Novruz Bayramında Bakı sakinlərini hansı sürprizlər gözləyir?

 
Novruz Bayramında Bakı sakinlərini hansı sürprizlər gözləyir?

Qız Qalası və üç məşəl...

Novruz bayramı münasibətilə Bakı şəhərində böyük bayram şənlikləri təşkil olunacaq. Bakı Şəhər İcra Hakimiyyətindən Narxoz.Az xəbər portalına verilən məlumata görə, paytaxt rəhbərliyi martın 15-də İlaxır Çərşənbə bayramı münasibətilə bayram tədbiri təşkil edəcək. Mərasim həmin gün Qız Qalasının qarşında keçiriləcək. Qız Qalasının üzərində üç məşəl yandırılacaq, tonqal qalanacaq, sonra konsert proqramı başlayacaq. Konsertin sonunda isə dənizkənarı Milli Parkda atəşfəşanlıq təşkil ediləcək.

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək Novruz bayramı tədbirlərinə bu il də qızğın hazırlıq görülür. Nazirliyin mətbuat katibi Zöhrə Əliyeva Narxoz.Az xəbər portalına açıqlamasında bildirdi ki, bu il Novruz Bayramı daha təmtəraqlı keçiriləcək. Onun sözlərinə görə, martın 20-də baş tutacaq bayram tədbirləri paytaxt sakinləri üçün sürpriz şəklində hazırlanır: “Bayram tədbirləri "İçərişəhər"dən başlayacaq, Qoşa Qala Qapısı, "Qız Qalası" və Dənizkənarı Milli Parkda davam edəcək. Hazırda dənizkənarı Milli Parkda, eləcə də Qız Qalası yaxınlığında məşqlər keçirilir. Onu deyə bilərəm ki, Novruzun bütün siması bulvarda nümayiş olunacaq. Orada Azərbaycan mətbəxi təqdim olunacaq, bölgələrdən gələn musiqi və folklor kollektivləri çıxış edəcəklər. Eyni zamanda tədbirlər gün ərzində davam edəcək”.

Novruzun muğam sədası...

Nazirlik rəsmisi deyir ki, 14-21 martda Bakı şəhərində təşkil olunacaq Beynəlxalq Muğam Festifalı bu ilki bayram tədbirlərinə daha bir rəng qatacaq: "Festifalla bağlı paytaxta qonaqların da gələcəyini nəzərə alaraq, bu il bayram daha möhtəşəm təşkil olunur. Xarici qonaqlar Novruz Bayramının azərbaycanlıların qanında, canında olduğunu bir daha görəcəklər".

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Narxoz.Az xəbər portalına bildirildi ki, Novruz bayramı münasibətilə qoruq ərazisində tədbirlər keçiriləcək. Lakin İlaxır Çərşənbədə və martın 21-də baş tutacaq tədbirlər Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunur.

Bulvar Novruz bayramına hazırlanır

Bayram tədbirlərinin əsas məkanı yenə də Milli Park olacaq. Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyib ki, hər il olduğu kimi bu il də bulvar ərazisində bayram tədbiri keçiriləcək. İdarə rəisinin sözlərinə görə, martın 20-də Milli Parkda baş tutacaq tədbirin təşkilatçısı Mədəniyyət və Turizm Nazirliyidir. Nazirliyin tədbirlər planını isə belədir: “Qız Qalasından Saat Qülləsinə qədər olan ərazidə rayon və şəhərləri təmsil edəcək stendlər quraşdırılacaq, hər bir rayona xas olan şirniyyat növləri, mətbəx və mədəniyyət nümunələri, regionların adət-ənənələrinə uyğun foklor nümunələri nümayiş olunacaq. Bizim idarə də bu tədbirlərin təşkilində öz imkanı, işçiləri və texnikası ilə dəstək olacaq. Dekorasiyaların qurulmasına isə bayrama iki-üç gün qalmış başlanılacaq”.

Qeyd edək ki, Novruz (farsca "yeni gün" mənasındadır) Şəmsi təqvimi ilə yeni ilin başlanması bayramıdır, yazda gecə ilə gündüzün bərabər olduğu günə təsadüf edir. Novruz bayramı əsrlərin dərinliyindən gəlib bizim günlərə çıxmış ən şən və gözəl, nikbin bayramlardan biridir. Qədim İran şəmsi təqvimi ilə fərvərdin ayının birinci gününə, Qriqori təqvimi ilə mart ayının 21-22-nə və ya nadir hallarda 23-nə düşür. Ölkəmizdə Novruz bayramı bir çox türkdilli və müsəlman ölkələrində, o cümlədən Orta Asiya respublikalarında və Azərbaycanda qeyd edilir. Novruz bayramı, birlik, qardaşlıq bayramı, xalq şənliyidir. Qədim dövrlərdən bəri xalqımız Novruzu yeni ilin başlanğıcı hesab etmiş, onu bolluq, bərəkət və firavanlığın əzəli kimi rəmziləşdirmişdir.


Geri dön

RoMaNTiK SerSeRi

  • 17 fevral 2012 20:54
  • Məqalə: 515
  • Şərh: 3322
  • Bal:
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

Ulya

  • 16 mart 2011 13:55
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
winked

::..ONSLAUGHT::..

  • 15 mart 2011 13:35
  • Məqalə: 197
  • Şərh: 11459
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

::..ONSLAUGHT::..

  • 14 mart 2011 20:11
  • Məqalə: 197
  • Şərh: 11459
  • Bal:
{awards}
cox sag ol

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

marlin

  • 13 mart 2011 17:48
  • Məqalə: 221
  • Şərh: 1616
  • Bal:
{awards}
BAYRAMINIZ MUBAREK HAMINIZIN.INSALLAH BU IL BIZIM UCUN GOZEL KECER BUTUN BAYRAMLARIYLA BIRLIKDE

--------------------

Lexikon

  • 13 mart 2011 16:27
  • Məqalə: 1118
  • Şərh: 4153
  • Bal:
{awards}
tewekurler

kiss love

  • 13 mart 2011 15:32
  • Məqalə: 4
  • Şərh: 1278
  • Bal:
{awards}
haminin novruz bayramini tebrik edirem xeberim var idi twk

haminin novruz bayramini tebrik edirem xeberim var idi twk

--------------------

jasmine villegas

  • 13 mart 2011 14:02
  • Məqalə: 9
  • Şərh: 177
  • Bal:
{awards}
maraqli idi

--------------------

demon_cik

  • 13 mart 2011 13:38
  • Məqalə: 0
  • Şərh: 145
  • Bal:
{awards}
tesekkurler

aysel16

  • 13 mart 2011 12:54
  • Məqalə: 96
  • Şərh: 407
  • Bal:
{awards}
tesekkurler

--------------------

_RONALDO_

  • 13 mart 2011 11:53
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
{awards}
FIKIRLERINIZ winked

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 39
Cəmi: 60

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 46
Cəmi: 223
 
NIGAR
Xəbərləri: 41
Cəmi: 862
 
Limon qoxusu
Xəbərləri: 39
Cəmi: 60
 
Nergiz__Sirinova
Xəbərləri: 21
Cəmi: 542
 
♔Hе важно∞
Xəbərləri: 19
Cəmi: 275
 
Lmzade
Xəbərləri: 13
Cəmi: 13
 
aytc.sza
Xəbərləri: 12
Cəmi: 15
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}