Sirli və müəmmalı Nibiru planeti

 
Sirli və müəmmalı Nibiru planeti


Nə qədər qəribə olsa da, hələ lap qədimlərdən insanlar bəlaların da, xilas yolunun da məhz göylərdən gəldiyini yaxşı anlayırdılar

Min illər boyu bəşər oğlu ən ağır zamanlarında xilas yolunu göylərdə axtarıb və əllərini ucsuz-bucaqsız kainata doğru qaldıraraq, Uca Yaradandan nicat diləyib, ondan insan övladını yer üzünə göylərdən gələcək bəlalardan qorumasını istəyib. Nə qədər qəribə olsa da, hələ lap qədimlərdən insanlar bəlaların da, xilas yolunun da məhz göylərdən gəldiyini yaxşı anlayırdılar. Bəlkə də bu, günümüzdə tez-tez gündəmə gətirilən, həmçinin müxtəlif xalqların mifologiyasında yer üzünə həyatın hansısa planetdən gətirildiyi barədə öz əksini tapan çoxsaylı fikirlərlə əlaqəlidir. Digər tərəfdən də, tarix boyu bu planet insanlarda qorxu yaradıb. Məhz onun göründüyü zaman yer üzündə çoxsaylı fəlakətlərin baş verdiyi vurğulanıb. 3600 ildən bir özünü göstərən bu planetin növbəti dəfə 2012-ci il, dekabr ayının 21-də yerdən müşahidə ediləcəyi gözlənilir. Qədim mayya xalqının da salnamələrində 2012-dən sonrakı illərin adının çəkilməməsini məhz əfsanəvi Nibiru planeti ilə əlaqələndirməyə cəhd edirlər. Bu da adıçəkilən planetin kosmik məkanda peyda olacağı təqdirdə, sivilizasiyanın sonu və yaxud bəşəriyyətin yeni bir inkişaf dövrünə qədəm qoyacağı barədə müxtəlif ehtimalların daha da güclənməsinə gətirib çıxarıb.

Sirli Nibiru planetinin mövcud olub-olmaması məsələsi hələ ki astronomlar tərəfindən nə tam təsdiq, nə də təkzib edilməyib. Onun varlığını sübuta yetirmək istəyənlər də, buna qarşı çıxanlar da az deyil. Amma hazırda astronomlar tərəfindən adı “X” planeti kimi çəkilən bu sirli obyekt hələ qədim şumerlərə məlum idi. Tanınmış tədqiqatçı astronom və yazar Zaxariya Sitçinin araşdırmalarına görə, Nibiru planetinin adı qədim şumer mətnlərində 12-ci planet kimi çəkilir. Şumerlər 12-ci planetdə yüksək səviyyədə inkişaf etmiş varlıqların olduğunu bildirərək, onları Annunaka, Enlil, Ninlil və ya Enki adlandırırdılar. Yenə də şumer mənbələrində bu planetin 3600 ildən bir Mars və Yupiterin orbiti üzrə hərəkət edərək, yerdən müşahidə edildiyi əksini tapıb. Belə iddia edilir ki, hər 3600 ildən bir 12-ci planetdən adamlar yer üzünə enərək insanlarla əlaqəyə girirlər. Ümumiyyətlə, Yaxın Şərq ölkələrinin mifologiyasında adıçəkilən sirli planet od saçan qanadlı disk kimi xatırlanır. Türklərin ana vətəni olan Altaylarda və Altay türklərinin mifologiyasında Nibirunu xatırladan Tayanar adlı göy cisminin adı çəkilir. Qədim Tibet mənbələrində isə Günəş planetinin əkizi olan Raca-Günəşin yer üzündə peyda olmasından bəhs edilir.

Amerika Kosmik Tədqiqatlar Mərkəzi ( NASA) tərəfindən hələ 1987-ci ildə hazırlanan hesabatda Günəş sistemindəki bəzi planetlərin hərəkət trayektoriyalarındakı müəyyən sapmalar nəzəri cəhətdən “X” (Nibiru) planeti ilə izah edilib.

Sirli planetin elmi aspekti

1781-ci ildə Qerşel Uran planetinin mövcudluğunu elmi yollarla sübut etdi. O zaman da elmə məlum oldu ki, heç də bütün planetləri gözlə görmək mümkün deyil.

1992-ci ildə isə kosmosda Plutonu xatırladan və “1992 QB1”adı verilən obyekt aşkar edildi. Hazırda Neptunun orbitində diametri 800 kilometr olan 11 iri obyekt mövcuddur. Onları astronomlar Transneptun obyektləri ( TNO) adlandırırlar. Bu müstəvidə də belə bir fikir vurğulanır ki, əgər Nibiru 3600 ildən bir səmada görünürsə, onda 2012-ci ildə Yer kürəsinə yaxın məsafədən keçəcək hansısa kometdən söhbət gedə bilər. Ona görə də astronomlar bununla bağlı hələ ki tələsməməyi məsləhət görürlər.

Bununla belə, qeyd etdiyimiz kimi, 2012-ci ildə Nibiru planetinin peyda olması və sivilizasiyamızın sonunun çatacağı barədə çoxsaylı ehtimalların ortaya çıxması NASA-nı məsələ ilə bağlı açıqlama verməyə məcbur edib. NASA-nın Astrobiologiya İnstitutunun baş elmi əməkdaşı Devid Morrison Nibiru planeti ilə bağlı müxtəlif səviyyələrdə irəli sürülən ehtimalların doğru olub-olmadığını öncədən söyləməyin mümkünsüzlüyünü xüsusi qeyd edib. Onun sözlərinə, görə, hələlik ən müasir teleskopla belə, yer üzünə hansısa planetin yaxınlaşması qeydə alınmayıb. Onun fikrincə, bu baxımdan 2012-ci ilin bəşər sivilizasiyası tarixində sonuncu ola biləcəyi barədə irəli sürülən ehtimallar hələlik sırf nəzəri xarakter daşıyır, ancaq sabah da bəşəriyyət hansısa gözlənilməz bir hadisə ilə üzləşmək təhlükəsindən sığortalanmayıb. Morrison məsələ ətrafında irəli sürülən ehtimalların daha çox qədim mayya və şumer mənbələrindən götürüldüyünü xatırladıb və onların daha çox mifik əsaslara söykəndiyini bildirib. NASA əməkdaşı bu baxımdan insanları təşvişə salan hansısa açıqlamalar verməyin əleyhinə olduğunu bildirib. Bununla əhali arasında çaşqınlıq salmaq və onlarda sabaha olan ümidlərin qırılmasına xidmət göstərən ehtimalların ortaya atılmasının əleyhinə çıxıb. O: “Nə qədər ki, Nibiru planetinin mövcud olması elmi baxımdan sübut edilməyib, məsələ ətrafında spekulyasiyaya baş vurulması gülünc təsir bağışlamaqda davam edəcək”,-deyib.

Bundan əlavə, Morrison mayya təqviminin 2012-ci ildə başa çatacağı ilə bağlı suala isə istehzalı şəkildə cavab verib: “Mənim təqvimimdə 2009-cu il başa çatıb. Bu o demək deyil ki, bundan sonra 2010-cu il daha gəlməyəcək və bu, dünyanın sonu demək olacaq.”

Morrisonun söylədiklərində müəyyən qədər həqiqət var və astronomlar bu məsələdə onunla razıdırlar. Ancaq onlar məsələyə daha real baxımdan yanaşılmasının tərəfdarıdırlar və belə hesab edirlər ki, şumerlərə bu günə kimi elmə məlum olan bütün planetlər və onların hərəkət trayektoriyaları məlum idi. Ona görə də istər şumerlərin, istərsə də mayyalıların Nibiru planetinin varlığı haqqında söylədiklərinə inanmaq üçün az da olsa əsas var. Bundan başqa, adıçəkilən məsələnin digər tərəfi də var. Məsələn, şumerlər və mayyalılar hələ eramızdan min illər əvvəl mövcudluğu yalnız XVIII əsrdən başlayaraq təsdiq edilən bəzi planetlər, o cümlədən Uran, Neptun, Pluton və digər göy cisimləri barədə olduqca geniş məlumatlara malik idilər və onların hərəkət trayektoriyasını demək olar ki, dəqiq hesablamışdılar. Ümumiyyətlə, Nibiru istisna olmaqla, şumerlər tərəfindən (eramızdan əvvəl XXIII-XVII əsrlər) adıçəkilən planetlərin hamısının mövcud olması sivilizasiyamız tərəfindən ancaq XVIII-XX əsrlərdə elmi əsaslarla sübut edilib. Nəhayət, onu da deyək ki, Nibiru planeti barədə yüksək sivilizasiya quran qədim Babil mənbələrində də bəhs edilib. Belə ki, Nibiru planeti barədə babilli astronomların fikirləri eramızdan əvvəl 668-627-ci illərdə qələmə alınan “Enuma eliş”də öz əksini tapıb. Ona görə də istər-istəməz Morrison Nibirunun mövcud olmasını tam şəkildə təkzib edə bilmir və astronomlara tələsməməyi məsləhət görür. Əlbəttə, mənəvi baxımdan Morrisonu başa düşmək mümkündür: O sivilizasiyamızın sonu çatması barədə insanlar arasında təşviş doğuran məlumatların yayılmasının zərərli olduğunu daha düzgün anlayır.

Yeri gəlmişkən, onu da deyək ki, Morrisonun bu açıqlaması astronomlar tərəfindən birmənalı qarşılanmayıb. Günümüzdəki tanınmış astronomların əksəriyyətinin fikrincə, NASA kosmik məkanda baş verən bir çox proseslərlə bağlı məlumatları gizli saxlayır və bu çərçivədə də Morrisonun açıqlaması tədqiqatçıların diqqətini bəşəriyyəti gözləyən fəlakətlərdən yayındırmağa da xidmət edə bilər.

Hələliksə, bir çox tanınmış astronomlar nəzəri baxımdan Nibiru planetinin 2012-ci il, dekabr ayının 21-də səmada parlaq qırmızı ulduz şəklində peyda olacağını və onun 2-ci Günəşi xatırladacağını istisna etmirlər. Belə bir fikir vurğulanır ki, 2013-cü ilin ilk aylarında Nibirunun təsiri altında Yer kürəsində təbii fəlakətlər (qasırğalar, zəlzələlər) baş verəcək. Yalnız 2014-cü ilin ortalarından sonra Nibirunun təsiri yer üzərində hiss edilməyəcək. NASA-dakı bəzi mənbələr isə bu barədə ABŞ xüsusi xidmət orqanlarına artıq məlumat verildiyini iddia edirlər. Eyni zamanda Vatikanın da Nibirudan gələcək təhlükə barədə xəbərdarlıq edildiyi qeyd edilir.

Lakin bütün hallarda təşvişə düşməyə lüzum yoxdur. Bizə elə gəlir ki, Nibiru planeti ətrafında həddindən artıq ajiotaj yaradılıb. Bu planetin səmada görünməsi sivilizasiyanın nəinki sonu olmaya, hətta planetimizdə elmi-texniki tərəqqinin inkişafında yeni mərhələ də aça bilər. Çünki qədim xalqların Nibiru ilə bağlı çoxsaylı mifologiyalarında məhz bu planetin görünməsinin yerdəki sivilizasiyanın inkişafına yeni təkan verdiyi vurğulanır. Yer üzündə təbii fəlakətlərin sayının artmasına gəlincə, burada da qeyri-adı heç nə yoxdur. Belə ki, son illərdə müxtəlif səbəblərdən (əsasən insanın təbiətə və kosmik məkana müdaxiləsi) təbii fəlakətlərin sayı sürətlə artmaqdadır. Ola bilsin ki, yaxın illərdə bu proses daha da genişlənsin. Ancaq bunu Nibiru ilə əlaqələndirmək və dünyanın sonunun çatdığını iddia etmək heç bir elmi əsasa söykənmədiyindən düzgün olmazdı.


Geri dön

RoMaNTiK SerSeRi

  • 7 yanvar 2012 01:13
  • Məqalə: 515
  • Şərh: 3322
  • Bal:
oydaaaa neler olureeeeeeeeeeeeeeeee

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

N E R I M A N

  • 20 may 2011 16:17
  • Məqalə: 0
  • Şərh: 21
  • Bal:
{awards}
MARAQLI XEBERDIR TESEKURLER XEBERE GORE love

only-girl

  • 3 aprel 2011 10:49
  • Məqalə: 1002
  • Şərh: 5000
  • Bal:
{awards}
twk

--------------------

Ulya

  • 16 mart 2011 14:13
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
twk

::..ONSLAUGHT::..

  • 14 mart 2011 20:09
  • Məqalə: 197
  • Şərh: 11459
  • Bal:
{awards}
twkler xebere gore

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Inciciceyi

  • 14 mart 2011 11:38
  • Məqalə: 0
  • Şərh: 8220
  • Bal:
{awards}
Maraqlidi ki

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

lider

  • 14 mart 2011 00:34
  • Məqalə: 23
  • Şərh: 3027
  • Bal:
{awards}
tewekkurler

Vasif777

  • 13 mart 2011 19:58
  • Məqalə: 58
  • Şərh: 295
  • Bal:
{awards}
тешеккур

--------------------
Eline,Diline ve Beline sahib ol !!!
Hezreti Ali

Morning_Star

  • 13 mart 2011 18:22
  • Məqalə: 47
  • Şərh: 813
  • Bal:
{awards}

marlin

  • 13 mart 2011 17:26
  • Məqalə: 221
  • Şərh: 1616
  • Bal:
{awards}
tesekkurler maraqli xeberdi

--------------------

SUADA_M

  • 13 mart 2011 17:13
  • Məqalə: 15
  • Şərh: 558
  • Bal:
{awards}
Maraqli melumat idi tskler... smile

--------------------

Lexikon

  • 13 mart 2011 15:39
  • Məqalə: 1118
  • Şərh: 4153
  • Bal:
{awards}
tewekur melumat ucun

_Pretty_Girl_

  • 13 mart 2011 15:25
  • Məqalə: 25
  • Şərh: 135
  • Bal:
{awards}
Cox sag ol cox maraqli melumat ucun.

--------------------
Həzrəti İmam Əli (ə):«Öz günahından başqa heç nədən qorxma, öz Rəbbindən başqa heç kəsə ümid bağlama.»

kiss love

  • 13 mart 2011 15:01
  • Məqalə: 4
  • Şərh: 1278
  • Bal:
{awards}
xebere gore twk

--------------------

_RONALDO_

  • 13 mart 2011 14:58
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
{awards}
TESEKKURLER COX SAGOL

--------------------

Su Perisi

  • 13 mart 2011 14:52
  • Məqalə: 19
  • Şərh: 1726
  • Bal:
{awards}
Təşəkkürlər maraqlidi

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 30
Cəmi: 53

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 66
Cəmi: 164
 
ραყιȥ
Xəbərləri: 63
Cəmi: 143
 
NIGAR
Xəbərləri: 54
Cəmi: 798
 
lamiye_2001
Xəbərləri: 38
Cəmi: 38
 
♔Hе важно∞
Xəbərləri: 35
Cəmi: 247
 
Nergiz__Sirinova
Xəbərləri: 29
Cəmi: 511
 
AyliN BunyaminovA
Xəbərləri: 24
Cəmi: 471
 
..::Kitty::..
Xəbərləri: 9
Cəmi: 9
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
Emrah_babayevv
Xəbərləri: 2
Cəmi: 2
 
 
{slinks}