Qurani-Kerimde Hz.Mehdi(a.f)

 
Qurani-Kerimde Hz.Mehdi(a.f)


Həzrət Peğəmbər (s) buyurur: “Quranın zahiri və batini vardır”

Quranda elə ayələr vardır ki, İmam Zaman ağaya (ə.f) işarə edir, baxmayaraq ki, İmamın (ə.f) adını birbaşa çəkməsə belə. Bu ayələr ilə tanış olaq:
1. “Biz (isə) istədik ki, o yerdə (məmləkətdə) zəif salınmışlara mərhəmət göstərək və onları (camaata) imam, (yer üzünə) varis edək”. (“Qəsəs” 5).

Bu ayədə buyurulur ki, Allahın əzəli iradəsi belədir ki, insanlara hegemonluq edənlərin kökü kəsilməlidir və zəif salınmışlar, saleh bəndələr gərək Yer üzündə imam və varis olsunlar. Baxmayaraq ki, bu ayə Həzrət Musa (ə) və Bəni-İsrayil üçün nazil olmuşdur, ancaq bütün zamanlara aid edilir. Çünki hər bir əsrdə Allahın əzəli iradəsi zalımları məhv edib, zəifləri müdafiə etmək olmuşdur. Bu İlahi iradə istər Həzrət Musanın (ə) zamanında olsun, istərsə də Peyğəmbərin (s) – hər bir zamanda həyata keçmişdir və hər bir dövrə aid edilir. İndiki zamanda isə bu iradə ancaq İmam Zaman ağanın (ə.f) mübarək varlığı ilə həyata keçə bilər.

İmam Əli (ə) buyurur: “Bu dünya ki, indi bizdən üz döndərmişdir, bir gün bizə üz çevirəcəkdir, necə ki, ana dəvə əlaqəsinə görə övladına tərəf üz çevirər”(Ana dəvə başqa erkək dəvə ilə əlaqədə olanda balasına arxa çevirir,sonra yenidən ona tərəf gəlir.bu dünyanın etibarsız olmağına nümunədir). Sonra Həzrət (ə) bu ayəni tilavət edir (“Qəsəs” 5).

İbni Əbi Hədid bu xütbənin şərhində yazır: “Bu ayə mütləq Həzrət Zəhranın (s.ə) övladlarının biri tərəfindən həyata keçəcəkdir. Bütün Yer üzünə şamil olacaqdır. Bütün zalımları məhv edəcəkdir və salehlər yerin varisləri olacaqlar”.


2. Həqiqətən Biz (Lövhi-Məhfuzdan sonra bütün səma kitablarında), Zikrdən (Musanın Tövratından) sonra (Davudun) Zəbur(un)da (və bu kitabların hamısından sonra Qur’anda) yazdıq və qərara aldıq ki, bu yerin varisi (sahibi, hakimi və bərəkətlərindən tam istifadə edən) Mənim saleh bəndələrim olacaqlar (və bunları qəsbkarların və zalım rəhbərlərin əlindən alıb ədalət imamları və onların canişinlərinə ötürəcəklər)”. (“Ənibya” 105)

Bu ayə buyurur ki, Zəburda Davud (ə) bu mövzunu yazmışdır, yenə də əvvəlki ayəyə işarə edir və Allahın əzəli iradəsinin həyata keçəcəyini bəyan edir. Buyurur ki, hər bir halda yerin varisləri Allahın saleh bəndələri olacaqlar. Bəs bu zaman nə vaxt olacaqdır? Davudun (ə) bəyan etdiyi ayə belədir: “Allahın yanında sakit ol və Onu gözlə. Ancaq müti insanlar yer üzündə varis olacaqlar”.

3. “Allah sizdən (müsəlmanlardan) iman gətirib yaxşı işlər görən kəslərə vəd etmişdir ki, onları mütləq özlərindən qabaq olmuşları (Nuhun, Hudun, Salehin və Yunusun qövmlərinin möminlərini) canişin etdiyi kimi yer üzündə (Öz) canişin(i) və hakim edəcək, onlar üçün bəyəndiyi dini (İslam dinini) mütləq, onlar üçün bərqərar edərək möhkəmləndirəcək və onların halını şübhəsiz, qorxu və vahimədən sonra əmin-amanlıq və xatircəmliklə əvəz edəcəkdir. Belə ki, yalnız Mənə ibadət etsinlər və heç nəyi Mənə şərik qoşmasınlar. Kim bundan (bu böyük nemətdən) sonra nankorluq etsə, belələri doğrudan da itaətsizdirlər”. (“Nur” 55).


İbni Həcər Hisəmi bu ayənin təfsirində yazır ki, İmam Zaman ağanın (ə.f) haqqında nazil olmuşdur.


Geri dön

Nergiz__Sirinova

  • 31 yanvar 2017 15:03
  • Məqalə: 376
  • Şərh: 3338
  • Bal:
Allah Razi olsun tesekkurler.

--------------------

Gülər_Üzlü

  • 28 yanvar 2017 20:20
  • Məqalə: 0
  • Şərh: 22
  • Bal:
{awards}
Allah razi olsun

♔Hе важно∞

  • 28 yanvar 2017 08:51
  • Məqalə: 40
  • Şərh: 194
  • Bal:
{awards}
insallah tezlikle zuhur eder ve bizede o Hezreti gormek qismet olar AMIN

--------------------
Başıvı sal aşagı işinlə məşgul ol amma,
başıvı aşagı salacaq işlə məşgul olma...!

romantik_awkk

  • 23 yanvar 2017 22:01
  • Məqalə: 1
  • Şərh: 344
  • Bal:
{awards}
insallah bir cume o gelecek

--------------------
..

Pıtırcık

  • 22 yanvar 2017 13:04
  • Məqalə: 475
  • Şərh: 9652
  • Bal:
{awards}
[Allah Razı Olsun/b]


ALLAH RAZI OLSUN

--------------------
http://legend.az/user/imza/http://legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 40
Cəmi: 63

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 21
Cəmi: 475
 
♔Hе важно∞
Xəbərləri: 9
Cəmi: 40
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
 
{slinks}