Özünüzünkünü özünüzə götürün

 
Özünüzünkünü özünüzə götürün


Bir gün Budda öz şagirdləri ilə bir kənddən keçirmiş. Bu kəndin camaatı Buddistlərin əleyhdarları idi. Onlar Buddanı və tələbələrini əhatəyə alıb buddistləri təhqir etməyə başladılar. Şagirdləri qismən Buddanın yanlarında olması faktı sakitləşdirsə də onlar da əsəbləşib kənd sakinlərinə cavab verməyə hazırlaşırdılar. Bu vaxt Buddanın özünü aparması həm şagirdlərdə, həm də kənd sakinlərində bir çaşqınlıq yaratdı.

Budda üzünü tələbələrinə tutub dedi:
Siz məni məyus etdiniz. Bu adamlar öz işlərini görür. Onlar məni öz dinlərinin düşməni kimi görür və ona görə də təhqir edirlər, bu da təbiidir. Amma siz nəyə görə onlara imkan verirsiniz ki, sizi haldan çıxarıb manipulyasiya etsinlər? İndi siz onlardan asılı vəziyyətdəsiniz, azad deyilsiniz…

Sonra da dönüb kənd sakinlərinə dedi :
Siz istədiklərinizin hamısını demədinizsə, eybi yoxdur, biz geriyə qayıdanda buradan keçəcəyik, fürsətdən istifadə edib demədiklərinizi də deyərrsiniz. Kənd sakinləri çaşqınlıq içində soruşdular ki, axı biz səni təhqir etdik, nəyə görə bizə qəzəblənmirsən?

Budda deyir:
Siz azad adamlarsınız, əməllərinizi, addımlarınızı da özünüz bildiyiniz kimi edin. Amma, mən də azad insanam, sizə reaksiya verməmək hüququm da var. Mənimlə heç kim manipulyasiya edə bilməz. Mənim reaksiyam daxili halımın təzahürüdür. Sizdən əvvəl yolumuz bir kənddən düşdü. Bu kəndin sakinləri bizi meyvə, gül və şirniyyatla qarşıladılar. Mən də onlara təşəkkür edib dedim ki, biz artıq səhər yeməyi yemişik, bu məhsulları özümüzlə daşıya bilmərik. Bunları mənim xeyir-duamla geriyə özünüzə qaytarıram, aparın!

İndi sizdən (ikinci kəndin sakinlərindən) soruşuram:
Sizcə, onlar nə etməli idilər?
Onlar yeməkləri götürüb öz evlərinə, ailələrinə qaytarmalıdır- deyə kənd sakinləri cavab verdi.

Budda gülümsündü:
İndi bəs siz nə edəcəksizniz öz qarğış və təhqirlərinizlə? Mən onları qəbul etmirəm. Əgər mən meyvə və şirniyyatdan imtina etdimsə, o biri kənd camaatı da onları geriyə götürdü. Bəs sizin nəyiniz var geriyə götürməyə? Mən sizin qarğış və təhqirlərinizə qəbul etmirəm, ona görə də onları götürüb öz evlərinizə apara bilərsiniz və nə istəyirsiniz edin onlarla…7


Geri dön

Nergiz__Sirinova

  • 21 mart 2017 00:30
  • Məqalə: 376
  • Şərh: 3338
  • Bal:
Hekayeye gore tesekkurler.

--------------------

♔Hе важно∞

  • 24 fevral 2017 11:04
  • Məqalə: 43
  • Şərh: 202
  • Bal:
{awards}
maraqli hekaye idi tesekkur

--------------------
Başıvı sal aşagı işinlə məşgul ol amma,
başıvı aşagı salacaq işlə məşgul olma...!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 46
Cəmi: 83

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 481
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 43
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1141
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}