Mən səni deyil səni sevməyi sevirəm,yaxşıki yoxsan...

 
Mən səni deyil səni sevməyi sevirəm,yaxşıki yoxsan...




Qırıq və köhnə bir stolda oturmuş pəncərənin qarşısında mənzərəni seyr edirəm.. Hava qəribədi bugün.. Soyuq.. Tutqun.. Bürkü.. Külək.. Yağış.. 'Bu hava.. Bir dərdi olub içdən əzab çəkən.. Amma kimsə başa düşməsin deyə hər cür əhval-ruhiyyəyə sahib olan birisinə bənzəyir.. Eyni mənə.. Sənə..

Ona.. Bir başqasına'.. deyə düşündüm.. Bu an günəş çıxdı.. Onsuzluqdan yol çəkən badəm gözlərim parıldadı.

Şüalari qocalmış əllərimin üstündə göründü...

Çox saf gülümsəmə gəldi simama.... Həmin an yağış yağdı... Necə də nifrət edirdim.... Sənə etdiyim kimi... Səsi.. Səndə olduğu kimi idi.. Birinci xoş sonrası itici.. Hələ bu damlalarin bədənimə toxunması... Üzümə.. Dodağıma... Saçlarıma... Allahım.. İyrənirdim.. Sadəcə iyrənirdim...Səndən sevdiyim.. Səndən...Sənə aid olan hər şeydən.. Keçdim qaranlıq bir otağa. Şamı yandırdım. Və qarşımda qara bir dəftər içimdəkiləri dinləməyə hazır kimi.. Yenə bir qələm acılarımı yazmağa köməkçi sanki... Olmaz.. Bugün ağlamağımdan... Səni canımı verəcək qədər çox sevməyimdən.. Qoxunu başqa birində axtarmağımdan.... Əllərini ürəyimdə hiss eləməyimdən yazmayacam.. Yaza bilməyəcəm.. Onsuz dəyərimi bilməyən birinə verdiyim dəyər nəyə dəyər sevdiyim ? Gəl şərəfsizliyindən yazım.

Yox.. Bəlkə vicdansızlığından? Ya hissiyatsiz olmandan? Tərk edişin? Sözlərin?

Hansı birini yazsam bitər bu həsrət? Hansı biri içimdəki yanğını söndürər? Heç biri... Bax bu qədər əclafsanmış sən.. Əclaf..

Bir kibrit çöpü oldun sən.

Sevdirdin özünü.. Getdin... Yandım... Və.... Məlhəmim idin... Can ağrım oldun... Sən məni böyütdün sevdiyim. Sevmək necə olur hiss elətdirdin. Nifrət etməyi, acı çəkməyi öyrətdin mənə. Güclü birisi etdin. Güclü birisi oldum mən. Gedişinlə çox şeyi dəyişdirdin. Məni.. Hisslərimi.. Başqa birisinə çevirdin. Üzülməyən. Və asanlıqla qəlb qırıb tərk edəcək birisinə... Özünə bənzətdin... Sadəcə mən siqaretə meyilli bir xərçəng xəstəsi... Sən bu xəstəlikdən ölmüş birisi.. Ama indi... Yaxşı ki, yoxsan sevdiyim. Yaxşı ki, mənim deyilsən..


Geri dön

Abuzer

  • 5 fevral 2017 14:58
  • Məqalə: 0
  • Şərh: 1
  • Bal:
Maraqlidi beyndim

Pıtırcık

  • 5 fevral 2017 14:40
  • Məqalə: 475
  • Şərh: 9652
  • Bal:
{awards}
Gözəl bəyəndim

--------------------
http://legend.az/user/imza/http://legend.az/user/imza/

Nergiz__Sirinova

  • 5 fevral 2017 14:22
  • Məqalə: 376
  • Şərh: 3338
  • Bal:
{awards}
Sən məni böyütdün sevdiyim. Sevmək necə olur hiss elətdirdin. Nifrət etməyi, acı çəkməyi öyrətdin mənə. Güclü birisi etdin. Güclü birisi oldum mən. Gedişinlə çox şeyi dəyişdirdin. Məni.. Hisslərimi.. Başqa birisinə çevirdin. Üzülməyən. Və asanlıqla qəlb qırıb tərk edəcək birisinə... Özünə bənzətdin... Sadəcə mən siqaretə meyilli bir xərçəng xəstəsi... Sən bu xəstəlikdən ölmüş birisi.. Ama indi... Yaxşı ki, yoxsan sevdiyim. Yaxşı ki, mənim deyilsən..

--------------------

♔Hе важно∞

  • 5 fevral 2017 13:35
  • Məqalə: 40
  • Şərh: 194
  • Bal:
{awards}
Yaxşı ki, yoxsan sevdiyim. Yaxşı ki, mənim deyilsən.. fellow
super

--------------------
Başıvı sal aşagı işinlə məşgul ol amma,
başıvı aşagı salacaq işlə məşgul olma...!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 45
Cəmi: 66

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 20
Cəmi: 475
 
♔Hе важно∞
Xəbərləri: 9
Cəmi: 40
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
 
{slinks}