İllər sonra üz-üzəyik

 
İllər sonra üz-üzəyik


İllər sonra üz-üzəyik

İllər sonra üz-üzəyik,
Nə sən dindin,nə mən dindim.
Sanki möhnət qocalmışdı
Nə sən səndin,nə mən məndim.

Həsrət yağıb baxışlara,
Dünən hara,bu gün hara?
Hey dalmışıq xəyallara,
Nə sən endin,nə mən endim.

Ürək susur,sükutu lal,
Gözlərində min bir sual.
Çox çəkmişik hicran,məlal,
Nə sən döndün,nə mən döndüm.

Hicranına dözmək çətin,
Sənsiz sənli gəzmək çətin
Ümidimi üzmək çətin,
Nə sən güman,nə mən zəndim.

Mövlud dərdə dözərdimi,
Bu, dərddimi,bu,sərdimi?
Yandıq Əsli-Kərəm kimi
Nə sən söndün,nə mən söndüm.

23.01.2017.Zərdabi.Mövlud Ağamməd.


Geri dön

Mövlud Ağamməd

  • 12 fevral 2017 12:02
  • Məqalə: 24
  • Şərh: 135
  • Bal:
Nergiz__Sirinova,
♔Hе важно∞,
Pıtırcık,
Təşəkkür edirəm!

--------------------
Mən qəmli olanda şeir yazıram,
Çoxdu şeirlərim,demək,qəmim çox..
Mövlud Ağamməd

Nergiz__Sirinova

  • 3 fevral 2017 15:06
  • Məqalə: 582
  • Şərh: 5526
  • Bal:
{awards}
Seire gore tesekkurler.

--------------------

♔Hе важно∞

  • 3 fevral 2017 14:35
  • Məqalə: 384
  • Şərh: 1735
  • Bal:
{awards}
Həsrət yağıb baxışlara,
Dünən hara,bu gün hara?
Hey dalmışıq xəyallara,
Nə sən endin,nə mən endim.
gozel seirdi sagolun

--------------------

Darling

  • 2 fevral 2017 22:38
  • Məqalə: 694
  • Şərh: 12565
  • Bal:
{awards}
İllər sonra üz-üzəyik,
Nə sən dindin,nə mən dindim.
Sanki möhnət qocalmışdı
Nə sən səndin,nə mən məndim.

Ser cox beeyendim

--------------------
http://legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 44
Cəmi: 102

 

Top 10 Müəllif

 
{slinks}