Obrazı bahalı və şıq göstərən 3 rəng

 
Obrazı bahalı və şıq göstərən 3 rəng


Geyimlərin zəngin və şıq görünməsində materialın keyfiyyəti və biçimi ilə bərabər, rənglərin də böyük payı var

Dəbdə olan rəng, naxış və rəsmlər, əslində, göründüyü qədər tez-tez dəyişmir. Bəziləri uzun illər aktual qalır və nəticədə, klassikaya çevrilir. Mövsüm dəyişikliyi ilə əlaqədar olaraq, bəzi rənglər dəbdən düşür və onu başqaları əvəzləyir. Amma bəzən gözlənilməz gedişlər baş verir, trendlərin istiqaməti qəflətən dəyişir. Məsələn, yayın ənənəvi rəngləri qış kolleksiyalarında da öz əksini tapır.
Biz də təkcə bu qış deyil, uzun illər dəbin zirvəsində qalmağı bacaran 3 rəngə diqqət etməyi təklif edirik. Bu rənglər hər zaman gözəl və bahalı görünməyə yardım edəcək.

Obrazı bahalı və şıq göstərən 3 rəng


Yayın ənənəvi rəngi qış kolleksiyalarında yer almağa müvəffəq olub. Ralf Lorenin kolleksiyalarında mütəmadi olaraq ağa yer verməsi təsadüfi deyil. Ağ dizaynerin ən sevdiyi rəngdir.
*Bu mövsüm başdan-ayağa ağ geyinmək dəbdədir. Əgər aristokrat xanım obrazı yaratmaq istəyirsinizsə, ağ obraza kontrast qara və ya neytral qəhvəyi rəngli aksessuarlar əlavə edərək geyinin.
*Ağ soyuq mavi və boz rənglərlə yaxşı uyğunlaşır.
*Ağ palto sizi kütlədən ayıracaq. Bu zaman siz əsl Hollivud ulduzlarına bənzəyəcəksiniz. Xüsusilə, soyuq qış günündə günəş olmasa belə, eynək vasitəsilə obrazı daha gözəgəlimli etmək olar.
*Ağ şalvar və ya ətək karamel çalarları, o cümlədən, istənilən parlaq rənglərlə çox gözəl uzlaşır.
*Ağ ayaqqabı və çanta ən adi geyimi çox nəfis obraza çevirməyə qadirdir. Sanki bu dəst peşəkar stilist tərəfindən düşünülüb.

Obrazı bahalı və şıq göstərən 3 rəng

Qırmızı
Qırmızı rəng cəsarətli qadınlar üçündür. O, diqqət cəlb etməklə yanaşı, kişilərin nəzər nöqtəsinə çevrilməyinizə şərait yaradır. Qırmızı geyinəndə siz dərinin, saçların və makiyajın qüsursuz göründüyündən əmin olmalısınız!
*Qırmızı ilə qaranın birləşməsi barədə birdəfəlik unudun! Bu, həddən artıq dramatikdir. Çox güman ki, siz flamenko rəqsini ifa etməyə hazırlaşmırsınız. Qara əvəzinə karamel, yaxud açıq-qəhvəyi rəng seçin.
*Hətta ən adi qırmızı rəngli çanta onun sahibinə əlavə xal qazandırır.
*Əgər qırmızı palto geyinmək qərarına gəlmisinizsə, bu, əladır. Lakin o, lakonik olmalıdır. Üstündə əlavə detalların olması yolverilməzdir.
*Qadının bir cüt qırmızı tuflisi yoxdursa, bu, bağışlanmaz səhvdir. Gözəllik yalnız qurban tələb etmir, həm də cəsarətli olmalısınız. Qırmızı ayaqqabı geyinməkdən çəkinməyin. Bu, sizin obraza heç bir xələl gətirməyəcək. Zərif, bozumtul kəşmirlə qırmızının susmayan gurultusunu yumşaltmaq olar.
*Başdan-ayağa qırmızıya bürünmək də alqışlanır. Bu obrazda hətta qırmızı dodaq boyası artıq görünməyəcək. Amma obraza ağ və ya açıq-çəhrayı rəngli cəmi bir detal əlavə etdikdə görüşünüz daha müasir olacaq.

Obrazı bahalı və şıq göstərən 3 rəng

Dərin göy
Uzun müddət dəb dünyasında haqsız olaraq “unudulmuş” tünd göy bu qış yenidən dəbə minib. Kraliça və şahzadələr göyün dərin çalarlarını zərifliyinə və sakitliyinə görə sevirlər. Tünd göy yuxarıda sadaladığımız iki rənglə əla uyğunlaşır.
*Elə bir insan yoxdur ki, tünd göy ona yaraşmasın. Burada cins məsələsinin də fərqi yoxdur. Yun parçadan tikilmiş dəniz rəngli qısa paltoları cins və ya qələm ətəklə birləşdirin.
*Yaxalığı xəz göy paltolar da xanımı çox şıq və iddialı göstərmək qabiliyyətinə malikdir. Göy rəngli paltolar bu gün qaradan daha aktualdır.
*Göy dəstə naxışlı çanta və aksessuar əlavə edin.
*Başdan-ayağa tünd göy geyinmək pis fikir deyil. Bu, qadını çox ciddi və rəsmi göstərir. Ona qırmızı və ağ rənglərin müxtəlif çalarlarını əlavə etməklə, görüntünü yumşaltmaq olar.


Geri dön

Nergiz__Sirinova

  • 2 yanvar 2017 11:19
  • Məqalə: 582
  • Şərh: 5526
  • Bal:
Serhlere gore tesekkurler smile

--------------------

♫ мєl๏dyคм ♫

  • 26 dekabr 2016 22:06
  • Məqalə: 163
  • Şərh: 4782
  • Bal:
{awards}
Məlumat üçün sağolun ))

--------------------

romantik_awkk

  • 25 dekabr 2016 21:35
  • Məqalə: 1
  • Şərh: 357
  • Bal:
{awards}
meqale ucun twkler

--------------------
..

Darling

  • 25 dekabr 2016 11:06
  • Məqalə: 694
  • Şərh: 12585
  • Bal:
{awards}
Xəbər maraqlı və vacib xəbərdir

--------------------
http://legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 



      Populyar



        ToP 5 Şərhçi

        Online

        İstifadəçilər: 2
        Qonaqlar: 40
        Cəmi: 48

         

        Top 10 Müəllif

         
        {slinks}