Əlvida sevgilim!

 
Əlvida sevgilim!

Əlvida sevgilim!

Sən getdin.. Bir zindan yalnızlığı, ağır bir boşluq buraxdın geridə. Getdin və dönməyəcəksən bir daha. Haqlısan gedişində, bu eşqi bitirməkdə haqlısan. Bir söz söyləyə bilmədim. Üzünə baxa bilmədim. Qarşında ağlamadım. Əridim, tükəndim, bitdim.
Sonsuzluqda bir insan necə olar.. səsi sorağı necə duyulur?
Əlvida eşqim.. Əlvida sevgilim. Sən özünü heç mənim tək gərəksiz, mənim tək dəyərsiz, mənim tək
yapyalnız hiss etdinmi? Ayrılıq ölüm qədər acı və soyuq. Güzgüyə baxıram. Güzgüdə gördüyüm mən
deyiləm. Gözlərim cəhənnəm atəşi.. dodaqlarım möhürlənmiş. Əllərim titrəyir. Ürəyim qızmar
dəmirlərlə dağlandı. Yoxluğunun acısı çox ağır gəlir sevgilim. Sevinclərim, xəyallarım,
ümidlərim, rəngli dünyam əlvida.. Əlvida yaşamaq.. Yaşantımın anlamı əlvida. Başqası bilməz sənin yoxluğunun acısını. Sənsiz nə hallarda olduğumu kimsə bilməz. Anlamıram itib gedən bir eşqin kədərini. Dünənə qədər həyatın ən gözəl günlərini yaşadım. Günəş qədər yaxındır mənə sevgi. Günəş qədər isti və parlaq. Buraxdın birdən-birə, qanadlarım kəsildi. Sürətlə zirvələrdən düşdüm yerə, boşluğun içindəyəm, indi heçbirşeyəm. Bir zamanlar dünyanın ən zəngini idim. Bütün çiçəklər bizim üçün açardı, bizim üçün bəhrə verərdi meyvələr, əkinlər bizim üçün bərəkətli, sular bizim üçün çağlardı. İndi toz duman içində qızğın bir çöldəyəm. Sən mənsiz
necəsən, bilmirəm. Rahatmısan, xoşbəxtmisən, bu qədər tezmi məni unutdun?.. Necədə birdən olub keçənləri unutdun? Dünənə qədər gözlərindən eşqi
içdiyim, dodaqlarında ürəyimi əritdiyim, uğrunda bıçaqlar çəkib dünyaya meydan oxuduğum ey
sevgilim haradasan? Kimləsən?.. kimlərləsən?.. Kimlərlə oynaşıb könül verirsən? Mən burada, tərk
edib getdiyin yerdəyəm.
Əlvida eşqim.. Əlvida birdənəm..
Əlvida sevgilim!


Geri dön

♔Hе важно∞

  • 8 fevral 2017 09:37
  • Məqalə: 40
  • Şərh: 194
  • Bal:
ela xeber gozel sozler tesekkur

--------------------
Başıvı sal aşagı işinlə məşgul ol amma,
başıvı aşagı salacaq işlə məşgul olma...!

Pıtırcık

  • 7 fevral 2017 19:39
  • Məqalə: 475
  • Şərh: 9652
  • Bal:
{awards}
Menalidir beyendim

--------------------
http://legend.az/user/imza/http://legend.az/user/imza/

Nergiz__Sirinova

  • 7 fevral 2017 19:32
  • Məqalə: 376
  • Şərh: 3338
  • Bal:
{awards}
Beyendim tesekkurler.

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 45
Cəmi: 67

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 20
Cəmi: 475
 
♔Hе важно∞
Xəbərləri: 9
Cəmi: 40
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
 
{slinks}