Mini alman tortu

 
Mini alman tortu


Mini alman tortu


Evdə mini alman tortu bişirməyi sınamısınızmı? Sınamamısınızsa, gəlin birlikdə sınaqdan keçirək. Ləzzəti, yumşaqlığı ilə süfrələrin vazkeçilməzi olacaq mini alman tortu reseptini təqdim edirik.

Lazım olan ərzaqlar:

2 ədəd yumurta
1 stəkan şəkər tozu
1 stəkan süd
1 stəkan duru yağ
1 stəkan su
10 qram maya
1 desert qaşığı mahlep
5 stəkan un
1 paket vanil

Krem üçün:

4 stəkan süd
5 xörək qaşığı un
1 stəkan şəkər
1 paket vanil
1 paket krem ​​şanti
2 ədəd banan

Üzərinə:

Pudra şəkəri


Hazırlanması:

Xəmiri hazırlamaq üçün quru ərzaqları bir qaba töküb qarışdırın. Ortasına bir çuxur açıb süd, isti su və duru yağı əlavə edin. Yumurtaları qırdıqdan sonra yoğurun. Üzərini bağlayıb yarım saat mayalandırın.
Mayalandıqdan sonra istədiyiniz böyüklükdə dairələr düzəldin və yağlı kağız sərdiyiniz sinilərə düzün. 15 dəqiqə gözləyəndən sonra 180 dərəcədə öncədən isitdiyiniz sobada bişirin. Hazır olandan sonra qoyun soyusun.
Krem hazırlamaq üçün vanil və krem ​​şanti xaric, bütün ərzaqları qazana tökün. Davamlı qarışdıraraq bişirin. Ocaqdan götürdükdən sonra ara-ara qarışdırmağa davam edin. Soyuduqdan sonra vanil və krem şantini əlavə edib mikserlə çırpın.
Bişirdiyiniz xəmirləri iki yerə bölüb aralarına krem sürün. Dilim-dilim kəsdiyiniz bananları üzərinə düzün. Sonda üzərinə pudra şəkəri ələyin.

Nuş olsun!


Geri dön

Nergiz__Sirinova

  • 16 fevral 2017 19:17
  • Məqalə: 510
  • Şərh: 4575
  • Bal:
Serhlere gore tesekkurler... smile

--------------------

♔Hе важно∞

  • 5 fevral 2017 08:40
  • Məqalə: 246
  • Şərh: 1311
  • Bal:
{awards}
maraqli idi tesekkur

--------------------

NIGAR

  • 5 fevral 2017 00:03
  • Məqalə: 796
  • Şərh: 10843
  • Bal:
{awards}
Nefis gorsener beh beh

--------------------
legend.az/user/imza/legend.az/user/imza/

legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 31
Cəmi: 60

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 63
Cəmi: 161
 
ραყιȥ
Xəbərləri: 60
Cəmi: 140
 
NIGAR
Xəbərləri: 51
Cəmi: 796
 
lamiye_2001
Xəbərləri: 36
Cəmi: 36
 
♔Hе важно∞
Xəbərləri: 34
Cəmi: 246
 
Nergiz__Sirinova
Xəbərləri: 27
Cəmi: 510
 
AyliN BunyaminovA
Xəbərləri: 24
Cəmi: 471
 
..::Kitty::..
Xəbərləri: 9
Cəmi: 9
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
Emrah_babayevv
Xəbərləri: 2
Cəmi: 2
 
 
{slinks}