Biraz gülək :)

 
Biraz gülək :)


Dünyada bir cadugər olur. Hər şeyi bacarır bircə qarışqanı fil edə bilmir. Deyirlər ki, Azərbaycanda polis bölməsində eliyirlər. Nəysə cadugər gəlir Azərbaycana polis bölməsinə. Rəisə məsələni danışır. Rəis də deyir ki, qarışqanı qoy sabah gəlib təhvil alarsan. Sabahısı gün cadugər gəlir. Rəis əmr verir ki, kibrit qutusunu gətirsinlər. Cadugər bunu görüb deyir: Məzələnirsən rəis? Rəis deyir:Aç özün bax. Cadugər açıb baxanda qarısqa qışqırmağa başlayır: Vurmayın, Vurmayın.. Filem, Fil . . . . . . . .


Bir gün bir kişi olur gedir baliq tutmağa tilovuna qızıl balıq düşür. Balıq ona deyir ki, sən məni burax mən sənin üc arzunu yerinə yetirim kişidə razı olur . balıq deyir de görüm arzularını kişi-bir jiquli isdəyirəm balıq ona bir jiquli verir balıq-o biri arzunu de görüm. Kişi yenə deyir bir dənədə jiquli isdəyirəm balıq ona bir dənədə jiquli verir kişi 3 arzusunu da deyir yenə jiquli isdəyirəm balıq soruşur sən üç dənə jiqulini neyləyirsən ay kişi?kişi deyir onları satıb özüme cip alacam.

Bir gün bir kişi psixoloqun yanına gəlir və deyir:
-Həkim, mənim arvadım dəli olub
-Hardan bilirsiz?
-evdə qanadlı ağ atlar uçur amma arvadım onları görmür.

Bir adam karvansara qarşısından keçərkən "kirayə dəvə verilir" yazısını görür. Qiymətdə razılaşır və soruşur ki, necə edim ki getsin? Kirayə verən deyir ki, ohh deyəndə yavaş gedir, ohh bee deyəndə qaça-qaça. Amin deyəndə dayanır. Adam minir dəvəyə və ohh deyib gedir. Sonra sürəti artırmaq üçün ohh bee deyir. Adamın xoşuna gəlir bu vəziyyət. Bu anda bir uçuruma yaxınlaşdığını görür, həyəcanlanır saxlamaq üçün bilmir nə desin? Deyir heç olmazsa son duamı edim və dua qurtaranda tam uçurumun kənarına gəlir və Amin deyir. Dəvə də dayanır. Adam dərindən nəfəs almaq üçün ohh deyəndə. . . .

5 yaşında olan uşaq bu günə qədər danışmamışdı. Ailəsi çox narahat idi. Bir gün səhər yeməyində uşaq "hardadı e bu qənd" deyəndə atası və anası şok olurlar və atası soruşur:
-Oğlum, bəs bu günə qədər niyə danışmırdın? Oğlu cavab verir:
- Bu günə qədər hər şey yolunda idi!!!

Bir kəndçinin evinin qapısını yolunu azmış bir İspan döyür. Ev yiyəsi soruşur:
-Kimdir?
- Jose de Santana de Monte Cristo de Santa Cruzo
- Vallah evimiz 1 otaqdır e


Dəlixanaya yeni gələn müdir dəlilərin koridorda növbəyə dayanıb divardakı bir deşikdən baxdıqlarını görür.
Gəlib baxmaq istəyəndə dəlilər onu döyərək növbənin axırına göndərirlər. Həkim növbədə dayanır və iki dəfə növbəsi gəlir baxır divara, amma heçnə görmür və dəlilərdən soruşur: Mən iki dəfə baxdım heçnə görmədim, siz nə görmüsüz burda? Dəlilərdən biri deyir:
- 2 dəfəyə görməzsən də, biz 2 ildi baxırıq heçnə görmürük

Bank müdiri Rusiyaya gəzintiyə gedir və bir restorandan içəri girir. Sifarişlərini verdikdən sonra bir də baxmış ki, qarşısında möhtəşəm bir xatun elə hey buna baxır.
Dəvətkar baxışlarla xatunu masaya çağırır, xatun gəlib masaya oturur, ancaq ikisi də bir-birlərinin dilindən anlamırlar. Xatun çantasından qələm və kağız çıxarır və kağızın üzərinə siqaret şəkli çəkir. Müdir dərhal siqaretindən qadına təklif edir. Xatun daha sonra kağızın üzərinə qədəh şəkli çəkir. Müdir dərhal qarsonu çağırır və ən yaxşı şərabdan sifariş verir. Xatun bu səfər də kağıza ev şəkli çəkir, yanına da 100 dollar şəkli çəkir. Müdir ürəyində belə deyir:
- Arvada bax aaa. . Bank müdiri olduğumu necə də anladı kredit istəyir?


Ər və arvad evin qarşısında oturublar. Bir turist gəlir və kişiydən
İngiliscə yolu soruşur. Kişidən səs yox. Turist bu dəfə Almanca soruşur. Kişidən yenə səs yox. Turist bu dəfə Fransızca danışmış. Yenə səs yox.
İspanca yenə səs yox. Turist əsəbiləşib gedir. Arvad ərinə deyir:
- Bir dil öyrənməyin zamanı gəldi deyəsən. ər arvada:
- Boş ver, nə gərək var? Adam bu qədər dil bilir, dərdini mənə başa sala bilmədi

İkinci Dünya Müharibəsi əsnasında bir İngilis döyüş təyyarəsi Almaniya üzərində qəzaya uğrayır və bir pilot sağ qalır. Almanlar bunu əsir alırlar, lakin İngilisin bir ayağı və iki qolu qanqren olmuşdur. Almanlar əvvəlcə ayağı kəsirlər və İngilis Almanlardan bu ayağı ana vətəni olan İngiltərəyə atmalarını istəyir. Almanlar da İngilisin istəyini yerinə yetirirlər. Sonra İngilisin qolu kəsilir İngilis yenə eyni diləkdə olur və Almanlar da yerinə yetirir. Bu səfər də Almanlar o biri qolu kəsirlər. İngilis hər zamankı kimi Almanlardan qolu ana vətəninə atmalarını istəyir, lakin Almanlar "olmaz!" deyirlər. İngilis səbəbini soruşduqda belə cavablarlar:
- Sən qaçmaq istəyirsən?
Bir gün kişi əlində bir spisok məscidə dua etməyə gedir... Sıra ilə deyir: Ay Allah nolar, 1-ci pulum olsun, 2-ci maşınım olsun, 3-cü evim olsun və s. axırda deyir ki, Ay Allahım nolar canımı rahat al... Məsciddən çıxanda ürəyi tutur və deyir: Ay Allah, deyəsən spisoku tərsinə tutmusan ee...


Molladan soruşurlar: Molla rus dilində bilirsən? Molla cavab verir ki, hə. Soruşurlarki rusca bura gəl necə dəyirlər? Molla deyir idi suda. Deyirlərki bəs o yana get necə deyirlər? Molla gülüb deyirki paaah burda çətin nə varki gedərəm o yana yenə də deyərəm idi suda...

Bir gün bir dovşan dükana girib deyir mənə bir cik cik verin, mağazadakı satıcı onu başa düşmür və ona bir tüfəng verir sən demə dovşan fotoparat istəyirmiş. Yola çıxıb tülküyə deyir dayan sənin şəklini çəkim tülkü onun nə olduğunu bilir və dovşana deyir o fotoparat deyil ki mənim şəklimi çəkəsən dovşan tülkünün sözünə məhəl qoymayıb tətiyi basır və tülküyə güllə dəyir. Tülkü yerə yıxılır, dovşan gəlib tülküyə deyirki:
- Özünü tülkülüyə vurma sabah gəl şəklini apar...


Müəllim dərsdə soruşur:
- Uşaqlar balıqlar niyə danışmaz
Bu sualı həç kəs cavablandıra bilməz.
Əli qalxar və suala cavab vərər:
- Müəllim sizin başınızı suya soxsam danışa bilərsiniz?-


Geri dön

İTMİŞ_ŞƏHZADƏ

  • 18 oktyabr 2016 17:12
  • Məqalə: 1
  • Şərh: 2049
  • Bal:
Müəllim dərsdə soruşur:
- Uşaqlar balıqlar niyə danışmaz
Bu sualı həç kəs cavablandıra bilməz.
Əli qalxar və suala cavab vərər:
- Müəllim sizin başınızı suya soxsam danışa bilərsiniz?- wink

--------------------
Menı itirmekden qormayanı qazanmağa çalışmaram....

Gül Qoxulum

  • 18 oktyabr 2016 09:27
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
wink super idi ellerine sagliq

Chilqin

  • 16 oktyabr 2016 09:33
  • Məqalə: 0
  • Şərh: 74
  • Bal:
{awards}
Bir kəndçinin evinin qapısını yolunu azmış bir İspan döyür. Ev yiyəsi soruşur:
-Kimdir?
- Jose de Santana de Monte Cristo de Santa Cruzo
- Vallah evimiz 1 otaqdır e
Bu Mirzə Ələkbər Sabir söhbətinə oxşadı ))

Nergiz__Sirinova

  • 14 oktyabr 2016 18:24
  • Məqalə: 582
  • Şərh: 5526
  • Bal:
{awards}
Tesekkurler xebere gore

--------------------

♔Hе важно∞

  • 14 oktyabr 2016 14:23
  • Məqalə: 384
  • Şərh: 1735
  • Bal:
{awards}
ela elaaaa elinize sagliq wink

--------------------

romantik_awkk

  • 12 oktyabr 2016 00:25
  • Məqalə: 1
  • Şərh: 357
  • Bal:
{awards}
Müəllim dərsdə soruşur:
- Uşaqlar balıqlar niyə danışmaz
Bu sualı həç kəs cavablandıra bilməz.
Əli qalxar və suala cavab vərər:
- Müəllim sizin başınızı suya soxsam danışa bilərsiniz?-

--------------------
..

love emo

  • 11 oktyabr 2016 22:56
  • Məqalə: 30
  • Şərh: 2569
  • Bal:
{awards}
Müəllim dərsdə soruşur:
- Uşaqlar balıqlar niyə danışmaz
Bu sualı həç kəs cavablandıra bilməz.
Əli qalxar və suala cavab vərər:
- Müəllim sizin başınızı suya soxsam danışa bilərsiniz?-

Azda olsa bu kefimi achdi)))))sagolun.

--------------------
Heç kim sənin dalğalarla necə savaşdığına baxmaz. Gəmini limana gətirib gətirmədiyinə baxar...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 40
Cəmi: 85

 

Top 10 Müəllif

 
{slinks}