Ağıllı cavab

 
Ağıllı cavab


Bir vaxtlar müdrik bir qoca var idi. Qoca, hökmdarı salamlamaq üçün hər səhər hüzuruna çıxır və: «Məqsədinə çatmaq istəyirsənsə, erkən qalx!»-deyirdi. Hökmdar isə bu sözlərə görə çox narahat olurdu. Çünki gecəni əyləncə ilə keçirdiyi üçün gec yatır, səhər isə gec qalxırdı. Ona görə də qocanın bu sözləri ona həmişə təhqir kimi gəlirdi. Ancaq hörmət etdiyi üçün ona heç bir şey demirdi.
Nəhayət, bir gün hökmdar adamlarına əmr verdi və adamlar qoca səhər saraya gələndə paltarlarını soydular. Qoca evə qayıdıb başqa bir paltar geydi və sonra hər gün olduğu kimi hökmdarın hüzuruna çıxdı.
Hökmdar soruşdu:
Bu gün niyə gec gəldin?
Gələndə yolda paltarlarımı soydular. Mən də evə qayıdıb başqa paltar geyinmək məcburiyyətində qaldım.
Hökmdar qürurla dedi:
Bax gördün? Erkən qalxdığın üçün başına bu pis hadisə gəldi.
Qoca gülümsəyərək cavab verdi:
Yox hökmdar! O oğrular məndən də erkən qalxmışdılar. Ona görə də məni soymağı bacardılar.
Bu cavab qarşısında hökmdar sadəcə susdu.


Geri dön

Nergiz__Sirinova

  • 11 iyun 2017 13:28
  • Məqalə: 406
  • Şərh: 3525
  • Bal:
Hekayeye gore tesekkurler.

--------------------

Burlaxatun

  • 25 may 2017 17:43
  • Məqalə: 0
  • Şərh: 61
  • Bal:
{awards}
Ibretamiz hekayedi. Teshakkur edirem. Coxsaqolun

Pıtırcık

  • 24 may 2017 20:43
  • Məqalə: 537
  • Şərh: 9780
  • Bal:
{awards}
Mənalı hekayedir

--------------------
http://legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 23
Cəmi: 70

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 27
Cəmi: 537
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 406
 
Sol Meleyim
Xəbərləri: 8
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 2
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}