılardır?

1. Diş şotkası - Sizin diş şotkanız sizin üçün zərərli sayılmaya bilər, amma o başqasını ağız boşluğuna stafiokokk və ya başqa infeksiyaların düşməsinə cəbəb olar. Çünki diş yuyulduqdan sonra şotkanın yuyulmasına baxmayaraq onda bir çox bakteriyalar inkişaf edir. Siz öz orqanizminizdəki infeksiyaları başqasına ötürə biərsiniz.

2. Əl-üz dəsmalı - Vanna otağından asılan dəsmalda çoxlu miqdarda bakteriyalar, göbələklər və mikroblar olur. Bunun səbəbi əlinizi sildikdən sonra dəsmalın nəm yerdə qalmasıdır.

3. Dodaq pomadası - Pomada sizdə olan xəstəlikləri asanlıqla başqasına yoluxdura bilər. Əgər sizdə herpes virusu varsa, o az bir zamanda pomadanızı verdiyiniz adama yoluxa bilər.

4. Diş pastası - Diş pastası, diş şotkası qədər təhlükəli deyil, amma əgər pastanı sıxan zaman tubikin ağzı şotkaya dəyibsə, onda mikroblar barədə düşünməyə dəyər.

5. Dezodorant - Qoltuq altına sürtdüyünüz antiperesperantınız qoltuğunuzun altındakı mikrobları asanlıqla başqasına daşıya bilər. Diyircəkli dezodorantlar qolun altını tərləməyə qoymasa da, mikrobları özündə saxlamaq qabiliyyətinə malikdir.

6. Pinset - pinset sizin tük diblərinizdə olan infeksion xəstəlikləri başqasına keçirə bilər. Düzdür, bu nadir hallarda baş verir, amma mümkün ola bilər.

7. Ülgüc - Ülgücdən istifadə zamanı üzdəki tüklərlə birgə ölmüş dəri toxumaları da təmizlənir. Əgər sizdə hepatit və ya İİV varsa o digərinə asanlıqla yoluxa bilər.

8. Dırnaqtutan - Dırnaqlarda göbələk xəstəliyi varsa, rahatca digər istifadəçiyə keçir.

9. Sabun - Sabun vasitəsilə əldəki virus və göbələk xəstəliklərinin digər istifadəçiyə keçməsi mümkündür.

10. Qulaqcıqlar - musiqiyə qulaq asmaq üçün istifadə etdiyiniz qulaqcıqları başqasına verməyin.

Siz bununla stafilokokk, streptokokk və göbələk infeksiyalarının yayılmasına səbəb olursunuz.


Geri dön

Nergiz__Sirinova

  • 16 oktyabr 2016 15:17
  • Məqalə: 394
  • Şərh: 3410
  • Bal:
Serhlere gore tesekkurler smile

--------------------

love emo

  • 10 oktyabr 2016 22:04
  • Məqalə: 30
  • Şərh: 2601
  • Bal:
{awards}
aynen...ozuduki var..bunlar her kesin ozune aid olan shexsi sheyleridir..

maraqli xeber idi chox sagolun..
smile

--------------------
Bəzən müdrik olman belə yetməz onu anlamağa.

romantik_awkk

  • 4 oktyabr 2016 20:21
  • Məqalə: 1
  • Şərh: 345
  • Bal:
{awards}
cox sagolun lazimli melumat idi twkler

--------------------
..

PércyDarkMoon

  • 4 oktyabr 2016 13:49
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
Lazımlı xəbərdi

--------------------

Nergiz__Sirinova

  • 3 oktyabr 2016 17:56
  • Məqalə: 394
  • Şərh: 3410
  • Bal:
{awards}
Buyurun....

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 57
Cəmi: 76

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 507
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 66
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1143
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
Saleh96
Xəbərləri: 1
Cəmi: 6
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}