Adam Tanıyıram

 
Adam Tanıyıram


Adam tanıyıram gülərüz, sadə,
Adam tanıyıram yaşayır zadə.
Adam tanıyıram o bu dünyadə
Yaşayır, insandı, insanlığı yox.

Adam tanıyıram baxsan utanır,
Adam tanıyıram arsız dolanır.
Adam tanıyıram mənliyin satır,
Bir qara qəpiklik qanacağı yox.

Adam tanıyıram imanı kalan,
Adam tanıyıram xəyalı talan.
Adam tanıyıram eşşəyə palan,
Mərifət, nəzakət anacagı yox.

Adam tanıyıram ona inanma,
Adam tanıyıram heç adam sanma,
Adam tanıyıram, məni qınama,
Adam sırasında olacağı yox.

Adam tanıyıram əməli saleh,
Adam tanıyıram olursan valeh.
Adam tanıyıram, demirəm ki, eh,
Dünyada bir izi qalacağı yox.


MÜƏLLİF:SEYMUR SÖNMƏZ (PAŞAYEV)
23.04.2017



Geri dön

Nergiz__Sirinova

  • 6 may 2017 14:01
  • Məqalə: 582
  • Şərh: 5526
  • Bal:
Seire gore tesekkurler

--------------------

xowbextlik meleyi

  • 27 aprel 2017 17:41
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
cox supper weirdir ,elaaaaaaaaaaaaa

♔Hе важно∞

  • 24 aprel 2017 09:47
  • Məqalə: 384
  • Şərh: 1735
  • Bal:
{awards}
seir ucun tesekkurler

--------------------

Darling

  • 24 aprel 2017 00:11
  • Məqalə: 694
  • Şərh: 12585
  • Bal:
{awards}
COX GƏŞƏNG SEIRDIR

--------------------
Ümidini itirmə, Bu həyatda bir şeyin sonu, hər zaman başqa bir şeyin başlamasına səbəb olmuşdur.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 



      Populyar



        ToP 5 Şərhçi

        Online

        İstifadəçilər: 1
        Qonaqlar: 5
        Cəmi: 13

         

        Top 10 Müəllif

         
        {slinks}