Səni sevmirəm. Çünki...

 
Səni sevmirəm. Çünki...


Səni sevmirəm. Çünki...

Səni sevməyim üçün oyandığında ilk telefona baxdığını, yemək yeməyi çox sevməsən belə hər səhər mütləq nahar etdiyini, ən tələshik anında belə şirinçay içməmiş evdən çıxmadığını bilməliydim...

Səni sevməyim üçün ən sevdiyin məşğuliyyətinin oyun oynamaq olduğunu, gecə neçə olursa olsun futbol oynamağı, boevik və komediya janrında filmlərə baxmağı xoşladığını bilməliydim...
Səni sevməyim üçün ən zəif yerinin sevgi olduğunu,sevgidən yazarkən əllərin kimi ürəyinin ağrıdığını, hər zaman gülsəndə içində dərin izlər olduğunu bilməliydim...

Səni sevməyim üçün əsəbləşdiyində gözünün döndüyünü, nə dediyinə,nə etdiyinə fikir vermədiyini, insanların qəlbini çox sərt qıra bildiyini lakin sonra çox peşman olduğunu bilməliydim...

Səni sevməyim üçün peşmanlıqlarından dərs çıxarmadığını, canından çox belə istədiyin şeyin əllərinin arasından sıyrılıb getməsinə göz yuma bildiyini, çox az hallarda bağışla deməyi öyrəndiyini bilməliydim...

Səni sevməyim üçün Bakının soyuğunda mənim üçün nə qədər darıxdığını, qürurunu hər şeydən üstün tutduğunu, adımı keçən hər yerdən qaçdığını, nə qədər üzülsəndə hiss elətdirməməyə çalışdığını bilməliydim

Səni sevməyim üçün dərin baxışlarını yalan deyərkən qaçırdığını ya da üzündə bir gülümsəmə yarandığını, mənə uzun-uzun baxmağı xoşladığını, qəlbin qırılsa bunun baxışlarında əks olunduğunu bilməliydim...

Səni sevməyim üçün məni görəndə gözlərinin necə işıldadığını, yağış,qar leysan olsada bir sözümlə mənə gəldiyini, mən yanında olduğum zaman hər şeyi unutduğunu, mənə səni sevmirəm deyə bilmədiyini bilməliydim...

Həyat səni sıxanda uzun-uzun düşündüyünü, kim nə deyirsə desin ağlının başqa yerdə olduğunu, ən uzun sabahların qaranlıq gecələrində belə ağlına yenə mən gəldiyimi bilməliydim...

Səni sevməyim üçün qəlbinin çox yumşaq olduğunu amma ağır sözlərlə necə sərtləşə bildiyini, bağışladığın heç nəyi unutmadığını, sənə hər şeyi unutduracaq insanın kim olduğunu bilməliydim...

Səni sevməyim üçün gülən baxışlarının altındakı kədəri, uzun-uzadı baxmağı xoşlamadığını, çox danışmasan belə məni gözlərimdən anladığını, məni güldürmək üçün mimiklər etdiyini bilməliydim...

Səni sevməyim üçün ən ağır yaralarının, ən böyük qırğınlıqlarının, sevgiyə və qızlara inamsızlığın, ürəyinin sızlamağının və həyatda sadəcə nəfəs aldığının səbəbi mən olduğumu bilməliydim...

Səni sevməyim üçün.... bütün bunları bilməliydim...


Geri dön

romantik_awkk

  • 7 fevral 2017 20:06
  • Məqalə: 1
  • Şərh: 344
  • Bal:
Həyat səni sıxanda uzun-uzun düşündüyünü, kim nə deyirsə desin ağlının başqa yerdə olduğunu, ən uzun sabahların qaranlıq gecələrində belə ağlına yenə mən gəldiyimi bilməliydim...

--------------------
..

Nergiz__Sirinova

  • 7 fevral 2017 19:53
  • Məqalə: 376
  • Şərh: 3338
  • Bal:
{awards}
Super coooox beyendim tesekkurler.

--------------------

Pıtırcık

  • 7 fevral 2017 19:48
  • Məqalə: 475
  • Şərh: 9652
  • Bal:
{awards}
Super sözlərdir

--------------------
http://legend.az/user/imza/http://legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 45
Cəmi: 66

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 20
Cəmi: 475
 
♔Hе важно∞
Xəbərləri: 9
Cəmi: 40
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
 
{slinks}