Həyat bir sabun köpüyüdür

 
Həyat bir sabun köpüyüdür


Həyat bir sənətdir. Və insanoğlu, həyatının həm sənətkarı, həm də alətidir. Özünü tam olaraq necə yaradıbsa, elə də tapacaqdır. İnsanoğlunun hazır olaraq doğulmadığını unutmayın; nə zaman doğulmuş olarsaq olaq, bizlər, yonulmamış daşlar kimiyik. Və o daşların çevriləcəyi heykəllərin gözəl və ya çirkin olacağını müəyyən edən, onları yaradan da bizlərik.

İnsanoğlu özünü həm yox etmə, həm də yenidən yaratmaq gücünə sahibdir.

İnsanoğlu özünü hər an, hər dəqiqə durmadan yeniləyər. Öz-özünü doğurması gərəkdir. Bu dayanmayan doğum sənətini bilməyənlər, çox uzun zaman əvvəl öldüklərini bilməlidirlər.

Kəşflər, kəşflər, kəşflər! Hər gün neçə-neçə kəşflər edilir! Yenə də, gündən-günə həyat kədərlə dolur. Artıq, cəhənnəmi təsvir edə bilmək üçün, xəyal gücünüzə ehtiyacınız yoxdur. Dünyaya işarə edib, “Bax, Cəhənnəm belə bir şeydir.” deməyiniz kifayətdir. Yaxşı bəs, bu mərhələyə necə gəldik? Səbəb budur ki, insan özünü kəşf edə bilmədi.

Həyatın bir başlanğıcı və ya bir sonu yoxdur. Sadəcə bədən doğular və sadəcə bədən ölər. İçimizdəki şey, bədən deyil. Həyatdır. Bunun fərqinə vara bilməyənlər, yaşamış olsalar da, hər zaman ölüm tərəfindən əhatə edilmiş olacaqlar. Fərqinə varanlar isə, ölümün içində belə, həyatı tapacaqlar.* Tanrı adına fantaziyalar öyrədilir. Lakin həqiqətin fərqindəliyi, xəyal gücü ilə yaranmaz, sadəcə, bütün xəyal gücündən vazkeçilərsə, yaranar. Xəyal gücünün içində yaşayan biri, bir yuxuda yaşayır. Olub bitəni yox, öz görmək istədiyini görər.

Dünya üzərində yaşayın, amma ona aid olmayın.

“Həyatın ən sirli açarı nədir?” Mənə nə zaman bu sualı versələr, “yaşayarkən ölmək” deyə cavab verirəm.

Yaşlı bir Brahma rahibi var imiş. Kor olduğu vaxt, uşaqları, müalicə üçün əməliyyat olmasını istəyir, lakin rahib imtina edir. “Niyə gözlərə ehtiyacım olsun; 8 oğlum, 8 gəlinim və bir də ananız var. Mənim üçün görə biləcək 34 göz var ikən, 2 dənə əskik olsa nə olar?” deyir. Və uşaqlarının nəsihətlərinə qulaq asmır. Bir gecə evdə yanğın baş verir. Hər kəs canını xilas etmək üçün bayıra qaçır. O anda yaşlı adam heç kəsin yadına düşmür və rahib alovlar içində kül olur. Buna görə də, övladım, qətiyyən cahillik mövzusunda israr etmə. Bilmək, öz gözlərinə sahib olmaqdır. Bundan başqa, güvənəcəyin bir şey yoxdur.

Həyat nədir? Həyatın sirrindən içəri girin. Elə-belə yaşasanız, həyatı tükəndirə bilər, lakin onu əsla bilə bilməzsiniz. Enerjinizdən, həyatı elə-belə yaşamaq üçün yox, eyni zamanda onu öyrənmək üçün də istifadə edin. Onu öyrənə bilən insan, eyni zamanda, onu yaşamağı da bacaracaq.

Hər kəs öz həyatını yaratmaq məcburiyyətindədir, eynilə, bir insanın, rəqs etməyi öyrənməsi kimi.

Bu dünyada kim hüzur istəməzki? Lakin insanlar bunun fərqində deyil və onlara hüzur verəcək qaynaqları axtarmazlar. İç varlığımız hüzuru arzulayarkən, etdiyimiz hər şey sadəcə və sadəcə hüzursuzluğumuzu artırır. Unutmayın, ehtiras, hüzursuzluğun qaynağıdır. Hüzuru axtaran insan, ehtiraslarından qurtulmalıdır. Ehtirasların bitdiyi yerdə, hüzur başlayar.

Hüzur axtarın. Lakin unutmayın, onu əgər öncə öz içinizdə tapa bilməsəniz, başqa heç bir yerdə tapa bilməzsiniz. Hüzur, xaricdəki bir şey deyil. O sizi içinizdəki musiqiyə bağlayan və sizin tərəfinizdən yaradılacaq bir şeydir. Buna görə də, hər vəziyyətdə qarşımıza çıxa bilər.

Xoşbəxtlik hər yerdədir, lakin hər kəs, onu təcrübə edə biləcək qəlbə sahib deyil. Bugünə kimi, qəlbini onu təcrübə etməyə açmayan kəs onu tapa bilməmişdir. Bu, özəl bir yerə və ya şərtlərə sahib olmaqla bağlı bir şey deyil. Önəmli olan, insanın xoşbəxtlik duyğusuna çata bilməsi üçün, doğru halda olmasıdır. Beləliklə, hər vəziyyətdə və yerdə xoşbəxtliyi tapacaq.

Düşüncələrinizdən qurtulun. Düşüncələr olmadan harada olursunuzsa olun, Allah sizinlə olacaq. Onu axtarmaq üçün hara gedəcəksiniz? Yaxşı, əslində nə olduğunu tam olaraq bilmədiyiniz bir şeyi necə axtara bilərsiniz? Onu axtararaq yox, içinizdə hüzur yaradaraq tapa bilərsiniz. Bugünə qədər heç kim ona getməyib. O daha çox onu doğru şəkildə dəvət edənə özü gələr. Bunu bilənlər, bir məbədə çevrilər.

Mənbə: Oşo – “Həyat bir sabun köpüyüdür” kitabı.


Geri dön

Nergiz__Sirinova

  • 21 mart 2017 00:13
  • Məqalə: 421
  • Şərh: 3574
  • Bal:
Artıq, cəhənnəmi təsvir edə bilmək üçün, xəyal gücünüzə ehtiyacınız yoxdur. Dünyaya işarə edib, “Bax, Cəhənnəm belə bir şeydir.” deməyiniz kifayətdir.

--------------------

OnE DiReCtIoN_ZAYN

  • 18 mart 2017 01:20
  • Məqalə: 5
  • Şərh: 4445
  • Bal:
{awards}
tewekkurkler

--------------------

romantik_awkk

  • 1 mart 2017 05:41
  • Məqalə: 1
  • Şərh: 344
  • Bal:
{awards}
İnsanoğlu özünü həm yox etmə, həm də yenidən yaratmaq gücünə sahibdi

--------------------
..

♔Hе важно∞

  • 26 fevral 2017 10:04
  • Məqalə: 108
  • Şərh: 407
  • Bal:
{awards}
cox menali maraqli bir xeberdi oxumaga deyer cox sag ol can

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 8
Qonaqlar: 38
Cəmi: 73

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 34
Cəmi: 576
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 108
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 10
Cəmi: 23
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
MiSS HaPPy)
Xəbərləri: 6
Cəmi: 14
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 5
Cəmi: 670
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 2
Cəmi: 225
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
 
{slinks}