Yağlı dəri üçün tonal krem tətbiqində sirlər

 
Yağlı dəri üçün tonal krem tətbiqində sirlər


Ümumiyyətlə, tonal krem seçimində əksəriyyət çox vaxt çətinlik çəkir. Xüsusilə də, dərisini yaxşı tanımayanlar. Tonal krem almamışdan öncə dəri növünüzü düzgün müəyyən etmək çox vacib faktordur. Tonal krem tətbiqində ən çox problem yaşayanlar deyərdik ki, yağlı dəri növünə sahib olanlardır. Bu probleminizi həll etmək üçün sizinlə bəzi sirlər paylaşacayıq.

Düzgün məhsulu tapın
Yağlı dəriyə sahib olanların tonal krem seçimilə bağlı etdikləri ən böyük səhv, quru dərilər üçün olan ya da parlaq bitişə sahib tonal kremləri seçmələridir. Bu tonal kremlər yerinə, yağsız, mat bitişli tonal kremlərə üstünlük vermək daha düzgündür. Dərinizin təbii yağı sayəsində dəriniz quru görünməyəcək.

Makiyajdan əvvəl üzünüzü prosesə hazırlayın
Səhərlər tonal krem çəkməzdən əvvəl üzünüzü mütləq nəmləndirin. Yağlı dəriyə sahib olanlar, adətən, nəmləndirmə prosesini etmirlər. Amma yağsız tərkibli nəmləndiricilər istifadə etmək olar. Çünki dərinizi nəmləndirməsəniz dəri quruyar və yağ balansı pozularaq daha çox yağ ifraz edər. Nəmləndiricilə birlikdə tətbiq olunan matlaşdırıcı makiyaj bazası tonal kreminizin dərinizdə uzun müddət qalmasına kömək edir. Bunlara alternativ olaraq, bir buz kubu ilə səhərlər üzünüzü masaj etsəniz, məsamələriniz daralar və makiyajınızın qalıcılığı da uzanar.


Masaj edərək tətbiq edin
Tonal kremi tətbiq etmə prosesində ən yaxşı üsulu, masaj edərək və süngər vasitəsilə yavaş-yavaş ponpalayaraq tətbiq etməkdir. Əgər peşəkar bir bitiş istəsəniz tonl kreminizi tətbiq etdikdən sonra, fırça ilə transparan kirşan da tətbiq edə bilərsiniz. Tonaldan sonra tətbiq edilən kirşan yağı özünə çəkəcək, gün boyu tonl kreminizin rəng dəyişməsinin qarşısını alacaq.


Geri dön

Nergiz__Sirinova

  • 11 iyun 2017 13:57
  • Məqalə: 582
  • Şərh: 5526
  • Bal:
Serhlere gore tesekkurler smile

--------------------

♔Hе важно∞

  • 17 may 2017 14:06
  • Məqalə: 384
  • Şərh: 1735
  • Bal:
{awards}
mende qurudu onun ucunde xeber olsa idi yaxsi olardi ,tesekkur

--------------------

Darling

  • 15 may 2017 20:42
  • Məqalə: 694
  • Şərh: 12585
  • Bal:
{awards}
Önəmli xəbərdir canim

--------------------
Ümidini itirmə, Bu həyatda bir şeyin sonu, hər zaman başqa bir şeyin başlamasına səbəb olmuşdur.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 



      Populyar



        ToP 5 Şərhçi

        Online

        İstifadəçilər: 0



        Qonaqlar: 28
        Cəmi: 32

         

        Top 10 Müəllif

         
        {slinks}